Covid haqqında proqnoz verən ektrasens danışdı: .....                     "Azəriqaz" abonent uçotu sistemlərində .....                     Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər .....                     "POS-terminal yoxdur", "POS-terminal işləmir" kimi cavablar verən .....                     Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır .....                     Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər .....                     Tanınmış meyxanaçı qiymət artımına görə GÖZAYDINLIĞI VERDİ .....                     Ermənistanın dövlət büdcəsində pul yoxdur .....                     Moldovadan Ermənistana qadağa .....                     Qarabağ Qazisi... veteran atası ÇƏTİN DURUMDA... .....                     "Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz" .....                     Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır .....                     Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib .....                     Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır? .....                     Amili üzr istəməlidir... .....                     Azərbaycanda plastik cərrahlara vaxt QOYULDU .....                     Dövlət Duması falçıların mediadan rədd edilməsini təklif edir .....                     "İndi yazacam ki, gözəgörünməzə şükür eləmək lazımdır..." .....                     Azər Baxşəliyevin son durumu NECƏDİR? .....                     Pezeşkian da Amilinin İPİNİ YIĞA BİLMİR... .....                     Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış .....                     ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib .....                     “Premium Bank”ın “PREMİUM” XİDMƏTİ... .....                     Ukrayna Moskvanı vurmağa hazırlaşır... .....                     Ukraynada müharibənin durdurulması Trampdan aslıdır .....                     Xaçmaz sakinləri köhnə və indiki başçıları haqqında görün, NƏLƏR DEDİLƏR... .....                     Bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir... .....                     4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır .....                     “Meymun kimi atdanıb düşür, çatana “xalq artisti” adını verirlər...” .....                     Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır! .....                     ƏMANƏTLƏRƏ XƏYANƏT FONDU... .....                     "Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..." .....                     AZAL-ın təyyarəsinin qara qutularının Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir .....                     KAPİTALBANK-ın onlayn sistemi də yeni ili qeyd edir? .....                     Qazaxlar ADDIM ATDI: Bəs biz? .....                     Fars-molla rejimi ƏGƏR SƏMİMİDİRSƏ... .....                     "Hər günüm TRENDYOL-la yazışmaqla keçir..." .....                     TARİF ŞURASININ ÖZÜ DƏ, FƏALİYYƏTİ DƏ QANUNSUZDUR .....                 

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb - Üç nazirə şok müraciət
Tarix: 6-10-2021, 08:49 | Çap et
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədovun dələduzluq və sənəd saxtalaşdırmağa görə 2 dəfə məhkum edilməsi haqda “Yeni Müsavat”ın ötən sayında yazmışdıq.

2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi, 2018-ci ildə isə Sabunçu Rayon Məhkəməsi Qurban Məmmədovun sənəd saxtalaşdırmaqla, etibardan sui-istifadə etməklə, bir qrup şəxslə əlbir olmaqla torpaq ələ keçirməsi ilə bağlı cinayət dosyelərini araşdırıblar. Hər iki məhkəmə Qurban Məmmədov barəsində ittihamedici hökm çıxarıb.

Reyder dəstəsinin dövlət torpağına gecə hücumu

Qurban Məmmədovun personası mətbuatın gündəminə sonuncu dəfə Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki dövlətə məxsus səki və yaşıllıq zolağına bir qrup şəxslə birgə reyder hücumundan sonra gəlib. Belə ki, 2021-ci il aprelin 1-də Qurban Məmmədovun ətrafında olan şəxslər əraziyə gecə basqını edərək oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv ediblər. Növbəti gün səhər isə Qurban Məmmədov gecə basqınında iştirak etmiş şəxslərin əhatəsində əraziyə gəlib. Həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin, rayon icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, telekanalların əməkdaşları ərazidə olub gecə basqını ilə bağlı araşdırma aparıblar. Baş verən “yaşıl terror”la bağlı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov və dəstəkçiləri barəsində Ekologiya Nazirliyi əməkdaşları tərəfindən protokol tərtib olunub. Qurban Məmmədov və dəstəkçiləri nazirlik əməkdaşları tərəfindən 12 min manat cərimə edilməklə toplanmış material barələrində cinayət işi başlanılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilib. Ötən 6 ay ərzində Nərimanov Rayon Prokurorluğu “yaşıl terror”la bağlı hər hansı bir addım atmayıb.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Qurban Məmmədov bu ilin aprelində zəbtinə cəhd olunan dövlət torpağında olarkən İTV, Xəzər TV kameraları qarşısında müsahibə verib. Əlindəki kağızları göstərməklə həmin torpağa aid sənədi olduğunu və 2008-ci ildən torpağın onlara verildiyini israrla deyir.

Zəbtinə hazırlıq görülən Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisi “Magistral Ekspress” ASC-nin giriş-çıxış qapısı və orada fəaliyyət göstərən kiçik sahibkarların iş yeri önündədir. Kiçik sahibkarlar deyirlər ki, Qurban Məmmədov mətbuat nümayəndələrinə göstərib 2008-ci ilə aid olduğunu bildirdiyi sənəd, ümumiyyətlə, mövcud deyil. Kiçik sahibkarlar bildirirlər ki, hazırda Qurban Məmmədov və onun adından danışanlar ortaya 29 iyun 2021-ci ildə Əmlak Komitəsi tərəfindən verilmiş 1121069551 qeydiyyat nömrəli çıxarış təqdim edirlər. Hansı ki, Əmlak Komitəsinin səkiyə və yaşıllıq zolağına nəinki çıxarış vermək, ümumiyyətlə, icarə müqaviləsi bağlamağa səlahiyyəti yoxdur. “Magistral Ekspress” ASC-nin üzvləri iş yerləri qarşısıda baş verən dövlət torpağının zəbtinin qarşısını almaq üçün Nərimanov Rayon Məhkəməsinə iddia təqdim ediblər. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Əmlak Komitəsinin hüquqşünasının məhkəməyə təqdim etdiyi 2000-ci ilə aid 646 saylı rəsmi sənədi o zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Rəfael Allahverdiyev imzalayıb.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Kiçik sahibkarlar deyirlər ki, 646 saylı sərəncamda Qurban Məmmədovun atasının adının yazılmaması, onun özünün şəxsiyyəti, əvvəllər qrup şəkilində dələduzluğa və sənəd saxtalaşdırmağa görə məhkum olunması onlarda sənədin saxta olmasına əsaslı şübhələr yaradıb. Bundan başqa, Əmlak Komitəsinin əsaslandığı həmin rəsmi sənəddə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin adı da çəkilmir. Buna baxmayaraq, Əmlak Komitəsi 646 saylı sərəncama əsaslanmaqla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayırıb. Kiçik sahibkarlar isə sual edirlər: “Necə olur ki, torpaq sərəncamla Qurbana, çıxarış İctimai Birliyə verilib? Və növbəti sualı verirlər: ”Əmlak Komitəsinə təqdim olunan rəsmi sənəddə torpağın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə Qurban Məmmədova ayrıldığı açıq-aydın yazılıb. Komitənin hüquqşünası da deyir ki, çıxarışla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə vermişik. Bu cinayətə bərabər qanunsuzluğa kim imza atıb?"

Əmlak Komitəsini aldatmağı, saxta sənədi ora soxuşdurmağı bacaran kim ola bilər?

Kiçik sahibkarlar deyir ki, üstəlik, Əmlak Komitəsinin hüquqşünası 10.09.2008-ci il 7-5395/17 nömrəli bir məktuba da istinad edir: “Əmlak Komitəsinin əsas kimi götürdüyü 646 saylı sərəncam isə saxtadır, saxtalaşdırılıb. 646 saylı sərəncam Nizami rayonuna aiddir, Qurban Məmmədovun adına saxtalaşdırmaqla Nərimanov rayonuna aid edilib. Nərimanov Məhkəməsi iddianın Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə daxil olduğunu deyib baxılmamış saxladı. İddiamız əsasında araşdırma aparılarkən hakim Səlma Salahova Bakı Şəhər İcra Hakimiyyətinə 646 saylı sərəncamın surətinin təqdim edilməsi ilə bağlı sorğu verdi. 23 sentyabr 2021-ci ildə hakim Səlma Salahovaya BŞİH-dən təqdim olunan 646 saylı, 20.07.2000-ci il tarixli sərəncamın mətni tamam fərqlidir. Əmlak Komitəsinə təqdim edilən, Əmlak Komitəsi hüquqşünasının da Nərimanov Məhkəməsinə rəsmi şəkildə verdiyi 646 saylı sərəncam Qurban Məmmədovun xeyrinə saxtalaşdırılıb! Çünki 646 saylı sərəncam Qarabağ əlili Məcid Abbasova 30 kvadrat metr torpaq ayırılması haqdadır".

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

“Magistral Ekspess” ASC-nin üzvləri olan kiçik sahibkarlar deyirlər ki, onların iş yerlərinin önündə, giriş qapısının düz qarşısındakı 6 sot yaşıllıq zolağı və piyada səkisinin saxta sərəncam, onun əsasında alınan əsassız və qanunsuzluğu göz önündə olan çıxarışla ələ keçirmək cəhdi var.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

“Qurban Məmmədov 1 ildən artıqdır ki, ”Vətən müharibəsi əlillərinə kömək" İctimai Birliyi üzvləri ilə birgə ərazini zəbt etməyə çalışır, tez-tez reyder hücumlarına baş vururlar. 2020-ci ildə Ordumuz Qarabağda torpaqlarımızı düşməndən təmizlədiyi günlərdə Qurban Məmmədov başının dəstəsi ilə birgə bizim iş yerimizin qarşısına hücuma keçmişdi. Onlar dövlət rəhbərliyinin diqqətinin Qarabağdakı döyüş əməliyyatlarına cəmləndiyini bilib zamanı cinayət əməllərinin gerçəkləşməsi üçün ideal bilmişdilər. Zor gücünə, saxta əlilləri qabağa verməklə reyder hücumunu başa çatdırmağa çalışırdılar. Bu ilin aprelində sonuncu hücumları zamanı kiçik sahibkar Anar Dəmirovu döyüb ağır bədən xəsarəti yetirdilər. Anar Dəmirov ağır vəziyyətdə xəstəxanaya aparıldı. Lakin bu günə qədər bu cinayəti törədənlər cəzalandırılmayıb. Şikayət edirik, Qurban Məmmədov, makler Yusif Allahvrdiyev deyirlər ki, özünüzü yormayın, hamıya iş görmüşük, bizim arxamızda dayanacaqlar. Ad da çəkirlər - Nərimanov icra hakimiyyətinin başçı müavini İradə Mahmudovanın, onun xalası qızının gəlini olan Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın, nöqsanlara görə cənab nazir tərəfindən yenicə işdən çıxarılan 17-ci polis bölməsinin rəisi İltimas Əsgərovun, onun müavini Ramalın, Əmlak Komitəsi rəhbərliyini arxa-dayaq bilirlər.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Buna baxmayaraq, Qurban Məmmədov dövlət torpağını, iş yerimizin qarşını zəbt etmək üçün havadarlarının dəstəyi ilə, başının dəstəsi ilə birgə dəfələrlə əraziyə hücum edib qanunsuz hərəkətlər ediblər. Biz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətlər etmişik. Abdin müəllim bizə məktub yazaraq bildirib ki, Qurban Məmmədovun zəbtinə çalışdığı torpaq dövlətə məxsusdur və kimsəyə ayrıla bilməz. “Magistral Ekspress” ASC-nin üzvləri olaraq daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə də rəsmi müraciət ünvanlamışıq. Həmin müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 646 saylı hər iki sərəncamını - əslini və Qurban Məmmədovun xeyrinə saxtalaşdırılmışını da əlavə edib araşdırılmasını xahiş etmişik. Ümid edirik ki, müraciətimizə tezliklə baxılacaq. Rəsmi sənədi saxtalaşdıran, həmin sənədi Əmlak Komitəsinə təqdim edən cinayətkar tez bir zamanda cəzalandırılacaq" - deyə “Magistral Ekspess” ASC-nin üzvləri bildiriblər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Covid haqqında proqnoz verən ektrasens danışdı: - "3-cü Dünya Müharibəsi ilin ortasında başlaya bilər"
Bu gün, 12:19
"Azəriqaz" abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib
Bu gün, 12:03
Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər
Bu gün, 12:00
"POS-terminal yoxdur", "POS-terminal işləmir" kimi cavablar verən - OBYEKTLƏR CƏRİMƏLƏNƏCƏK
Bu gün, 11:50
Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır - Departamentdən AÇIQLAMA
Bu gün, 11:43
Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər - İTTİHAM VAR...
Bu gün, 11:41
Tanınmış meyxanaçı qiymət artımına görə GÖZAYDINLIĞI VERDİ - FOTO
Bu gün, 11:32
Ermənistanın dövlət büdcəsində pul yoxdur – Sərkisyan
Bu gün, 11:28
Moldovadan Ermənistana qadağa - "Yanvarın 9-dək..."
Bu gün, 11:26
Qarabağ Qazisi... veteran atası ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 11:23
"Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz" - ÇAĞIRIŞ
Bu gün, 11:11
Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır
Bu gün, 11:04
Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib - “Yonhap”
Bu gün, 11:00
Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır - İNCƏLƏMƏ
Bu gün, 10:59
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
Bu gün, 10:58
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır? - AÇIQLAMA
Bu gün, 10:56
Amili üzr istəməlidir... - Başqa cür ola da bilməz...
Bu gün, 10:50
Azərbaycanda plastik cərrahlara vaxt QOYULDU - Yoxsa işləyə bilməyəcəklər
Bu gün, 10:47
Dövlət Duması falçıların mediadan rədd edilməsini təklif edir - KİV
Bu gün, 10:44
"İndi yazacam ki, gözəgörünməzə şükür eləmək lazımdır..." - Tarif Şurası üçün tərif şurası...
Bu gün, 10:31
Azər Baxşəliyevin son durumu NECƏDİR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 10:26
Pezeşkian da Amilinin İPİNİ YIĞA BİLMİR... - "Cəza verilməzsə..."
Bu gün, 10:21
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb
Bu gün, 10:19
ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib - Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi
Bu gün, 10:10
“Premium Bank”ın “PREMİUM” XİDMƏTİ... - Nə vaxt pul lazım oldu... UTANMA... GƏL!
Bu gün, 10:09
Ukrayna Moskvanı vurmağa hazırlaşır... -ÖZ RAKETLƏRİ İLƏ...
Bu gün, 10:00
Ukraynada müharibənin durdurulması Trampdan aslıdır - Telefon danışığının detalları
Bu gün, 09:59
Xaçmaz sakinləri köhnə və indiki başçıları haqqında görün, NƏLƏR DEDİLƏR... - "ƏSAS ODUR... PUL YESİNLƏR..."
Bu gün, 09:57
Bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir... - Ekspert danışır...
Bu gün, 09:41
4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır - Nahapetyan
Bu gün, 09:36
“Meymun kimi atdanıb düşür, çatana “xalq artisti” adını verirlər...” - Əli Mirəliyev
Bu gün, 09:34
Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır! - İLGİNC...
Bu gün, 09:31
ƏMANƏTLƏRƏ XƏYANƏT FONDU... - "Necəsə dolanmaq lazımdır da..."
Bu gün, 09:15
"Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..." - ETİRAZ
Bu gün, 09:10
AZAL-ın təyyarəsinin qara qutularının Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir - Tokayev BELƏ DEYİR...
Bu gün, 09:04
KAPİTALBANK-ın onlayn sistemi də yeni ili qeyd edir? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:02
Qazaxlar ADDIM ATDI: Bəs biz? - AKTUAL
Bu gün, 08:57
Fars-molla rejimi ƏGƏR SƏMİMİDİRSƏ... - REAL ADDIM ATMALIDIR!
Bu gün, 08:55
"Hər günüm TRENDYOL-la yazışmaqla keçir..." - GİLEY
Bu gün, 08:52
TARİF ŞURASININ ÖZÜ DƏ, FƏALİYYƏTİ DƏ QANUNSUZDUR - tanınmış hüquqşünasdan İLGİNC AÇIQLAMALAR
Bu gün, 08:46
Cənubi Koreyada Prezidentin həbsi ilə bağlı müstəntiqlər və hərbçilər arasında qarşıdurma baş verib - KİV
Bu gün, 08:40
Ameli kimi arxaik təfəkkürlü din dəllallarının rolu... - ŞƏRH
Bu gün, 07:29
Tarif Şurasının qərarı heç bir ağlabatan izahat verilmədən təqdim edilib - Keçmiş icra başçısı
Bu gün, 07:21
"Əgər partiyanı bərpa etmək mümkün olsaydı, Əvəz Temirxan..." - Lalə Şövkətin oğlu anasının aktiv siyasətə dönmə xəbərindən danışdı
Bu gün, 07:18
Dünyanın ən güclü PUA-ya sahib ölkələri: Türkiyə neçənci yerdədir? - SİYAHI
Bu gün, 07:02
Çərçivə sazişi: "2025-ci ildə Azərbaycanla Ermənistan arasında...” - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 06:59
Şahin Bağırovun FİŞƏNG BİZNESİ - AKTUAL
Bu gün, 06:54
“Möcüzə olsun…”
Bu gün, 06:44
“Yenidən özünə gəlməsi üçün Ermənistana ən azı bir qərinə vaxt lazımdır” - Zərdüşt Əlizadə
Bu gün, 06:40
Tarif Şurası qiymətləri artırdı; əhali qaza, işığa, istiliyə görə nə qədər ödəyəcək? - Yeni ildə hökumətin ilk “sürpriz”i
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru