KAPİTALBANK-ın onlayn sistemi də yeni ili qeyd edir? - BU NƏDİ BELƏ?..
Tarix: 3-01-2025, 09:02 |
Çap et
"Şikayətim "Kapital Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində ictimai fəal Solmaz Əsədzadə qeyd edib.
Narazı vətəndaş daha sonra bildirib: "Deməli, hər zaman "Unibank" müştərisi olmuşam və heç bir zaman problem yaşamamışam. Ölkə xaricinə köçdüyüm üçün yoldaşların təkidi ilə "Kapital bank"da VÖEN hesabı açdırdım. Hər dəfə də VÖEN hesabımdan, VÖENə bağlı biznes kart hesabıma pul göndərəndə Asan2 ilə təsdiqləmə, bankın təsdiqləməsi və s. bir sürü yorucu prosedur var. Halbuki Unibankda heç belə problem yoxdur. İndi də 31 dekabrda hesabımdan biznes kartıma pul göndərmişəm. Hələ də bank təsdiqləmir. Səbəb: qeyri iş günü müraciət etmisiniz xanım. Başa düşmürəm bu onlayn əməliyyatdır nə qeyri iş günü. Belədirsə, ən azından 48 saat ərzində sistem özü təsdiqləsin. İnsan öz halal əziyyəti hesabına qazandığı pulunu öz kartına ata bilməyəcəkmi? Təcili pul lazımımdırsa, kimdən istəməliyəm? Pulsuz adı ilə satdıqları, amma hər ay 1 manat çıxdıqları biznes kartlarını demirəm hələ.
Mənim "Unibank" ilə heç bir qohumluğum yoxdur, sadəcə VÖEN-ə bağlı hesab açacaq olanların "Kapital Bank"ın bu “şərtlərini” yaxşı düşünmələrini tövsiyə edirəm..."