Azər Baxşəliyevin son durumu NECƏDİR? – RƏSMİ AÇIQLAMA
Tarix: 3-01-2025, 10:26 |
Çap et
Dünən ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.
“Azər Baxışəliyev dünəndən etibarən süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağır olaraq qalır”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev yanvarın 1-i günorta saatlarında koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına çatdırılıb. Dünən isə xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumat yayılıb.