Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın məlumatına görə, aktyorun xanımı, memar Nigar Seyid onunla bağlı paylaşım edib.
Nigar övladının da yer aldığı fotoya “Möcüzə olsun…” şərhini yazıb.
Qeyd edək ki, 39 yaşlı aktyor böyrək çatışmazlığından əziyyət çəkir. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğu, süni tənəffüs aparatına qoşulduğu açıqlanıb.
“Bozbash pictures”dəki “Ağsaqqal” obrazı ilə məşhurlaşan Azər Baxşəliyev bir dəfə əməliyyat olunub və ona anasının böyrəyi köçürülüb. O, ikinci əməliyyata hazırlaşdığını açıqlamışdı.