"Hər günüm TRENDYOL-la yazışmaqla keçir..." - GİLEY
Tarix: 3-01-2025, 08:52 |
Çap et
"Şikayətim "Trendyol"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Yasəmən adlı istifadəçi qeyd edir.
Narazı vətəndaş daha sonra bildirir: "3 aydır ki, məhsulumu verməməklə qalmadılar, son 2 ayı da deyirlər, pulu qaytarırıq... səbirli olun. 2-10 iş günü kartınıza ödəyəcəyik.
Hər günümü "Trendyol"un nümayəndəsinə yazmaqla keçir... Məhsuldan "0" bilgim yoxdu, sözdə defekt çıxdığından geri göndəriblər amma bu geri göndərilən məhsul mağazaya çatmağı 3 aymı çəkir? Belə şey olar? Camaat Koreyadan maşını alır maşın 3 aya gəlir... mən məhsulumu Türkiyə daxilində geri qaytartdıra bilməmişəm.
Hara daha şikayər edə bilərəm?
"Trendyol"un nümayəndəsini deməyin... çünki bezmişəm ora yazıb "Səbirli olin. Biz sizi anlayırıq. Məhsul mağazaya geri gedir, pul 2-10 günə karta oturur" və s. kimi bəhanələrə doydum artıq!
Xahiş edirəm, mənə real kömək edəcək yer deyin..."