Kanalımıza müraciət edən Ağdam rayonunun Təzəkənd kənd sakini Teyyub Baxşalıyev qonşusu Əbülfət Zeynalovun əlindən məhkəmələrdə qadığını bildirir.
Şikayətçi deyir ki, öz yolu olduğu halda qonşusu Zeynalov qərəzli şəkildə ona məxsus həyətdən yol istəyir. Vətəndaş iddiasına görə, Ağdam məhkəməsi ədalətli qərar versə də, apelyassiya məhkəməsi bunu əksi olaraq tapşırıqla ona məxsus həyətin tən ortasından qonşusuna yol verilməsi barədə qərar verib.
Vətəndaş bildirir ki, qonşusu Əbülfətin oğlu heç hərbi xidmətə getməyib, amma onun övladı 44 dünlük vətən müharibəsinin veteranıdır.
Baxşalıyev qeyd edir ki, heç görülməmiş bir hadisədir ki, veteranın həyətinin tən ortasından heç hərbi xidmət görməyən birinə yol verilsin. O, bu məsələnin araşdırılaraq ədalətli qərar verilməsini xahiş edir.