“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” .....                     YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib .....                     "Fərqi insan idi..." .....                     1047-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... .....                     Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi .....                     Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? .....                     Bakıda insident törədən idmançılar həbs edildi .....                     Vəkili erməni generalın həbsini təsdiqlədi .....                     Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb .....                     "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." .....                     Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi .....                     Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA .....                     Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... .....                     Fatimənin adından istifadə edib Rüfəti aldatdılar .....                     Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… .....                     Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər .....                     İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? .....                     "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" .....                     Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq .....                     NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb .....                     "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." .....                     “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” .....                     Gürcüstanda yeni nazirlik yaradıldı .....                     Bayden Messiyə “Azadlıq” medalı verəcək .....                     "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm" .....                     Tehran Əsədi qoruya biləcək? .....                     Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? .....                     Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... .....                     Deputatlara keçən ildən "miras qalan" .....                     Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır .....                     Varşavadan mesaj: .....                     Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək .....                     AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir .....                     "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində .....                     Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır .....                     Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… .....                     “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” .....                     Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib .....                     Ermənistanda milli qəhrəman həbs edilib .....                 

"Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..." - ETİRAZ
Tarix: 3-01-2025, 09:10 | Çap et
"Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..."
"Müdafiələrnin keçirildiyi və alim diplomlarının verildiyi qurumların nəzarətdən kənarda qalması dövlət əhəmiyyətli məsələdir. Diqqət etsəniz, müdafiə şurasının sədri olan əksər universitet rektorları, institut direktorları və prosesin aktiv iştirakçıları olan alim-üləmalar, həmçinin AAK yetkililəri özlərini çox rahat, hətta toxunulmaz hiss edirlər. Niyə? Çünki cəmiyyətimizin hələ də səcdə etdiyi kağız parçası - diplom məhz onların imzası ilə verilir. Həmin kağız parçası rüşvət, möhtəkirlik, Vətən övladlarını aldatmaq, istismar etmək, səhv yönləndirib ciblərinə girmək işinə yarayırsa, fəalkətin ortasındayıq. Bu fəlakəti kim yaradır? Akademşəbəkə..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Bəli, çox çəm-xəm edərsən, diplomunu verməzlər, dizin-dizin süründürərlər, çünki bizi içdən yeyən bu müstəqbih ənənənin əsasını özləri qoyublar və gözəl bilirlər ki, diplomları elmə, biliyə, dürürüstlüyə görə çoox nadir hallarda, özü də dava-dalaşla verirlər. Qalan 80-90 faizin işi bəllidir, yəni elmsiz cızma-qaralar.
Elmi mühitdə ləyaqət, mənəviyyat bazarı açanlar gələcəyimizi qaraldaraq dövlətə arxadan zərbə vurub keflərində davam edirlər. Təki bahalı mülkləri, özlərinin, əhli-əyallarının, gül balalarının eyş-işrətləri var olsun!
Dərinliyi qarınları və nəfsləri qədər olan bu nəfsəklərin vəzifə, mənsəb tutmaları milli intihara səbəbdir. Müasir dünyada elm və təhsil bir dövlət üçün rifahın əsası, özülü, bünövrəsi və inkişafın tək rəhnidir.
Mürtəceləşib harınlamış elm və təhsil bosları özlərinin qudurğanlıq meyarına görə tələbəyə, dissertanta, doktoranta, iddiaçıya "Öl!" desələr, ölməli, "Qal!" desələr, qalmalıdır. Bu meyil çox zərərli olub milli maraqlara zidd qruplaşmaların, dəstələrin yaranmasına, yəni içdən aşınmaya ideal örnəkdir. Bilirsiniz, bu, nəyə bənzəyir? Barmağını kəsib isti suyun altına qoymağa. Qan itirdiyini hiss etmədən bir neçə dəqiqədən sonra sakitcə həyatla vidalaşırsan. Elm və təhsil sarıdan bizi beləcə məhv edirlər, səssiz-səmirsiz.
Proses içimizdə baş verdiyi üçün məhz öldürcüdür, çünki içimizdəki diplomzadələrin, bizə vaxtilə dərs deyib "yol" göztərənlərin qəbihliyi adamın ağlına da gəlmir. Amma unutmayın ki, millət balalarına rəhmi gəlmədən soyğunçuluqla, fırıldaqla məşğul olan rüşvətxor alimdən nə desən, gözləmək olar. O, nəinki dədəsini, anasını, övladını, hətta Vətənini və dövlətini də bir göz qırpımında satmağa hazırdır!
Yaxın ayların birində Dilçilik İnstitunda rastlaşdığım bir dissertant nəyisə məndən soruşdu. Onun nə qədər aldadıldığını gördüm, düzgün, qanuni tərəfini ona izah etdim. Ertəsi gün dissertant məni görəndə 10 metr aralı keçdi, bir daha mənə yaxın düşmədi. İşini müsbət həll etmişdilər, amma yaxşıca tənbeh etmişdilər ki, məndən uzaq dursun.
Boslar ona görə arxayıdırlar ki, işləri onlardan keçən yüzlərlə tələbə, magistr, dissertant, doktorant var. Yaratdıqları bu reallığa əmin olan akademik şəbəkə üzvləri arxalarında böyük bir dəstə hiss edirlər...
Bəli, dövlət qurumlarını "zəbt" etmiş bu "beyəmllər" öz xeyirləri, zövqləri üçün təcrübəsiz nəsli beləcə korlayır, xoşbəxtliklərini onların bədbəxtlikləri üzərində qururlar.
Yadınızdadırmi, işçilərindən və tələbə heyətindən özünə basılmaz qala yaratdığını düşünən sabiq rektor Abel Məhərrəmov nə demişdir: Elə etməyin ki, kontigenti qaldırım ayağa.
İndikilər elə demirlər, ancaq elə taktika, elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub.
Cəmiyyətimizdə diplomun həqiqi simasını insanlarımıza izah etmək lazımdır.
Diplomdan ötrü hər cür sövdələşməyə getməkdən, mütəşəkkil milli korlama dəstəsinə qoşulmaqdan çəkinin, gələcəyinizi məhv etməyin! Biliyinə, savadına güvənirsənsə, qorxma, sözünü de, mübarizə apar, lap mübarizə yolu ilə kağız parçasını da al və sübut et ki, o, bilik göstəricisi deyil, kağız parçasıdır!
Təəssüf ki, biz əksinə edirik: real biliyi, savadı adiləşdirib, heçləşdirib, kağız parçasına səcdə edirik. Diplomlu kəmsavad, kəmağıl akademikə, professora, doktora inanmaq, hətta onların sərsəmləmələrini, cızma-qaralarını ciddiyə almaq milli geriliyə aparan yoldur. Gördüklərinizdən dərs çıxarmadınızmı?! Kitab yazırlar, plagiat çıxır, tərtibatları, redaktorluqları saxta, rüsvayçılıq şəklində təzahür edir, "işləmələri" nəticəsində olub-qalanımız məhv olur. Belə davam etmək olmaz!
Onu da qeyd edim ki, bəzi universitet rəhbərləri müəllimləri yerli-yersiz alimlik diplomu almağa məcbur edir, əks halda işini itirməsi ilə hədələyirlər. Tam səhv və yanlış addımdır. Təşviş içində olan neçə ilin təcrübəli müəllimləri işdə qalmaq naminə üz tuturlar elm və ali təhsil ocaqlarında zəzərli fəaliyyət göstərən saxta dissertasiya şəbəkələrinə. Ailə büdcələrində olan pulları verib 1-2 ilə tezbazar bir diplom alırlar ki, aldıqları 800-1000 manat maaşı itirməsinlər. Dəhşət deyilsə, bəs nədir?! Bilik artırmaqdırmı? Vətən elminə xidmətdirmi? Əsla! ALi təhsil müəssisələrinin rəhbərləri və digər elm və təhsil şefləri də yaxşı bilirlər ki, bu əməl dövlətə, millətə və gələcəyimizə arxadan vurulan zərbədir. Bilə-bilə bu xain zərbənin endirilməsində fəal iştirak edirlər!.."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Bu gün, 13:41
YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Bu gün, 13:38
"Fərqi insan idi..."
Bu gün, 11:41
1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00
“Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43
Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34
Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32
Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16
Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14
"Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03
Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00
Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58
Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32
Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30
Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05
İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02
"Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33
Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29
NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27
"Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22
“Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19
Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09
Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07
"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30
Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27
Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02
Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00
Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10
Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03
Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00
Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56
AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49
"Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26
Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16
Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13
“Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00
Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51
2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00
“Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58
"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49
İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47
Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44
Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42
AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30
Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru