“Meymun kimi atdanıb düşür, çatana “xalq artisti” adını verirlər...” - Əli Mirəliyev
Tarix: 3-01-2025, 09:34 |
Çap et
“2024-cü ildə həyatımda elə də qeyri-adi bir hadisə ilə yadda qalmadı. Təkcə nəvəmin toyu oldu. Adi insanlar ili necə keçiribsə, mən də elə keçirmişəm. 76 il yaşamışam. Bu illər necə gəlib-keçibsə heç özüm də bilmirəm. Bilmirəm mən bunu yaşamışam ya yox?! Adətən insanlar tez ölür. Neyçün yaşamışam bilmirəm. Şükürlər olsun ki, 2025-ci ili də gördüm. Axırına gəlib çıxa biləcəm yoxsa yox, bu artıq sual işarəsidir. Mənə elə gəlir ki, 75 yaş artıq bəsimdir”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib. O daha sonra əlavə edib:
“Mənim arzum budur ki, xalqımızın güzəranı yaxşı olsun. Mən də onların içində. Hamıya firavanlıq arzulayıram” deyə sənətkar bildirib. Bəzən sənətkarlar deyir ki, fəxri adım olsun. Mən bunu arzulamıram. İstəmirəm də. Mənim üçün bu söhbət artıq bağlıdır. Çatana “əməkdar artist”, “xalq artisti” adını verdilər, fəxri adlar artıq öz gücünü itirdi. Nə mənası? Heç versələr də götürmərəm. Sənətkarların arzusu idi. İndi şou-biznesdir, aləm qarışıb bir-birinə. Bilmirsən oxuyandır, söhbət edir, nağıl danışır? Meymun kimi atdanıb düşür. Sənətkar ayrı şeydir” deyə sənətçi bildirib.