Bankdan vətəndaşa qarşı böyük kələk - ŞİKAYƏT VAR
Tarix: 14-01-2016, 08:43 | Çap et
Bildiyiniz kimi, manatın ikinci devalvasiyasından sonra bankların bir çoxu müştərilərinə qarşı saxtakarlığa yol verməyə başlayıblar. Həmin vətəndaşlardan biri də Ceyhun Nəbiyevdir. O bir müddət əvvəl «Bank Standard» tərəfindən məruz qaldığı haqsızlıqla bağlı müraciət edib. Müraciətdə deyilir: «Əziz həmvətənlərim bir neçə gün əvvəl, tam dəqiq desəm, 08.01.2016 tarixində online alış-veriş üçün məşhur xarici saytlardan biri olan «amazon»la 35.07 $ -lıq alış-veriş etdim. Mənim bank hesabım da o qədər pul olmadığı üçün iş yoldaşımdan birinin kartından istifadə etməyi xahiş etdim. Bank hesabı manatla olduğu üçün günün satış kursuna əsasən 1 $ = 1,6147 AZN olmalı halda, hesabdan 56,53 AZN çıxılmalı idi. Amma «Bank Standard»da heç bir rəsmi sms məlumatlandırma, mail vasitəsi ilə və ya saytda xəbər yazmamaqla müştəriləri aldadaraq 15% dəyərində konvertasiya haqqı tutulur. Səhər saatlarında alış-veriş etdim, bank hesabından axşam 20:30 radələrində hesabdan pulun çıxması haqda sms məlumat gəldi. Gecə vaxtı «Bank Standard»dan sürpriz olaraq məbləğin 15% dəyərində heç bir əsas olmadan balansdan 63,09 AZN çıxdılar. Hansı ki, digər banklarda bu faiz dərəcəsi çox az, 0,5%-dir. Gecə olduğu üçün əlaqə saxlayı bilmədim. Ertəsi, yəni şənbə günü işə gəldikdə bununla bağlı ilk əvvəl «Bank Standard»ın saytında yerləşdirilən Online Məsləhətçi bölümündən istifadə etdim. Məlumat mərkəzində Nurlan Haciyev adlı «Bank Standard»ın təmsilçisi məni qarşıladı. Baş ağrıdıcı olsa da, dialoqu sizinlə palyaşıram. Sonadək diqqətlə oxumağınızı xahiş edirəm ! ————————————————————- | 09.01.2016 11:15:19 | Nurlan Hajiyev: Salam, buyurun! Necə köməklik edə bilərəm? | 09.01.2016 11:15:33 | Ceyhun Nabiyev: Salam, | 09.01.2016 11:16:13 | Ceyhun Nabiyev: Mən sizin müştərinizəm | 09.01.2016 11:16:27 | Ceyhun Nabiyev: Nurlan bəy mən dünən 08.01.2016 tarixində «amazon» online saytla 35.07$ lıq sifarişim olub. | 09.01.2016 11:17:33 | Ceyhun Nabiyev: Mənim balansımdan 56.53 AZN çıxılmalı idi amma 63.09 azn çıxılıb. Səbəbini bilmək istəyirəm. | 09.01.2016 11:19:14 | Ceyhun Nabiyev: Sizin dünənki kursa görə 1.55 azn olub və üzərinə milli bankın dediyi 4% gəldikdə 1.61 azn olur. | 09.01.2016 11:20:26 | Nurlan Hajiyev: Online konvertasiyalar zamanı artıq 15% konvertasiya haqqı əlavə edilir. | 09.01.2016 11:21:06 | Ceyhun Nabiyev: Mən ilk dəfə deyil ki, bu xidmətdən çox zaman istifadə etmişəm | 09.01.2016 11:21:18 | Ceyhun Nabiyev: Və heç zaman belə hadisə ilə üzləşməmişəm | 09.01.2016 11:23:02 | Nurlan Hajiyev: Aydındır Ceyhun bəy, dünəndən etibarən kartlardan edilən əməliyyatlar zamanı konvertasiya halı baş verdikdə Mərkəzi Bankın məzənnəsi +15 % ( konvertasiya haqqı ) əlavə edilir. | 09.01.2016 11:23:48 | Ceyhun Nabiyev: Niyə imenna dünəndən sonra.mən 5 gün əvvəldə desəydim siz yenə bu cavabı verəcəkdiniz. Sizin saytda harda qeyd olunub ki,əlavə 15% tutulacağı? | 09.01.2016 11:26:04 | Ceyhun Nabiyev: Rəsmi bankstandart.az saytınıza istinadən belə xəbər paylaşmamısınız dünən tarixi üçün. Ən son xəbəriniz “24.11.2015 09:53:00 Milli Ön terminalları vasitəsilə kartınızın balansını 24/7 rejimində dərhal artıra bilərsiniz” budur. | 09.01.2016 11:27:03 | Ceyhun Nabiyev: Sizin Gold kart müştəriniz kimi bunları bildirirəm. | 09.01.2016 11:30:46 | Nurlan Hajiyev: Hal-hazırda dünəndən etibarən +15% konvertasiya haqqı tədbiq edilir, lakin saytda bu barədə məlumat yerləşdirilməyib. Bugün ərzində konvertasiya haqqının 15% qalıb , qalmaması barədə son məlumat bizə təqdim ediləcək. | 09.01.2016 11:31:48 | Ceyhun Nabiyev: Müştəri necə bilsin? Əgər siz rəsmi məlumat yerləşdirməmisinizsə, mən bildiyimə görə rəsmi məlumatdan sonra hərəkət olunmalıdır, istəyə uyğun yox. | 09.01.2016 11:32:30 | Ceyhun Nabiyev: Mən razı deyiləm müştərinin fikri sizin üçün önəmli deyilki bəyəm? Mənim balansımda o qədər pulda olmaya bilərdə onda necə olacaqdı? | 09.01.2016 11:33:55 | Ceyhun Nabiyev: Bəlkə sizin faiziniz 15 deyil 50% olacaqdı onda necə açılayacaqdınız bunu? | 09.01.2016 11:34:53 | Nurlan Hajiyev: Balansınızda pul olmasaydı bu zaman əməliyyat baş tutmayacaqdı təbii ki. | 09.01.2016 11:35:09 | Nurlan Hajiyev: Hal-hazırda 15% olması barədə rəsmi informasiya mövcuddur. | 09.01.2016 11:35:32 | Nurlan Hajiyev: Lakin bu şəkildə qalıb qalmaması barədə az sonra qərar veriləcək. | 09.01.2016 11:35:39 | Ceyhun Nabiyev: Sizin cavablarınız məni qane etmir! | 09.01.2016 11:36:10 | Nurlan Hajiyev: İstərdinizsə nömrənizi qeyd edərdiniz sizinlə əlaqə saxlayaq. | 09.01.2016 11:36:15 | Ceyhun Nabiyev: Mən rəsmi məlumatınızdan əvvəl ödəniş etmişəm və balansımdan xəbərim olmadan artıq pul çıxılır və heç bir məlumat mənə verilmir ! | 09.01.2016 11:36:26 | Ceyhun Nabiyev: +9945550055xx | 09.01.2016 11:38:08 | Ceyhun Nabiyev: Mənim şikayim heç bir məlumat mənə verilmədən, heç bir rəsmi informasiya olunmadan balansımdan artıq pul çıxılır. Səbəb? | 09.01.2016 11:38:45 | Ceyhun Nabiyev: Səbəbi siz izah edə bilmirsiniz. | 09.01.2016 11:39:22 | Nurlan Hajiyev: Biz sizinlə indi əlaqə saxlayırıq Ceyhun bəy. | 09.01.2016 11:48:04 | Ceyhun Nabiyev: Xahiş edirəm yazışmaları elektron ünvana göndərin. Elektron ünvanı qeyd etmişəm. Dialoqdakı kimi «Bank Standard»ın nümayəndəsi rəsmi məlumatın olmadığını qeyd edir və 15% əlavə qeyri rəsmisiz konvertasiya tutulduğunu bildirir. Sonra mənə zəng vurdular, bir daha şikayətimi dedim və qeydiyyata aldılar. Bildirdilər ki, 10 günədək şikayətinizə baxılacaq. Bankın nümayəndəsi Nurlan bəy: Dediyiniz irad düzdür,heç bir rəsmi məlumat qeyd etməmişik. Soruşdum ki, necə təyin etmisiz axı 15 % konvertasiya tutulacağını rəsmi məlumat bildirmədən. Bankın nümayəndəsi Nurlan bəy isə «biz bankın daxilində müzakirələrdən bu qərara gəlmişik» deyə cavab verdi. Suallarımın cavabını telefon dialoqundada tam olaraq almadım. Bu gün 13 yanvar şikayət günündən 5 gün keçib hələ ki, mənimlə əlaqə saxlayan olmayıb. Xahiş edirəm ki, bu məsələni ictimailəşdirin, qoy camaatı aldadanlar cəzalandırılsın». Vətəndaşın başına açılan müsibətlə bağlı «Bank Standard»ın 158 əlaqə nömrəsinə zəng vursaq da, dəstəyi qaldıran olmadı. Ümidvarıq ki, bank rəhbərliyi məsələyə dərhal öz münasibətini bildirəcək və vətəndaş Ceyhun Nəbiyevin üzləşdiyi problem tezliklə həllini tapacaq. Bizimxeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09 |
|
|
|
• Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07 |
|
|
|
• Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04 |
|
|
|
• Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58 |
|
|
|
• "Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55 |
|
|
|
• “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51 |
|
|
|
• Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48 |
|
|
|
• Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44 |
|
|
|
• Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42 |
|
|
|
• “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39 |
|
|
|
• Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21 |
|
|
|
• Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00 |
|
|
|
• Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57 |
|
|
|
• "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55 |
|
|
|
• Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51 |
|
|
|
• "Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43 |
|
|
|
• İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım
Dünən, 17:33 |
|
|
|
• AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların SAYLARI ARTIB
Dünən, 17:31 |
|
|
|
• “İndi ayda bir dəfə telefonla danışırıq”
Dünən, 17:30 |
|
|
|
• "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Dünən, 17:10 |
|
|
|
• "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Dünən, 17:07 |
|
|
|
• "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Dünən, 17:06 |
|
|
|
• "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Dünən, 16:56 |
|
|
|
• Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Dünən, 16:53 |
|
|
|
• Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Dünən, 16:51 |
|
|
|
• Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Dünən, 16:49 |
|
|
|
• Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Dünən, 16:46 |
|
|
|
• Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Dünən, 15:47 |
|
|
|
• "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Dünən, 15:45 |
|
|
|
• Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Dünən, 15:43 |
|
|
|
• “Tesla” avtomobillərinin istehsalı azaldı
Dünən, 15:40 |
|
|
|
• İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Dünən, 15:35 |
|
|
|
• Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Dünən, 15:32 |
|
|
|
• Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Dünən, 14:02 |
|
|
|
• Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Dünən, 14:00 |
|
|
|
• Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Dünən, 13:58 |
|
|
|
• Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Dünən, 13:49 |
|
|
|
• Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Dünən, 13:45 |
|
|
|
• Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Dünən, 13:15 |
|
|
|
• Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Dünən, 13:14 |
|
|
|
• Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Dünən, 12:58 |
|
|
|
• Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Dünən, 12:54 |
|
|
|
• 2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Dünən, 12:34 |
|
|
|
• “Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Dünən, 12:23 |
|
|
|
|