Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Tarix: 3-01-2025, 16:51 | Çap et
Yeni il tətilindən sonra kriminal keçmişi ilə tanınan, adı "Forbes"in milyonçular siyahısında yer almış Oleq Andreyeviç Krapivin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Musavat.com xəbər verir ki, kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan Oleq Krapivinlə müttəhimlər kürsüsünü Kostin Antonovıç Kuçer bölüşəcək.
Cinayət dosyesi hakim Kamran Muxtarovun sədrliyi ilə araşdırılacaq. “Oleq Bakinski” və suç ortağı külli miqdarda dələduzluqda ittiham olunurlar.
"Oleq Bakinski" kriminal keçmişi olan milyonçu, həm də tanınan idmançıdır. 14 qat Azərbaycan çempionu olan "Oleq Bakinski" Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.
1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.
Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. Lakin son illər Ukraynaya girişi qadağan edildiyinə görə, Bakıya köçmüşdü. Ukraynada tanınmış iş adamdır. Xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. O, Ukraynada Azərbaycan diasporunun liderlərindən sayılırdı. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub.
"Forbes"in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o Kiyevdə "Bakines" adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib.
Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. "Oleq Bakinski" milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.
"Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, "Razin"dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı" deyə müsahibələrindən birində “Oleq Bakinski” qeyd etmişdi. Özünün həbsindən 1 il əvvəl, 2023-cü ildə Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri – Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyev saxlanılmışdı. Həmin əməliyyatdan sonra Ukrayna mediası saxlanılan cinayətkar dəstənin üzvlərinin "Oleq Bakinski"nin dəstəsi olduğunu yazmışdı.
“Oleq Bakinski”nin kifayət qədər kriminal keçmişi var.
O, 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlı olduğu bildirilir. Məsələn, onunla bağlı qalmaqallardan biri 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovun döyülməsi ilə bağlıdır. Bağırovu kafeyə görüşə dəvət edən Krapivin bir neçə tərəfdarı ilə birlikdə hüquq müdafiəçisini döyür, pasportunu alır və bir neçə saat saxlayır. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyir.
2022-ci ilin əvvəllərində “Oleq Bakinski” Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Kriminal avtoritet “Leksus”un sürücüsünə xəbərdarlıq edərək, pul tələb etdiyi bildirilmişdi.
“Oleq Bakinski”nin adı çoxsaylı qəsb, adam oğurluğu, sifarişli qətllərdə hallanır. Bundan başqa, o, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç rejiminə qulluq etməkdə və onun şəriki olmaqda ittiham olunur.
2022-ci il iyunun 26-da rəsmi Kiyev ona Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Səbəb isə onun işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı idi.
Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.
“Oleq Bakinski”nin cinayət işi üzrə Valeriy Nikolayeviç Zaxarenkov və 2 şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapçast” Açıq Səhimdar Cəmiyyəti və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
Ona və suç ortağına qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham irəli sürülüb.
Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Bu gün, 16:35 |
|
|
|
• Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Bu gün, 16:33 |
|
|
|
• Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Bu gün, 16:32 |
|
|
|
• "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Bu gün, 16:29 |
|
|
|
• Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Bu gün, 16:14 |
|
|
|
• Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Bu gün, 16:12 |
|
|
|
• Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 16:09 |
|
|
|
• “Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Bu gün, 16:07 |
|
|
|
• Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Bu gün, 15:35 |
|
|
|
• Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Bu gün, 15:32 |
|
|
|
• “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Bu gün, 15:29 |
|
|
|
• Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:24 |
|
|
|
• Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Bu gün, 15:21 |
|
|
|
• “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Bu gün, 13:41 |
|
|
|
• YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Bu gün, 13:38 |
|
|
|
• "Fərqi insan idi..."
Bu gün, 11:41 |
|
|
|
• 1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00 |
|
|
|
• “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43 |
|
|
|
• Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34 |
|
|
|
• Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16 |
|
|
|
• Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14 |
|
|
|
• "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03 |
|
|
|
• Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00 |
|
|
|
• Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58 |
|
|
|
• Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51 |
|
|
|
• Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32 |
|
|
|
• Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05 |
|
|
|
• İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
• Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29 |
|
|
|
• NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27 |
|
|
|
• "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22 |
|
|
|
• “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19 |
|
|
|
• Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09 |
|
|
|
• Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07 |
|
|
|
• "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30 |
|
|
|
• Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27 |
|
|
|
• Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10 |
|
|
|
• Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00 |
|
|
|
• Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56 |
|
|
|
• AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49 |
|
|
|
• "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26 |
|
|
|
• Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16 |
|
|
|
• Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
|