Jurnalist Anar Məmmədov özünün “Facebook” hesabında bir neçə şəxsin onun döyüməsi ilə bağlı məlumat paylaşıb.
A.Məmmədov ona edilən hücumu əks etdirən videonu paylaşaraq Daxili İşlər Naziri general – polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
Daxili işlər naziri, polis general-polkovniki, cənab Vilayət Eyvazova, Criminal.az saytının baş redaktoru Anar Məmmədov tərəfindən MÜRACİƏT Cənab nazir, ötən ilin noyabrında həyatımın təhlükədə olması barədə sizə online müraciət etmişdim. Həmin müraciət Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsində araşdırıldı. Bu gün isə həmin şəbəkənin üzvləri işdə olarkən mənə hücum etdilər, məni otağıma salaraq qapını arxadan bağladı, döyərək getdilər. Səbəb onların cinayət əməllərini ifşa etməyimdir. Məsələ ilə bağlı 102 xidmətinə müraciət etmişəm. Xahiş edirəm, başıma gələn hadisəni nəzarətinizə götürəsiniz və həmin şəxslərin cəzalandırılmasına göstəriş verəsiniz.