Bu gün Yasamal rayon bələdiyyəsinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib. "DİA-AZ" xəbər verir ki, bu barədə paylaşılan məlumatda deyilir ki, görüş zamanı millət vəkili Ülvi Quliyev seçicilərinin şikayət və istəklərini dinləyib.
Qəbul zamanı həmçinin əsasən sosial problemlərin həlli və idman ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən məsələlər operativ olaraq həll edilib.