Akif Süleymanov Azərbaycan dövlətinə və qanunlarımıza necə qalib gəldi? - ŞOK FAKTLAR
Tarix: 4-01-2016, 09:12 | Çap et
DİA.AZ: - Redaksiyamıza Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqda ilginc faktların və ittihamların yer aldığı daha bir material göndərilib. DİA.AZ həmin məlumatı bəzi ixtisarlarla təqdim edir:
“Azərbaycan Texnologiya Universitetində Maliyyə Nazirliyinin yoxlaması külli miqdarda mənimsəmə (3000000 manat) aşkarladıqdan sonra barəsində cinayət işi qaldırıldı.Rektor Akif Süleymanov isə bu idarədə verdiyi ifadəsində heç nədən xəbəri olmadığını, baş mühasib Amil Mirzəyev və digər əməkdaşlar tərəfindən “aldadıldığını” bildirmişdir.
Kimin kimi aldatdığını araşdırmaq üçün bir qəqər yaxın keçmişə, yəni Akif Süleymanovun rektor təyin olunduğu 2013-cü ilə qayıdaq.
2013-ci ilin mart ayında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun proteksiyası ilə Akif Süleymanov Texnologiya Universitetinə rektor təyin edildikdən az sonra Əli Abbasov dostunu dəstəkləmək üçün universitetə gəlir və ona hərtərəfli kömək göstərəcəyini vəd edir. Doğrudur az sonra Əli Abbasov rəhbərlik etdiyi nazirliyin hesabına universitetə 50 ədəd personal kompüter bağışlasada, Akif Süleymanov bu kompüterlərində pulunu universitet büdcəsindən silib mənimsədi (maliyyə yoxlaması zamanı həmin kompüterlər universitet hesabına alınmış kimi qeyd edildi). Həmin görüşdə çıxış edən Əli Abbasov və Akif Süleymanov universitetdə “müştəri yönümlü proqramın” həyata keçiriləcəyini bəyan edirlər. Daha sonra Akif Süleymanov 2013-cü ildən universitetdə “müştəri yönümlü proqramın” tətbiqinə başlanması barədə Təhsil Naziri Mikayıl Cabbarovun, Əli Abbasovun və digər rəsmi şəxslərin adından danışmağa başlayır.(2014-cü ilin əvvəlində nəşr olunmuş universitetin tanıtım dərgisinə baxmaq kifayətdir). Əgər 2013-cü ildə ”müştəri yönümlü proqram”-ın tətbiqinə başlanmışdısa, onda 2015-ci ilin avqust ayında hansı pilot layihənin başlanmasına start verilmişdir? Axı 2013-cü ildə bu layihədən söhbət gedəndə nə Şamil Süleymanov, nə Vüqar İsmayılov, nə Səbuhi Yusifov, nə də digər süleymanovçular yox idi”.
diaaz.space-a daxil olan məlumatda daha sonra qeyd olunur: “2015-ci il avqust ayının 6-da Akif Süleymanov “ağır cərrahiyə əməliyyatından” sonra rektorluğa başlayarkən Təhsil Nazirliyi tərəfindən “müştəri yönümlü proqramın” tətbiqinə başlandığını və öğlu Şamil Süleymanovun rəhbərliyi ilə bu layihənin yerinə yetirilməsi üçün yeni “komandanın” gətirildiyinielan edir. Əgər hər hansı bir təşkilat universitetdə pilot bir layihə həyata keçirirsə, deməli bu layihənin maliyyələşdirilməsini də təmin etməlidir. Azərbaycan Texnologiya Universiteti büdcədən maliyyələşmədiyi üçün onun büdcəsinin xərclənməsinə də kollektivin (Universitet Elmi Şurasının) razılığı olmadan heç kəs (nə nazir, nə də rektor) təkbaşına qərar verə bilməz.
Nə Təhsil Nazirliyi, nə də başqa bir təşkilat tərəfindən bu layihənin həyata keçirilməsinə bir qəpikdə vəsait ayrılmadığı halda Universitetin büdcəsi “müştəri yönümlü proqram” adı altında talanır. 06 avqust 2015-ci il tarixdə universitetə qədəm qoyan “müştəri”-çilərin ilk işi 31avqustda özlərinə 3000manat əlavə əmək haqqı təyin etmək oldu. Həmən dövrdə Akif Süleymanov proqramın rəhbərinin oğlu Şamil Süleymanov olduğunu söyləyirdi. Lakin sonradan yəqinki Akif Süleymanovun özüdə bu proqramdan “kerosin iyi gəldiyini” (bununda sonunun mənimsəmə faktı üzrə cinayət işi ilə yekunlaşacağını) dərk etdiyi üçün öğlunun bu işlərə aidiyyəti olmadığını, proqramın rəhbərnini Səbuhi Yusifovun olduğunu elan etdi. Belə olan halda sual olunur: “cənab” Akif Süleymanov bəs sizin oğlunuz Şamil Süleymanovun Azərbaycan Texnologiya Universitetində nə işi var? Hələ təsərrüfat işləri üzrə prorektor təyinatı barədə Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmri olmayan birini əvvəlcədən kollektivə yeni prorektor kimi təqdim etməyə və atasından təyinat üçün təqdimat alaraq Təhsil Nazirliyinə aparmağa Şamil Süleymanovun hansı səlahiyyəti var və onu sövq edən nədir?Yeni komandaya yaxın mənbənin verdiyi məlumata görə,məsələ ondadır ki, Şamil Süleymanov da atası Akif Süleymanovun bir rektor kimi vəzifəsinin öhdəsindən gəlmədiyini və idarəçilikdən anlayışı olmadığını bilir. Ancaq ataların bir sözüdə var: oddan kül törəyər. İş ondadır ki, idarəçilikdə Şamil Süleymanov heç də atasından öndə deyil. O elə bilir ki, universitet onun atasının şəxsi obyektidir və nə istəsə, necə istəsə edə bilər”.
“Müştəriçi”-lər avqust ayında elan etdilərki, cöx irimiqyaslı layihələrimiz var və bu layihələrin hesabına universitetin büdcəsinə külli miqdarda vəsait daxil olacaq. Ancaq fəaliyyətlərinin 5 ayı ərzində nəinki onların fəaliyyətindənuniversitetin büdcəsinə bir qəpik belə daxil olub, əksinə univesitetin büdcəsi bir neçə şəxsin cibinə axıdılaraq talan edilib.
Universitetin tələbələrin təhsil haqlarından formalaşan illik büdcəsi təxminən 3000000(üç milyon) manatdır.
Azərbaycan Texnologiya Universiteti əməkdaşlarının (500 nəfərin) birlikdə aylıq maaşları 170000...200000 (yüz yetmiş-iki yüz min) manat təşkil edir.Bu isə ildə 2000000...2400000 manat edir.Yeni komandanın üzvlərinin (20bnəfərin) isə təkcə beş ayda aldığı əlavə əmək haqqı 200000 manat (il ərzində 480000-500000 edir)olmuşdur. İlk baxışda belə görünür ki, büdcəmiz əmək haqqına kifayət etməlidir. Lakin, nəzərə alsaq ki, yeni komandauniversitet büdcəsindən təkcə bir tualetin təmirinə görə 37000 manat, digər tualetin tikintisi üçün 45000 manat, parta, yazı lövhəsi, yararsız kompüterlər və s. üçün 100000 manatdan artıq vəsait silib və kompütür şəbəkəsi yaratmaq adı ilə 250000 manat vəsaiti silməyi planlaşdırır, onda vəziyyətin acınacaqlı olduğu aydın hiss olunur.
Bu talançılıq fəaliyyətinin başlanğıcında universitetin yeni baş mühasibi Mətləb müəllim “müştəriçilərin” bu işlərinə etiraz edərək onuda əvvəlki baş mühasib Amil Mirzəyevin aqibəti gözləyir desədə, sonradan onun da adının “müştəriçilər” siyahısına salınaraq 1450manat əlavə əmək haqqı təyin edilməsi müqabilində məmnuniyyətlə onlara qoşuldu.
Sual oluna bilər ki, əvvəlki baş mühasib Amil Mirzəyevin aqibəti necə olmuşdu?”
Məqalə müəllifi diaaz.space-a yolladığı yazısında bu suala da cavab verməyə çalışır və əlavə faktları təqdim edir: “Akif Süleymanov rektorluğunun ilk aylarında Amil Mirzəyevi sıxışdıraraq işdən çıxaracağı ilə hədələyərək ona şəxsi vəsaiti hesabına mühasibatlığın binasını təmir etdirməyə və binanın ətrafını abadlaşdırmağa məcbur etdi. Bundan sonra Akif Süleymanovla Amil Mirzəyevin iş birliyi başlandı.Yeni “şəriklər” ayrı-ayrı əməkdaşlara ikiqat əmək haqqı yazaraq artıq məbləği onlardan geri alaraq (həmin əməkdaşlara 10manat verməklə) mənimsəməyə başladılar ( həmin əməkdaşların hamısı müstəntiqlərə verdikləri ifadələrində artıq məbləğin üstündən 5-10 manat götürərək mühasibatlığın əməkdaşı Sevda xanıma qaytardıqlarını və Sevda xanımın da pulu rektora verdiyini təsdiqləyiblər). Bununlada kifayətlənməyən şəriklər ödənişli əsaslarla təhsil alan tələbələrin adına təqaüd yazaraq mənimsənildi və s. Maliyyə Nazirliyinin yoxlaması zamanı aşkarlanan 3000000 manat sabiq Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun köməkliyi ilə azaldılaraq 1300000 manata endirildi. Maliyyə Nazirliyinin əməkdaşları bu məbləğin ödənilməsini tələb etdikdə Akif Süleymanov Amil Mirzəyevi aldatdı ki, məbləğin 500000 manatını( Amil Mirzəyev 150000 manat təmirə xərclədiyi üçün) sən ödə, qalanını da mən ödəyəcəm.Akif Süleymanov bu işdə əli olan mühasibatlıq əməkdaşı Sevda xanımıda aldadıb ki, ifadənizdə mənim adımı çəkməyin, mən sizi qurtaracam və işinizdə qalıb işləyəcəksiniz (həqiqətəndə Sevda xanım mühasibatlıqda bugünədək işləyir). Sonradan Akif Süleymanov mənimsədiyi məbləği ödəməkdən imtina edərək “müalicəyə” yollandı. Vəziyyəti belə görən Amil Mirzəyevdə aradan qeyb oldu (hazırda axtarışdadır və haqqında heç bir məlumat yoxdur).
Görəsən “müştəri yönümlü” proqramın həyata keçirilməsində, Azərbaycan Texnologiya Texnoparkının yaradılmasında Akif Süleymanovun, Vüqar İsmayılovun, Səbuhi Yusifovun katibələrinin və sürücülərinin, Rəfael Maçanovun və kürəkəninin rolu nədən ibarətdir? Məgər universitetin büdcəsi bu şəxslərin atalarından qalma mirasdır ki, onu katibələrinə, sürücülərinə, qohumlarına “alışma” etirlər?
Akif Süleymanovun sözlərində yalnız bir həqiqət var ki, o doğrudanda rektor təyin olunduğu gündən müştəri yönümlü işləyib. Onun müştəriləri isə yeni işə qəbul olunmaq istəyənlər (3000-5000 manat müqabilində 50 nəfərdən artıq laborant-texniki işçi), tələbə və valideynlər olmuşdur. Rektorluğu ərzində universitetin heç bir struktur bölməsinə heç bir dəftərxana ləvazimatı verilmədiyi halda, heç bir təmir işi aparılmadığı halda universitet büdcəsindən bu adla külli miqdarda pul silinib. Məhz ona görə də Əli Abbasovla Akif Süleymanov proqramlarına “müştəri yönümlü” adını qoymuşdular”.
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09 |
|
|
|
• Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07 |
|
|
|
• Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04 |
|
|
|
• Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58 |
|
|
|
• "Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55 |
|
|
|
• “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51 |
|
|
|
• Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48 |
|
|
|
• Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44 |
|
|
|
• Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42 |
|
|
|
• “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39 |
|
|
|
• Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21 |
|
|
|
• Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00 |
|
|
|
• Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57 |
|
|
|
• "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55 |
|
|
|
• Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51 |
|
|
|
• "Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43 |
|
|
|
• İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım
Dünən, 17:33 |
|
|
|
• AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların SAYLARI ARTIB
Dünən, 17:31 |
|
|
|
• “İndi ayda bir dəfə telefonla danışırıq”
Dünən, 17:30 |
|
|
|
• "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Dünən, 17:10 |
|
|
|
• "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Dünən, 17:07 |
|
|
|
• "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Dünən, 17:06 |
|
|
|
• "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Dünən, 16:56 |
|
|
|
• Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Dünən, 16:53 |
|
|
|
• Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Dünən, 16:51 |
|
|
|
• Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Dünən, 16:49 |
|
|
|
• Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Dünən, 16:46 |
|
|
|
• Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Dünən, 15:47 |
|
|
|
• "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Dünən, 15:45 |
|
|
|
• Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Dünən, 15:43 |
|
|
|
• “Tesla” avtomobillərinin istehsalı azaldı
Dünən, 15:40 |
|
|
|
• İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Dünən, 15:35 |
|
|
|
• Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Dünən, 15:32 |
|
|
|
• Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Dünən, 14:02 |
|
|
|
• Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Dünən, 14:00 |
|
|
|
• Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Dünən, 13:58 |
|
|
|
• Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Dünən, 13:49 |
|
|
|
• Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Dünən, 13:45 |
|
|
|
• Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Dünən, 13:15 |
|
|
|
• Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Dünən, 13:14 |
|
|
|
• Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Dünən, 12:58 |
|
|
|
• Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Dünən, 12:54 |
|
|
|
• 2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Dünən, 12:34 |
|
|
|
• “Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Dünən, 12:23 |
|
|
|
|