Goranboyun icra başçısı və Təhsil Şöbəsinin müdiri vətəndaşı İNTİHARA məcbur edir – ŞOK İDDİA
Tarix: 30-09-2021, 15:06 | Çap et
İşsizlik, vəzifəli şəxs tərəfindən edilən haqsızlıq, hüquqlarının pozulması, süründürməçilik, xüsusilə vəzifəli şəxs tərəfindən aldadılması Goranboy rayon Qızılhacılı kənd sakinini intihara sürükləyir.
Bu barədə KONKRET.az-ın redaksiyasına müraciət edən vətəndaş Eminov Neman Bayram oğlu özü məlumat verib. Onun iddialarına görə, Goranboy rayon Təhsil Şöbəsinin və İcra hakimiyyəti rəhbərliyinin etinasız və laqeyd münasibəti vətandaşı bu addımı atmağa məcbur edir. Neman Eminov çıxış yolunu ölkə başçısına və Birinci vitse-prezidentə müraciət etməkdə gördüyündən dövlət rəhbərliyinə müraciət ünvanlayıb.
Vətəndaşın müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə;
Surəti: Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya;
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə”
Surəti : Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova;
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya;
Surəti: Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə;
Surəti: Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarova;
Surəti: Dəyərli KİV-nin rəhbərlərinə, saytlara, saytların hörmətli rəhbərlərinə;
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən
Ş İ K A Y Ə T
Nəzərinizə çatdırıram ki, “sifariş”in, ədalətsizliyin qurbanı olaraq 2019-cu ilin mart ayında həbs etdirildim. 10.06.2021-ci il tarixində azadlığa buraxıldım. Azadlığa buraxıldıqdan sonra 2021-ci ilin iyun-iyul-avqust-sentyabr aylarında dəfələrlə Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevə məni qəbul etməsi barədə müraciət ünvanlasam da, heç bir nəticə olmadı.
Möhtərəm Cənab Prezidentə, çox hörmətli 1-ci vitse prezidentə, Ombudsmana etdiyim müraciətlərdən sonra nəhayət ki, 16.09.2021-ci il tarixində Goranboy RİH-nin inzibati binasında icra başçısının qəbulunda oldum. İki ali təhsilimin olduğunu, cəmiyyətə adaptasiya olmaq istədiyimi, ailəmin maddi durumunun zəifliyini, anamın şəkərli diabet xəstəliyini, işləməməsini, atamın yaşlılığını və heç bir yerdə çalışmamasını başçının diqqətinə çatdırdım. Mənə bildirdi ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarova tapşıracaq və məni bir işlə təmin etməyə çalışacaq. Bildirdim ki, Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Seymur Nazarovun bir neçə dəfə məni işlə təmin etməsi üçün qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək əmin edib. Çox təəssüflər olsun ki, Seymur Nazarov məni bu günə kimi işə götürmür, süründürməçilik edərək, müəyyən vədlər verərək məni aldadır. Bu azmış kimi, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev də məni aldatdı.
Seymur Nazarova qəbulunda olarkən və yazılı şəkildə bildirdim ki, həbsdən buraxılmışam, ailəmizdə işləyən yoxdur, çətinlik çəkirəm. Xahiş etdim ki, mənim işlə təmin olunmağıma yardım etsin. Hər dəfə mənə bildirirdi ki, “narahat olma, sənə iş verəcəm”. Hətta onu da mənə demişdi ki, biz bir kəndliyik, mən də vaxtı ilə sənin kimi çətin günlər yaşamışam, bunları nəzərə alıb, sənə iş verəcəm. Hətta mənə tapşırıq verdi ki, ” iş axtaran” vətəndaş kimi Goranboy rayon Məşğulluq Mərkəzində qeydiyyata düşüm. Bundan sonra Goranboy rayon Məşğulluq mərkəzində 16.08.2021-ci il tarixində qeydiyyata alındım. Seymur Nazarovdan məni müəllim vəzifəsinə işə qəbul etməsini heç vaxt istəmərəm. Ona görə ki, müəllim vəzifəsinə işə qəbul Təhsil nazirliyinin təşkil etdiyi “Müəllimlərin İşə Qəbulu” qaydası ilə həyata keçirilir. Mən Seymur Nazarovdan ştat işi istəyirdim. Seymur Nazarov məni bu yalanları ilə aldadaraq indiyə kimi hisslərimlə oynayır. 36 yaşım var, mən xəstə, işsiz valideynlərimdən bir manat almağa xəcalət çəkirəm, işsizlik məni sıxır. Seymur Nazarov tərəfindən aldadılmağım mənə çox pis təsir edir. Belə bir vəzifəli şəxsin hərəkətləri məni intihar həddinə gətirib çıxarıb. Mən yaşlı, xəstə, heç bir yerdə işləməyən valideynlərimə maddi, mənəvi dəstək göstərməliyəm, onlardan bir manat almalı deyiləm.
QEYD: Goranboy RTŞ-nin müdiri Seymur Nazarovla bağlı orta məktəblərdə vaxtıilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün cəzalandırılan direktorları, direktor müavinlərini yüksək vəzifələrə təyin etdiyi üçün 22.09.2021-ci il tarixlərində bir neçə sayt vasitəsilə aidiyyatı qurumlara müraciətlər etmişəm, hələki, etdiyim müraciətlərə baxılmır. Çox hörmətli cənab Prezidentim! dəyərli hüquq-mühafizə orqanlarının əməkdaşları, mənim intihar etməyimə səbəbkar vəzifəli şəxs, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Fazil oğlu Nazarovdur. İnanıram ki, bu vəzifəli şəxs barəsində tədbir görüləcək, mənim pozulmuş hüquqlarım bərpa olunacaq, ruhum rahatlıq tapacaq.
Hörmətlə; Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu;
P.S. Yazıda adı keçən şəxslərin və dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:54 |
|
|
|
• 2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Bu gün, 12:34 |
|
|
|
• “Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Bu gün, 12:23 |
|
|
|
• Covid haqqında proqnoz verən ektrasens danışdı: - "3-cü Dünya Müharibəsi ilin ortasında başlaya bilər"
Bu gün, 12:19 |
|
|
|
• "Azəriqaz" abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib
Bu gün, 12:03 |
|
|
|
• Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər
Bu gün, 12:00 |
|
|
|
• "POS-terminal yoxdur", "POS-terminal işləmir" kimi cavablar verən - OBYEKTLƏR CƏRİMƏLƏNƏCƏK
Bu gün, 11:50 |
|
|
|
• Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır - Departamentdən AÇIQLAMA
Bu gün, 11:43 |
|
|
|
• Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər - İTTİHAM VAR...
Bu gün, 11:41 |
|
|
|
• Tanınmış meyxanaçı qiymət artımına görə GÖZAYDINLIĞI VERDİ - FOTO
Bu gün, 11:32 |
|
|
|
• Ermənistanın dövlət büdcəsində pul yoxdur – Sərkisyan
Bu gün, 11:28 |
|
|
|
• Moldovadan Ermənistana qadağa - "Yanvarın 9-dək..."
Bu gün, 11:26 |
|
|
|
• Qarabağ Qazisi... veteran atası ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 11:23 |
|
|
|
• "Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz" - ÇAĞIRIŞ
Bu gün, 11:11 |
|
|
|
• Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır
Bu gün, 11:04 |
|
|
|
• Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib - “Yonhap”
Bu gün, 11:00 |
|
|
|
• Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır - İNCƏLƏMƏ
Bu gün, 10:59 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
Bu gün, 10:58 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır? - AÇIQLAMA
Bu gün, 10:56 |
|
|
|
• Amili üzr istəməlidir... - Başqa cür ola da bilməz...
Bu gün, 10:50 |
|
|
|
• Azərbaycanda plastik cərrahlara vaxt QOYULDU - Yoxsa işləyə bilməyəcəklər
Bu gün, 10:47 |
|
|
|
• Dövlət Duması falçıların mediadan rədd edilməsini təklif edir - KİV
Bu gün, 10:44 |
|
|
|
• "İndi yazacam ki, gözəgörünməzə şükür eləmək lazımdır..." - Tarif Şurası üçün tərif şurası...
Bu gün, 10:31 |
|
|
|
• Azər Baxşəliyevin son durumu NECƏDİR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 10:26 |
|
|
|
• Pezeşkian da Amilinin İPİNİ YIĞA BİLMİR... - "Cəza verilməzsə..."
Bu gün, 10:21 |
|
|
|
• Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb
Bu gün, 10:19 |
|
|
|
• ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib - Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi
Bu gün, 10:10 |
|
|
|
• “Premium Bank”ın “PREMİUM” XİDMƏTİ... - Nə vaxt pul lazım oldu... UTANMA... GƏL!
Bu gün, 10:09 |
|
|
|
• Ukrayna Moskvanı vurmağa hazırlaşır... -ÖZ RAKETLƏRİ İLƏ...
Bu gün, 10:00 |
|
|
|
• Ukraynada müharibənin durdurulması Trampdan aslıdır - Telefon danışığının detalları
Bu gün, 09:59 |
|
|
|
• Xaçmaz sakinləri köhnə və indiki başçıları haqqında görün, NƏLƏR DEDİLƏR... - "ƏSAS ODUR... PUL YESİNLƏR..."
Bu gün, 09:57 |
|
|
|
• Bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir... - Ekspert danışır...
Bu gün, 09:41 |
|
|
|
• 4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır - Nahapetyan
Bu gün, 09:36 |
|
|
|
• “Meymun kimi atdanıb düşür, çatana “xalq artisti” adını verirlər...” - Əli Mirəliyev
Bu gün, 09:34 |
|
|
|
• Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır! - İLGİNC...
Bu gün, 09:31 |
|
|
|
• ƏMANƏTLƏRƏ XƏYANƏT FONDU... - "Necəsə dolanmaq lazımdır da..."
Bu gün, 09:15 |
|
|
|
• "Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..." - ETİRAZ
Bu gün, 09:10 |
|
|
|
• AZAL-ın təyyarəsinin qara qutularının Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir - Tokayev BELƏ DEYİR...
Bu gün, 09:04 |
|
|
|
• KAPİTALBANK-ın onlayn sistemi də yeni ili qeyd edir? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:02 |
|
|
|
• Qazaxlar ADDIM ATDI: Bəs biz? - AKTUAL
Bu gün, 08:57 |
|
|
|
• Fars-molla rejimi ƏGƏR SƏMİMİDİRSƏ... - REAL ADDIM ATMALIDIR!
Bu gün, 08:55 |
|
|
|
• "Hər günüm TRENDYOL-la yazışmaqla keçir..." - GİLEY
Bu gün, 08:52 |
|
|
|
• TARİF ŞURASININ ÖZÜ DƏ, FƏALİYYƏTİ DƏ QANUNSUZDUR - tanınmış hüquqşünasdan İLGİNC AÇIQLAMALAR
Bu gün, 08:46 |
|
|
|
• Cənubi Koreyada Prezidentin həbsi ilə bağlı müstəntiqlər və hərbçilər arasında qarşıdurma baş verib - KİV
Bu gün, 08:40 |
|
|
|
• Ameli kimi arxaik təfəkkürlü din dəllallarının rolu... - ŞƏRH
Bu gün, 07:29 |
|
|
|
• Tarif Şurasının qərarı heç bir ağlabatan izahat verilmədən təqdim edilib - Keçmiş icra başçısı
Bu gün, 07:21 |
|
|
|
• "Əgər partiyanı bərpa etmək mümkün olsaydı, Əvəz Temirxan..." - Lalə Şövkətin oğlu anasının aktiv siyasətə dönmə xəbərindən danışdı
Bu gün, 07:18 |
|
|
|
• Dünyanın ən güclü PUA-ya sahib ölkələri: Türkiyə neçənci yerdədir? - SİYAHI
Bu gün, 07:02 |
|
|
|
• Çərçivə sazişi: "2025-ci ildə Azərbaycanla Ermənistan arasında...” - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 06:59 |
|
|
|
• Şahin Bağırovun FİŞƏNG BİZNESİ - AKTUAL
Bu gün, 06:54 |
|
|
|
|