Füzuli Ələkbərovun “qara kassa”sı Heybət İmanov ƏSMM-də “at oynadır” - İTTİHAM
Tarix: 18-01-2019, 15:16 |
Çap et
Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Füzuli Ələkbərovun kadrlarını yenidən ƏSMM-ə toplayır
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qurumda apardığı islahatların narazılıqla qarşılanması barədə bir neçə dəfə oxucularımıza məlumat vermişik. Həmin məlumatlarda qeyd etmişik ki, aparılan islahatlarda nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdir əvəzi Heybət İmanovun əsas rolda olması narazılığa səbəb olub. Çünki Heybət İmanov sabiq ƏSMM naziri Füzuli Ələkbərovun "qara kassa"sı kimi ad çıxaran şəxs olub. Səlim Müslümov bu quruma nazir təyin edildikdən sonra Heybət İmanov vəzifəsindən azad olunmuşdu.
Ancaq Səlim Müslümovun yerinə təyin edilən Sahil Babayev yenidən Heybət İmanovu ƏSMM-ə qaytardı. Keçmiş "qara kass"aya bu dəfə nazirliyin Daxili nəzarət və audit şöbəsi tapşırıldı. Bildirək ki, Heybət İmanov öncə adıçəkilən şöbədə müdiri əvəzi idi və onun bu vəzifəyə müvəqqəti təyin edildiyi deyilirdi. Ancaq bir neçə ay öncə nazir Sahil Babayev Heybət İmanovu səssiz-səmirsiz Daxili nəzarət və audit şöbəsi müdiri vəzifəsinə təsdiqlədi.
AzFakt.com-a daxil olan məlumata görə ƏSMM-in yerli rayon şöbələrinin dəyişdirilməsində əsas simalardan biri artıq Heybət İmanovdur. Məlumatda bildirilir ki, bir çox rayonlarda DSMF və Məşğulluq mərkəzlərinin müdiri vəzifələrinə təyin edilənlər sabiq nazir Füzuli Ələkbərovun vaxtında işləyən və Səlim Müslümov tərəfindən işdən çıxarılanlardı. Yəni Heybət İmanov onun dövründə işləyən kadrları yenidən ƏSMM-ə yığır.
AzFakt.com-a verilən məlumatda bildirilir ki, Heybət İmanov hazırda ƏSMM nazirinin müavini Mətin Kərimlininin yanında yer alıb. İmanovun ƏSMM-ə gətirilməsi də Mətin Kərimlinin təklifi və istəyi nəticəsində baş tutub. Vaxtı ilə ƏSMM-in əsas kilid isimlərindən biri olan və "qara kassa" rolunu oyanayan Heybət İmanovun yenidən bu missiyanı həyata keçirtməyə başlaması isə maraqlı məqamlardan xəbər verir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.