Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.
"DİA-AZ" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
Məlumata görə, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.
Təyyarədə sərnişin olmayıb.