"Bu il diplomatik qalmaqalla başa çatır, Rusiya rəsmən günahını etiraf etməsə də, vurulan təyyarəyə görə Azərbaycandan üzr istəməyə məcbur olub..."
2024-cü il bir çox siyasi liderlər və bütöv ölkələr üçün böyük təlatümlər və itkilər ili olub. "Politico Playbook" yola saldığımız ilin ən böyük uğursuz adamlarının reytinqini dərc edib.
Moderator.az xəbəd verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Vladimir Putin: ölkədə və xaricdə uğursuzluqlar
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni uğurla başa çatdırmaq vədinə əməl etməyib. 2024-cü ildə Ukrayna nəinki öz mövqelərini qoruyub saxlayıb, həm də əkshücum həyata keçirərək Kursk vilayətinə çatıb.
Hərbi uğursuzluqlardan başqa, Putin iqtisadi problemlərlə üzləşib. Bunlar yüksək inflyasiya, işçi qüvvəsi qıtlığı və Suriyada Moskvanın Afrikaya çıxışından məhrum edən Əsəd rejiminin süqutudur.
Bu il diplomatik qalmaqalla başa çatır, Rusiya rəsmən günahını etiraf etməsə də, vurulan təyyarəyə görə Azərbaycandan üzr istəməyə məcbur olub.
Makron və Şolts: fransız-alman tandeminin iflası
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts bütün ixtilaflara rəğmən, ili siyasi böhranlarla başa vurur. Makron bir uğursuzluq ardınca digərini yaşayıb. Onun partiyası Avropa Parlamentinə seçkilərdə iflasa uğrayıb, Fransada ifrat solçu və sağçı partiyaların polulyarlığı artıb, həmçinin hər iki hökumət il ərzində parçalanıb.
Şolts analoji çətinliklərlə üzləşib, hakim koalisiyanın parçalanması onu növbədənkənar seçkiləri təyin etməyə vadar edib, bu da onun mövqelərini büsbütün laxladıb. Bütün bu hadisələr həmişə Avropa İttifaqının inteqrasiyasının hərəkətverici qüvvəsi hesab edilən fransız-alman alyansını sarsıdıb.
Viktor Orban epoxasına son qoyulur?
Avropada Putinin ən yaxın müttəfiqi olan Macarıstan baş naziri Viktor Orban mürəkkəb dönəmini yaşayır. İqtisadi böhran və 2026-cı il seçkilərində Orbana meydan oxumağa hazırlaşan müxalifət lideri Peter Madyarın populyarlığının artması onun uzunmüddətli hakimliyini sual altına qoyur.
Bəşər Əsədin rüsvaycasına qaçışı
Suriyanın sabiq prezidenti Bəşər Əsəd ölkəyə nəzarəti itirdikdən və hakimiyyətin rəqibləri tərəfindən ələ keçirilməsindən sonra ili Moskvada başa vurur. Buraya həm də ailə çətinlikləri əlavə edilib. KİV-lər onun həyat yoldaşı Əsmanın boşanma tələb etdiyi barədə məlumat yayıb, Kreml bu şayiələri təkzib edib.
Ukraynalıların versiyasına görə ilin adamları
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski ikinci ildir ki, "İlin siyasətçisi" reytinqinə başçılıq edir. Bunu İlk Kuçeriv adına "Demokratik təşəbbüslər" Fondunun Razumkov Mərkəzinin sosioloji xidməti ilə birgə "2021-ci ilin ciddi və şən nəticələri" ümummilli tədqiqatın nəticələri göstərib.
"İlin siyasətçisi" nominasiyasında ikinci yeri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko (8, 1 %) və Ali Radanın sabiq spikeri Dmitri Razumkov (8 %) bölüşür.