Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tədbirin təşkili və keçirilməsi ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az-ın məlumatına görə, müsabiqənin qalibi "FACEMARK" MMC olub.
Tərəflər arasında 43.730,8 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Müsabiqəyə əsasən Komitəyə Zalın və foyenin icarə haqqı(1), Kofe breyk, Brandwall(1), qələm, qovluq və s alınmalıdır.