Ötən gün Cənubi Koreyada 175 sərnişin və 6 stüardessa ilə sərnişin təyyarəsi Muan hava limanında uçuş-enmə zolağından çıxaraq divara çırpılıb. İlkin məlumatlara görə, 179 nəfərin həyatını itirdiyi müəyyən edilib. Təyyarədə olan hər kəsin öldüyü ehtimal edilən qəzadan möcüzəvi şəkildə iki nəfər sağ çıxa bilib. Cənubi Koreyanın Nəqliyyat Nazirliyi qəza baş verməmişdən əvvəl təyyarəyənin quşla toqquşması nəticəsində xəbərdarlıq göndərildiyini açıqlayıb.
Moderator.az “Reuters”in məlumatına istinadən bildirir ki, təyyarədə olan sərnişinlərdən biri qohumuna mesaj göndərərək təyyarənin mühərrikində quş ilişdiyini bildirib:
"Təyyarəmiz quşlarla toqquşub. Son sözlərimdir artıq..."
Cənubi Koreya yanğınsöndürmə idarəsi yüzlərlə insan tələfatına səbəb olan qəza ilə bağlı açıqlama verib. Bildirilib ki, qəza son 30 ildə Cənubi Koreya aviaşirkətinin iştirak etdiyi ən ölümcül təyyarə qəzalarından biri olub. İlkin ehtimallara görə, qəzaya eniş şassasındakı nasazlıq səbəb olduğu ehtimal edilir.