Etibar Pirverdiyevə zərbə üstünə zərbə! - “Azərenerji” rəhbərinin təftişi başlayır
Tarix: 25-02-2015, 15:10 | Çap et
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev növbəti çətin vəziyyətlə üzləşib. Belə ki, Pirverdiyevin rəhbərlik etdiyi qurumda geniş miqyaslı yoxlamaların başlanılması planlaşdırılıb.
Xatırladaq ki, iki həftə öncə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC adlandırılması ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq" ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir. Etibar Pirverdiyev üçün bu qərar gözlənilməz olub. İndi isə səlahiyyətlərinin kəskin azaldılmasının şokundan ayrıla bilməyən “Azərenerji” prezidenti yeni problemlə üzləşib. Yaxın vaxtlarda Hesablama Palatasının Pirverdiyevin rəhbərlik etdiyi ASC-də geniş miqyaslı auditə hazırlaşdığı bildirilir. İddialara görə, bu qurumda külli miqdarda yeyinti faktları ilə bağlı hökumət daxilində kifayət qədər məlumatlıdırlar və elə bu səbəbdən “Azəreneji”nin fəaliyyətinin ciddi şəkildə təftiş edilməsinə ehtiyac duyulub. Xatırladaq ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz "Azərenerji" olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərinə dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır. Bununla belə, ölkənin enerji sektorunda çoxsaylı problemlər qalmaqdadır. Bölgələr bir yana, hətta Bakıətrafı kənd və qəsəbələrdə, Abşeron rayonunun əksər hissələrində, Sumqayıtda və s. payız aylarından başlayaraq fasiləsiz işıq məsələsində ciddi problemlər yaranır. Belə iddialar mövcuddur ki, bu, yuxarıda haqqında danışılan fantastik məbləğdə vəsaitlərin əhəmiyyətli hissəsinin qeyri-şəffaf, təyinatsız xərcləmələrin "qurbanına" çevrilməsi ilə bağlıdır. Hətta belə fikirlər də səslənir ki, Etibar Pirverdiyev şəxsi biznesini gücləndirdiyi halda, enerji sektorunda köklü müsbət dəyişikliklərin baş verməməsi haqqında danışılan vəsaitlərin taleyi ilə bağlı şübhələri daha da qüvvətləndirir. Belə şübhələr hökumət çevrələrində də kifayət qədər güclü olduğundan, ən əsası isə, “Azərenerji”nin ölkənin enerji sektorunun müasir standartlara uyğunlaşdırılması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaması ucbatından Pirverdiyevin rəhbəri olduğu qurumun yoxlanılması qaçılmaz reallığa çevrilib. İstisna edilmir ki, həmin yoxlamalar nəticəsində ortaya çıxarılacaq korrupsiya faktları “Azərenerji” rəhbərinə baha başa gəlsin. Yəni iki həftə əvvəl olduqca önəmli səlahiyyətlərini itirən Etibar Pirverdiyevin adıçəkilən ASC-də aparılacaq təftişdən və həmin təftişin nəticəsində aşkarlanacaq ciddi maliyyə pozuntularından sonra vəzifəsini itirməsi ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Bundan başqa, bir çox mənbələrin verdiyi məlumatlardan belə aydın olur ki, yarım ay öncə səlahiyyətlərinin önəmli hissəsini itirən və qarşıda ciddi təftişlə üzləşməsi gözlənilən "Azərenerji" rəhbərinin biznesinin əksər hissəsinə əl qoyulacağı da ehtimal edilir. Onsuz da son vaxtlar dövlət investisiya layihələrindən böyük ölçüdə kənarda qalmağa başlamış "Azinko" şirkətinin, Sumqayıt Texnologiyalar Parkı və digər biznes qurumlarının Pirverdiyevin əlindən alınacağı tamamilə gözləniləndir. Ümumiyyətlə isə hazırda aydın görünən reallıq ondan ibarətdir ki, artıq Etibar Pirverdiyev önəmli səlahiyyətlərindən məhrum edilib, onun vəzifəsi əvvəlki çəkisini, təsir imkanlarını itirib. Bir neçə il əvvələdək adı ölkənin əsas oliqarxları arasında çəkilən “Azərenerji” rəhbəri bu gün faktiki olaraq zəiflədilmiş durumdadır.Onun nə hökumət daxilindəki təsir imkanları, nə də şəxsi biznesinin vəziyyəti bir neçə il əvvəllə müqayisədə qətiyyən ürəkaçan deyil. Hər halda Etibar Pirverdiyevlə bağlı sürpriz gəlişmələr bundan sonra da davam edə bilər. Odur ki, hadisələri qabaqlamayaq və proseslərin necə inkişaf edəcəyini gözləyək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Colaninin kostyumundan sonra ayaqqabıları da gündəmdə olub - FOTO
Bu gün, 00:21 |
|
|
|
• Rusiyada müvəqqəti yaşayan soydaşlarımız üçün BƏD XƏBƏR - 4 ay vaxtları var...
Bu gün, 00:18 |
|
|
|
• "Putin ilin ən uğursuz adamıdır" - "Politico Playbook"
Bu gün, 00:13 |
|
|
|
• Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu - TƏFƏRRÜAT
Bu gün, 00:08 |
|
|
|
• Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:03 |
|
|
|
• Azərin şikayəti rədd edildi - Zəhra ev dustaqlığına buraxıldı
Dünən, 18:43 |
|
|
|
• Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı
Dünən, 18:39 |
|
|
|
• Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! - GƏLİŞMƏ
Dünən, 18:37 |
|
|
|
• Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb - DİQQƏT
Dünən, 18:35 |
|
|
|
• Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi - İsrafil Kərimovun yazısı
Dünən, 15:44 |
|
|
|
• “Ermənistanın varlığı təhlükə altındadır” - Abramyan
Dünən, 13:22 |
|
|
|
• Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir - TƏFƏRRÜAT
Dünən, 13:13 |
|
|
|
• AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb - DİQQƏT
Dünən, 13:12 |
|
|
|
• Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: - SON SÖZLƏRİMDİR...
Dünən, 12:38 |
|
|
|
• Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb - açıq SƏRSƏMLƏMƏ
Dünən, 12:35 |
|
|
|
• "Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var - "Qaş düzəldərkən göz çıxarmaq"...
Dünən, 11:26 |
|
|
|
• Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - NARAZILIQ VAR...
Dünən, 11:20 |
|
|
|
• 2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: - Yeni ərazilər üç Kiyev şəhərinə bərabərdir
Dünən, 11:13 |
|
|
|
• Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib - FOTO
Dünən, 10:47 |
|
|
|
• AZAL xüsusi məlumat YAYDI - DİQQƏT
Dünən, 10:40 |
|
|
|
• Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"
Dünən, 10:36 |
|
|
|
• Dünya yenidən şəkilləndirilir: Şərqdə şillə ilə, Qərbdə hiylə ilə - Görünəni odur ki...
Dünən, 10:24 |
|
|
|
• Azərbaycana yardımı BU ƏBLƏHMİ EDƏCƏKDİ? - ÖZÜ DİLƏNİR...
Dünən, 10:16 |
|
|
|
• 2025-ci ilə baxış: - Dünya necə görünəcək?
Dünən, 10:05 |
|
|
|
• Əliyevin açıqlaması və Tokayevin qərarı… - İNCƏLƏMƏ
Dünən, 09:59 |
|
|
|
• "Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:57 |
|
|
|
• Rusiyalıların Azərbaycanda qalma müddəti niyə azaldılıb? - AKTUAL
Dünən, 09:55 |
|
|
|
• Təyyarənin vurulduğunu ilk dəfə dünyaya çatdıran məşhur səs - İlham Əmirov kimdir?
Dünən, 09:53 |
|
|
|
• Rusiya dövlət diplomatiyası sinifdə qaldı - FAKT BUDUR!
Dünən, 09:48 |
|
|
|
• "Şəhərin ən çox sərnişin yükünü avtobus götürür" - NƏ ETMƏLİ?
Dünən, 09:44 |
|
|
|
• " 6 illik ailə həyatımız buna görə dağıldı..."
Dünən, 09:41 |
|
|
|
• Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… - Qazax ekspert
Dünən, 09:38 |
|
|
|
• İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR? - Yeyin eee... amma belə də yox...
Dünən, 09:37 |
|
|
|
• Azərbaycana qarşı “gizli silah”: gözümüzün önündədir! – Ekspert xəbərdarlıq etdi
Dünən, 09:32 |
|
|
|
• ÖRTÜLÜ BAZAR DOSTLUĞU POZAR... - Əliyev açıq və net danışdı...
Dünən, 09:30 |
|
|
|
• Bayden yanvarın 9-nu matəm günü elan edib
Dünən, 09:26 |
|
|
|
• Yeni prezidentin ilk işi BU OLDU - Qadağan olunmuş əşyalar siyahısına...
Dünən, 09:24 |
|
|
|
• Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı? - AKTUAL
Dünən, 00:16 |
|
|
|
• “Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” - deputat
Dünən, 00:13 |
|
|
|
• Müğənni Tural Gəncəli həbs edildi - AÇIQLAMA
Dünən, 00:09 |
|
|
|
• ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
29-12-2024, 21:03 |
|
|
|
• Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
29-12-2024, 20:58 |
|
|
|
• Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
29-12-2024, 20:56 |
|
|
|
• AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
29-12-2024, 20:04 |
|
|
|
• Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
29-12-2024, 20:01 |
|
|
|
• Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
29-12-2024, 19:27 |
|
|
|
• Keçmiş rəis dünyasını dəyişib
29-12-2024, 19:24 |
|
|
|
• Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
29-12-2024, 19:21 |
|
|
|
• Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
29-12-2024, 19:20 |
|
|
|
• İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
29-12-2024, 19:17 |
|
|
|
|