Colaninin kostyumundan sonra ayaqqabıları da gündəmdə olub .....                     Rusiyada müvəqqəti yaşayan soydaşlarımız üçün BƏD XƏBƏR .....                     "Putin ilin ən uğursuz adamıdır" .....                     Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu .....                     Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür .....                     Azərin şikayəti rədd edildi .....                     Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış .....                     Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! .....                     Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb .....                     Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi .....                     “Ermənistanın varlığı təhlükə altındadır” .....                     Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir .....                     AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb .....                     Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: .....                     Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb .....                     "Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var .....                     Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib .....                     2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: .....                     Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib .....                     AZAL xüsusi məlumat YAYDI .....                     Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... .....                     Dünya yenidən şəkilləndirilir: Şərqdə şillə ilə, Qərbdə hiylə ilə .....                     Azərbaycana yardımı BU ƏBLƏHMİ EDƏCƏKDİ? .....                     2025-ci ilə baxış: .....                     Əliyevin açıqlaması və Tokayevin qərarı… .....                     "Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" .....                     Rusiyalıların Azərbaycanda qalma müddəti niyə azaldılıb? .....                     Təyyarənin vurulduğunu ilk dəfə dünyaya çatdıran məşhur səs .....                     Rusiya dövlət diplomatiyası sinifdə qaldı .....                     "Şəhərin ən çox sərnişin yükünü avtobus götürür" .....                     " 6 illik ailə həyatımız buna görə dağıldı..." .....                     Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… .....                     İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR? .....                     Azərbaycana qarşı “gizli silah”: gözümüzün önündədir! .....                     ÖRTÜLÜ BAZAR DOSTLUĞU POZAR... .....                     Bayden yanvarın 9-nu matəm günü elan edib .....                     Yeni prezidentin ilk işi BU OLDU .....                     Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı? .....                     “Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” .....                     Müğənni Tural Gəncəli həbs edildi .....                 

Dövlət Sığorta Şirkətin rəhbər işçiləri barəsində ilginc iddia... - "Bu qədər şahid və sübutlara rəğmən"...
Tarix: 2-02-2016, 09:01 | Çap et
Dövlət Sığorta Şirkətin rəhbər işçiləri barəsində ilginc iddia...
Hazırda Dövlət Sığorta Şirkətinin Laçın rayon filialının direktoru işləyən Şirin Hətəmov və onun oğlu, həmin şirkətin Sumqayıt filalının direktoru işləyən Xəyyam Hətəmovlar barəsində Moderator.az -a şikayət məktubu daxil olub.

Şikayətçi Laçın rayonundan məcburi köçkün, jurnalist Taleh Şahməmmədov Hətəmovların onun etibarından sui-istifadə edərək aldatma yolu ilə 15 000 ABŞ dolları məbləğində pul vəsaitini mənimsədiyini bildirib. O, Moderator.az -a müraciət etməklə məsələnin ictimailəşdirilməsini xahiş edib.

Zərərçəkənin sözlərinə görə, uzun təkidindən sonra Hətəmovlara verdiyi pulun 5 700 (beş min yeddi yüz) manatını çətinliklə də olsa geri ala bilib. Ancaq Hətəmovlarda qalan 7 000 (yeddi min) manatı pulunu bu günə kimi ala bilməyib.

Məsələnin maraqlı tərəfi isə, Şirin Hətəmovun pulu qaytarmamasına səbəb kimi göstərdiyi arqumentdir. Belə ki, Hətəmov Şirin zərərçəkmişlə dəfələrlə söhbətində bildirib ki, o həmin pulları Dövlət Sığorta Şirkətin rəhbəri Məmməd Məmmədova verib və M. Məmmədovun ona çox yaxın olduğunu söyləyib. Elə buna görə də şikayət etməklə ona bir şey edə bilməyəcəyini bildirib. Şirin Hətəmov hətta rişxəndlə bildirib ki, şirkətin rəhbəri M. Məmmədova kifayət qədər pul ödəyir və buna görə də qaytarmağa pulu qalmır.

Moderator.az həmin şikayət məktubunu olduğu kimi təqdim edir:


"“Moderator.az” saytının redaksiyasına.

Laçın rayonundan məcburi köçkün, jurnalist Taleh Şahməmmədov tərəfindən

Ş İ K A Y Ə T

Hörmətli redaksiya!

Qarşılaşdığım dələduzluq əməlinə görə sizə müraciət etmək məcburiyyətində qaldım. İnanıram ki, ölkənin tanınmış xəbər portallarından biri kimi “Moderator.az” hüquqları pozulmuş və aldadılmış bir jurnalistin şikayətinə laqeyd qalmayacaq.

Hadisənin geniş təfərrüatına varmadan, qısaca olaraq bildirim ki, hazırda Dövlət Sığorta Şirkətinin Laçın rayon filialının direktoru işləyən Şirin Hətəmov və onun oğlu, həmin şirkətin Sumqayıt filalının direktoru işləyən Xəyyam Hətəmov etibarımdan sui-istifadə edərək aldatma yolu ilə məndən aldıqları 15 000 (on beş) ABŞ dolları, yəni 12 700 (on iki min yeddi yüz) manat pulumu mənimsəyiblər.

Uzun təkidlərimdən sonra mən həmin pulun 5 700 (beş min yeddi yüz) manatını çətinliklə də olsa, hissə-hissə almağa nail oldum. Lakin sonradan Şirin Hətəmov pulumun qalanını verməkdən imtina etdi. Beləlliklə, neçə müddətdir ki, Ş. Hətəmovda qalan 7 000 (yeddi min) manatımı ala bilmirəm.

Hörmətli redaksiya!

Bildirim ki, həmin pulun onlara verilməsində bir neçə ortaq tanıdığımız adamlar da iştirak ediblər və şahiddirlər. Lakin Şirin və Xəyyam Hətəmovlarla dəfələrlə görüşlərimiz zamanı onlar açıq şəkildə məni təhdid edərək bildiriblər ki, pulu qaytarmayacaqlar. Şirin dəfələrlə söhbətlərimiz əsnasında mənə bildirib ki, mən o pulları Dövlət Sığorta Şirkətin rəhbəri Məmməd Məmmədova vermişəm. Ş. Hətəmov M. Məmmədovun ona çox yaxın olduğunu söyləyərək bildirir ki, buna görə də sən şikayətlə mənə heç bir şey edə bilməzsən. Şirin Hətəmov rişxəndlə mənə bildirir ki, şirkətin rəhbəri M. Məmmədova kifayət qədər pul ödəyirəm, sənə qaytarmağa pulum qalmır. Get haraya şikayət edirsən et.

Hörmətli, redaksiya!

Hətəmovların aldatma yolu ilə aldıqları pulumun qaytarılmasından imtina etmələrindən sonra mən Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Ərizəm araşdırılması üçün aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərildi. İdarənin müstəntiqləri Canəli Nuriyev, Tariyel Məmmədov və Elnur Abdullayev ardıcıllıqla bütün şahid ifadələri və digər sübutların olmasına rəğmən Şirin və Xəyyam Hətəmovlara qarşı cinayət işinin açılmasını nəyə görəsə rədd etdilər. Növbəti şikayətimdən sonra iş yenidən araşdırılması üçün Yasamal RPİ-nin baş müstəntiqi Abdulla Əliyevin icraatına göndərildi. Lakin aradan keçən iki ay ərzində A. Əliyev işin araşdırılması üçün heç bir addım atmayıb. Mən İdarəyə gedib çox çətinliklə A. Əliyevlə görüşərkən mənə dedi ki, yaxın günlərdə bizi izahat üçün dəvət edəcək. Lakin keçən ay yarım ərzində nə müstəntiq məni dəvət edib, nə də mən onunla görüşə bilirəm.

Qeyd edim ki, yuxarıda adlarını çəkdiyim müstəntiqlərin hər biri mənə bildirirdilər ki, Şirin və Xəyyam səndən pul aldıqlarını gərək özləri etiraf edələr, əgər belə olmasa biz bunu sübut edə bilmərik(?). Yasamal RPİ-nin müstəntiqlərinin məntiqlərinə görə, hər bir cinayətkar cinayət əməlini özü könüllü etiraf etməlidir. Belə olan halda istintaq orqanlarına və bu cür “müstəntiqlərə” nə ehtiyac var? Dövlət onlara niyə maaş verir?

Baş müstəntiq A. Əliyev isə yeganə görüşümüz zamanı mənim özümü təhtid edərək bildirdi ki, burada cinayət işi açılsa, sənə qarşı açılacaq, Şirinə və Xəyyama yox. Mən başa düşməkdə çətinlik çəkirəm ki, Şirin və onun rəhbəri M. Məmmədov adı çəkilən müstəntiqlərlə nə qədər “şirinlik” ediblər ki, bu qədər şahid və sübutlara rəğmən onlar Hətəmovları ciddi-cəhdlə müdafiə edirlər?

Bütün bunları nəzərinizə çatdıraraq, xahiş edirəm ki, bir vətəndaş və jurnalist kimi mənim problemimin ictimailəşdirilməsinə, Respublikanın müvafiq orqanlarına çatdırılmasına yardım edəsiniz və Hətəmovların bu və bunun kimi kifayət qədər dələduzluq əməllərinə son qoyulmasına, mənə dəymiş maddi zərərin təmin edilməsinə köməklik göstərəsiniz.

İmza: Şahməmmədov Taleh, jurnalist."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Colaninin kostyumundan sonra ayaqqabıları da gündəmdə olub - FOTO
Bu gün, 00:21
Rusiyada müvəqqəti yaşayan soydaşlarımız üçün BƏD XƏBƏR - 4 ay vaxtları var...
Bu gün, 00:18
"Putin ilin ən uğursuz adamıdır" - "Politico Playbook"
Bu gün, 00:13
Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu - TƏFƏRRÜAT
Bu gün, 00:08
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:03
Azərin şikayəti rədd edildi - Zəhra ev dustaqlığına buraxıldı
Dünən, 18:43
Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı
Dünən, 18:39
Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! - GƏLİŞMƏ
Dünən, 18:37
Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb - DİQQƏT
Dünən, 18:35
Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi - İsrafil Kərimovun yazısı
Dünən, 15:44
“Ermənistanın varlığı təhlükə altındadır” - Abramyan
Dünən, 13:22
Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir - TƏFƏRRÜAT
Dünən, 13:13
AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb - DİQQƏT
Dünən, 13:12
Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: - SON SÖZLƏRİMDİR...
Dünən, 12:38
Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb - açıq SƏRSƏMLƏMƏ
Dünən, 12:35
"Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var - "Qaş düzəldərkən göz çıxarmaq"...
Dünən, 11:26
Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - NARAZILIQ VAR...
Dünən, 11:20
2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: - Yeni ərazilər üç Kiyev şəhərinə bərabərdir
Dünən, 11:13
Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib - FOTO
Dünən, 10:47
AZAL xüsusi məlumat YAYDI - DİQQƏT
Dünən, 10:40
Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"
Dünən, 10:36
Dünya yenidən şəkilləndirilir: Şərqdə şillə ilə, Qərbdə hiylə ilə - Görünəni odur ki...
Dünən, 10:24
Azərbaycana yardımı BU ƏBLƏHMİ EDƏCƏKDİ? - ÖZÜ DİLƏNİR...
Dünən, 10:16
2025-ci ilə baxış: - Dünya necə görünəcək?
Dünən, 10:05
Əliyevin açıqlaması və Tokayevin qərarı… - İNCƏLƏMƏ
Dünən, 09:59
"Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:57
Rusiyalıların Azərbaycanda qalma müddəti niyə azaldılıb? - AKTUAL
Dünən, 09:55
Təyyarənin vurulduğunu ilk dəfə dünyaya çatdıran məşhur səs - İlham Əmirov kimdir?
Dünən, 09:53
Rusiya dövlət diplomatiyası sinifdə qaldı - FAKT BUDUR!
Dünən, 09:48
"Şəhərin ən çox sərnişin yükünü avtobus götürür" - NƏ ETMƏLİ?
Dünən, 09:44
" 6 illik ailə həyatımız buna görə dağıldı..."
Dünən, 09:41
Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… - Qazax ekspert
Dünən, 09:38
İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR? - Yeyin eee... amma belə də yox...
Dünən, 09:37
Azərbaycana qarşı “gizli silah”: gözümüzün önündədir! – Ekspert xəbərdarlıq etdi
Dünən, 09:32
ÖRTÜLÜ BAZAR DOSTLUĞU POZAR... - Əliyev açıq və net danışdı...
Dünən, 09:30
Bayden yanvarın 9-nu matəm günü elan edib
Dünən, 09:26
Yeni prezidentin ilk işi BU OLDU - Qadağan olunmuş əşyalar siyahısına...
Dünən, 09:24
Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı? - AKTUAL
Dünən, 00:16
“Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” - deputat
Dünən, 00:13
Müğənni Tural Gəncəli həbs edildi - AÇIQLAMA
Dünən, 00:09
ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
29-12-2024, 21:03
Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
29-12-2024, 20:58
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
29-12-2024, 20:56
AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
29-12-2024, 20:04
Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
29-12-2024, 20:01
Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
29-12-2024, 19:27
Keçmiş rəis dünyasını dəyişib
29-12-2024, 19:24
Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
29-12-2024, 19:21
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
29-12-2024, 19:20
İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
29-12-2024, 19:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru