Samir Şərifovun Neftçaladakı adamı yerində deyil - Bir kadr olaraq...
Tarix: 7-05-2016, 09:07 | Çap et
Neftçala Rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov və onun tabeçiliyində çalışan bir sıra əməkdaşlar yol verdikləri ciddi nöqsanlarla «Dövlət büdcəsi haqqında» Qanunun tələblərini kobud surətdə pozur, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərlərini təngə gətirirlər. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, Rəşid Manafovun rəhbərlik etdiyi qurumun əməkdaşları yoxlama adı altında kifayət qədər ciddi qanun pozuntularına imza atırlar. Mənbə iddia edir ki, Neftçala Rayon Maliyyə İdarəsinin yetkili şəxsləri bir sıra yollarla xeyli gəlir əldə etməyə müvəffəq olurlar: «Deyilənlərə görə, Rəşid Manafovun rəhbərlik etdiyi qurumun əməkdaşları özləri yoxlama adı altında ölkənin qüvvədə olan qanunlarını pozur, əyrintilərə rəvac verirlər. Onlar yoxlama apardıqları idarə, müəssisə və təşkilatlarda ilk öncə şərəflərinə hazırlanmış ziyafətdə iştirak edir, daha sonra isə «şərt»lərini irəli sürür və beləliklə də işlərini yekunlaşdırırlar». Bu arada, Neftçalada böyük maliyyə yeyintisinin mövcud olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün xərclənmir: «Son illər rayonun sosial-iqtisadi inkişafı üçün külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, Neftçala Rayon Maliyyə İdarəsi həmin vəsaitlərin bir hissəsini bəzi şəxslərlə birlikdə tamam başqa istiqamətlərə yönəldilməsinə rəvac verir. Deyilənlərə görə, 14 ildir rayonun maliyyə idarəsinə rəhbərlik edən bu şəxs özü üçün böyük biznes imperiyası yaratmağa nail olmaqla yanaşı, rayonun idarəçiliyini də ələ alıb. Bu gün Neftçalada Rəşid Manafovun və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur. Belə ki, Rəşid Manafovun biznes imperiyasına rayon avtovağzalının yanındakı mebel sexi, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahəsi və s. daxildir. Bu idarə rəhbərinin sahib olduğu biznes şəbəkəsinin bir hissəsidir. Onun mülklərinin sayı bundan qat-qat artıqdır. Bundan başqa, Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri təyin etdirib. Hətta Aydın Aslanov Neftçalada yayılan və hər kəsin izlədiyi video-görüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin olunduğunu etiraf edib. Aydın Aslanov isə əvvəlcə Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatına sədr təyin edilib. Amma onun Qarabağ müharibəsində nə vaxt və hansı istiqamətdə aparılan döyüşlərdə iştirak etdiyini nə görən var, nə də eşidən. Əvəzində isə o, Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən yazdığı şikayət ərizələri ilə məşhurlaşıb. Sonradan isə dayısı Rəşid Manafovun köməkliyi nəticəsində icra başçısı ilə münasibətlərini yaxşılaşdırıb və onun sağ əlinə çevirilib. Rəşid Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər ticarət obyekti var. Bundan başqa, rayonun uşaq bağçaları üçün ərzaq alınmasına ayrılan vəsaitlər də təyinatdankənar istiqamətlərə sərf olunur. Bu isə onu deməyə əsas verir ki, Neftçala Rayon Maliyyə İdarəsi büdcə vəsaitlərinə nəzarət edə bilmir. Lakin nədənsə hələ ki, Maliyyə Nazirliyi, həmçinin digər müvafiq qurumlar Neftçala rayonunda baş verənlərlə bağlı hər hansı bir tədbirə əl atmayıb. Məhz elə bu səbəbdən də Neftçala Rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov öz bildiyini edir, büdcə vəsaitlərini talayır».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09 |
|
|
|
• Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07 |
|
|
|
• Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04 |
|
|
|
• Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58 |
|
|
|
• "Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55 |
|
|
|
• “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51 |
|
|
|
• Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48 |
|
|
|
• Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44 |
|
|
|
• Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42 |
|
|
|
• “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39 |
|
|
|
• Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21 |
|
|
|
• Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00 |
|
|
|
• Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57 |
|
|
|
• "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55 |
|
|
|
• Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51 |
|
|
|
• "Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43 |
|
|
|
• İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım
Dünən, 17:33 |
|
|
|
• AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların SAYLARI ARTIB
Dünən, 17:31 |
|
|
|
• “İndi ayda bir dəfə telefonla danışırıq”
Dünən, 17:30 |
|
|
|
• "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Dünən, 17:10 |
|
|
|
• "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Dünən, 17:07 |
|
|
|
• "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Dünən, 17:06 |
|
|
|
• "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Dünən, 16:56 |
|
|
|
• Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Dünən, 16:53 |
|
|
|
• Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Dünən, 16:51 |
|
|
|
• Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Dünən, 16:49 |
|
|
|
• Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Dünən, 16:46 |
|
|
|
• Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Dünən, 15:47 |
|
|
|
• "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Dünən, 15:45 |
|
|
|
• Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Dünən, 15:43 |
|
|
|
• “Tesla” avtomobillərinin istehsalı azaldı
Dünən, 15:40 |
|
|
|
• İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Dünən, 15:35 |
|
|
|
• Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Dünən, 15:32 |
|
|
|
• Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Dünən, 14:02 |
|
|
|
• Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Dünən, 14:00 |
|
|
|
• Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Dünən, 13:58 |
|
|
|
• Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Dünən, 13:49 |
|
|
|
• Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Dünən, 13:45 |
|
|
|
• Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Dünən, 13:15 |
|
|
|
• Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Dünən, 13:14 |
|
|
|
• Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Dünən, 12:58 |
|
|
|
• Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Dünən, 12:54 |
|
|
|
• 2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Dünən, 12:34 |
|
|
|
• “Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Dünən, 12:23 |
|
|
|
|