MTN-də hərbi xidmət məmur balalarına necə qismət olurmuş... - ŞOK FAKTLAR
Tarix: 29-04-2016, 08:37 | Çap et
«Təzadlar»a vaxtilə MTN-də çalışmış, lakin özlərinin qeyd etdikləri kimi, Eldar Mahmudov və ətrafının MTN-ni «OBXSS» üsul-idarəsinə çevirmələri sayəsində mövcud biabırçı vəziyyətə dözməyərək işdən gedən «çekist»lərdən müraciət daxil olmuşdur… Bu gün həmin şikayətçilərdən ikisi redaksiyamızda oldu və cənab Prezident İlham Əliyevə ünvanlı müraciətlərini təqdim etdilər. Lakin «KİV haqqında» Qanunun tələblərini nəzərə alaraq hələki adlarının ictimailəşməsini istəmədiklərini bildirdilər…
«Təəssüflər olsun ki, qəsdən KİV-lərdə adlarını həbs olunmuş kimi yazdıran bəzi rüşvətxor generallar, əslində, azadlıqda, öz keflərindədirlər…»
Beləliklə, Prezident İlham Əliyevə və DTX-nin rəisi Mədət Quliyevə ünvanlı müraciəti ixtisarla təqdim edirik: «Çox hörmətli Cənab Prezident! Hörmətli cənab rəis! Təəssüflə qeyd etməliyik ki, MTN kimi dövlətimizin təhlükəsizliyi keşiyində durmalı olan bir qurum bəzi səriştəsizlərin sayəsində dağılmış və viran qalmış struktur vəziyyətinə gətirildi. Amma Cənab Prezident» Sizə minnətdarıq ki, vaxtında Eldar Mahmudov və komandasının daha rüsvayçı hərəkət və fəaliyyətlərinin qarşısı alındı… Biz-müəyyən səbəblərdən MTN sıralarını könüllü tərk etmiş peşəkar kadrlar (zabitlər) nazir Eldar Mahmudovun ətrafına yığdığı və necə deyərlər, süd iyi burnundan getməmiş general etdiyi dəstəsinin dırnaqarası fəaliyyəti sayəsində böyük tarixi keçmişi olan bir qrumu zəlil günə saldılar. Ulu Öndər Heydər Əliyev kimi bir generalın uzun illər rəhbəri oluduğu bir qurum haqqında niyə indi təəssüf hissi ilə danışmalı idik? Amma min dəfə təəssüflər olsun ki, biz indii buna məhkumuq. Bizi ən çox təsirləndirən isə budur ki, MTN-nin adına olmazın ləkəni vurmuş həmin yüksək çinlilər, bu sırada generallar, indi öz kefindədirlər və onlar mətbuata guya həbsdə olmaları barədə məlumat sızdırırlar, diqqəti özlərindən yayındırırlar. Məsələn, mətbuatda oxuyuruq ki, «…Baş Prokurorluğun rəsmi məlumatına görə, indiyədək iş üzrə istintaqa 22 nəfər cəlb olunub, 1 nəfər axtarışa verilib, 1 nəfər isə ev dustaqlığındadır. Və indiyədək “MTN işi” ilə bağlı iş üzrə 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 100-ə yaxın sahibkar-iş adamı zərərçəkmiş şəxs qismində tanınıb. İş üzrə həbs olunmuş Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında intihar etmişdir. Həbsdə olan MTN-çilərdən 36 yaşlı general-mayor Vüqar Allahquliyev, MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, generallığın bir addımlığında olmuş MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə və başqalarının adı var. Həmçinin MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev işdən çıxarılıb və yuxarıda qeyd etdiyimiz kimi, istintaqa çağırılıb, onun şöbə rəisi Vüsal Əfəndiyev həbsdədir…». Cənab Prezident! Bu məmur-generallar əsil həqiqətdə azadlıqja gəzirlər, öz ənənəvi bahalı maşınlarında istirahətlərindən, turist səfərlərindən qalmırlar. Və biz təəssüflə onu bildirmək istəyirik ki, məsələn, rütbə daşıyan hansısa vəzifəli şəxs dövlətçilik əleyhinə yad əməl tutursa, həm də onun rütbəsi əlindən alınır. İndi nə vəziyyət yaranıb: MTN kimi bir qurumu məhv etmiş, iş adamlarını, sahibkarları şantaj edərək külli miqdarda rüşvət almış, sonda vəzifəsindən qovulmuş bu adamlar indii evlərində oturub yığdıqları pulları xərcləməklə məşğul olduqları bəs deyil, hələ bir general rütbəsinə görə dövlətdən külli miqdarda müavinət də alırlar. Odur ki, yuxarıdakı siyahıda adı keçən və ya bu siyahıda adı olmayan, lakin həbs edilməli olan bəzi general və ya yüksək rütbəlilərin barəsində ilginc məlumatları diqqətinizə çatdırmaq istəyirik. Siyahıya bir daha diqqət yetirək: -MTN-nin Zıgdakı hərbi hissəsinin rəisi, 36 yaşlı general general-mayor Vüqar Allahquliyev; -MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov; -Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov; -MTN-in Bakı Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev; -MTN-nin Kadrlar İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev; -MTN-nin Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov; -MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov; -Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev; -MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə və başqaları… Başlayaq MTN-nin Kadrlar İdarəsinin rəisi, bu günlərdə Mədət Quliyev tərəfindən vəzifəsindən çıxarılmış general Əlimusa Əliyev və onun müavini, hələ də sərəncamda olan, vəzifə gözləyən, pulunu aldığı, indii qapısını döyənləri arxayın etmək üçün tezliklə yüksək vəzifə tutacağı barədə yalan vədlər verən polkovnik Tehran Babatovdan… Onların əməllərini sıralayıb xatırladıqca, ən adi adamın belə ayağının altından az qalır ki, yer qaçsın. Tehran Babatov rəisi Əlimusa Əliyevdən əvvəl vəzifəsindən çıxarıldı. Amma o, azadlıqda gəzir, ona-buna hədə qorxu da gəlir. Amma hamı bilir ki, Milli Təhlükəsizlik Nazirliyində oktyabrın 17-də baş tutan xüsusi əməliyyatdan sonra T.Babatov həbs edilməli idi. Hansı ki, o, Eldar Mahmudovun ən sədaqətli adamı olub, bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına kursant qəbulunda tələb olunan pulun dərəcəsini müəyyən edən olub. Biz canlı şahid və bəlkə də zərərçəkənlərik ki, Tehran Babatovun şəxsən özü birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edibdir. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb olunub. Rayon bölmələrindən yerdəyişmə, hərbi hissələrə MTN-nin xüsusi şöbə rəisi kimi təyinatın isə özgə qiyməti olub… O da bilirdi ki, peşəkarın pulu olmazdı, qeyri-peşəkarın isə savadı. Ona görə də orduda çekistlərimizin indii də yeri görünür. Xırdalığa getmək istəmirik, amma… (Davamı var) «Təzadlar»
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09 |
|
|
|
• Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07 |
|
|
|
• Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04 |
|
|
|
• Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58 |
|
|
|
• "Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55 |
|
|
|
• “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51 |
|
|
|
• Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48 |
|
|
|
• Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44 |
|
|
|
• Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42 |
|
|
|
• “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39 |
|
|
|
• Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21 |
|
|
|
• Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00 |
|
|
|
• Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57 |
|
|
|
• "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55 |
|
|
|
• Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51 |
|
|
|
• "Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43 |
|
|
|
• İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım
Dünən, 17:33 |
|
|
|
• AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların SAYLARI ARTIB
Dünən, 17:31 |
|
|
|
• “İndi ayda bir dəfə telefonla danışırıq”
Dünən, 17:30 |
|
|
|
• "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Dünən, 17:10 |
|
|
|
• "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Dünən, 17:07 |
|
|
|
• "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Dünən, 17:06 |
|
|
|
• "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Dünən, 16:56 |
|
|
|
• Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Dünən, 16:53 |
|
|
|
• Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Dünən, 16:51 |
|
|
|
• Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Dünən, 16:49 |
|
|
|
• Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Dünən, 16:46 |
|
|
|
• Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Dünən, 15:47 |
|
|
|
• "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Dünən, 15:45 |
|
|
|
• Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Dünən, 15:43 |
|
|
|
• “Tesla” avtomobillərinin istehsalı azaldı
Dünən, 15:40 |
|
|
|
• İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Dünən, 15:35 |
|
|
|
• Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Dünən, 15:32 |
|
|
|
• Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Dünən, 14:02 |
|
|
|
• Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Dünən, 14:00 |
|
|
|
• Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Dünən, 13:58 |
|
|
|
• Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Dünən, 13:49 |
|
|
|
• Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Dünən, 13:45 |
|
|
|
• Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Dünən, 13:15 |
|
|
|
• Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Dünən, 13:14 |
|
|
|
• Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Dünən, 12:58 |
|
|
|
• Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Dünən, 12:54 |
|
|
|
• 2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Dünən, 12:34 |
|
|
|
• “Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Dünən, 12:23 |
|
|
|
|