MTN-in araşdırdığı daha bir qalmaqallı bank cinayəti –“ATRABANK”ın saxta qızılları, saxta kredit əməliyyatları...
Tarix: 27-04-2016, 08:21 | Çap et
Bakı şəhəri, Bakıxanov qəsəbəsinin sakinləri – Əliyev Nazim Sabir oğlu və Əliyeva Ofeliya Allahverdi qızı, Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə, Baş prokuror Zakir Qaralova, Maliyyə naziri Samir Şərifova, Milli Bank sədri Elman Rüstəmova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət ünvanlayaraq, 2015-ci ilin mart ayında MTN-in araşdırması əsasında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılmış oğlanları – həmin vaxt “Atrabank”ın Bakı filialının xəzinədarı işləyənTuran Əliyevin 13 aydır aparılan istintaqından narazılıqlarını bildiriblər.
Turan Əliyevin valideynlərinin surəti yuxarıda adları çəkilən vəzifəli şəxslərə ünvanlanmaqla, Strateq.az-a göndərdikləri məktubda istintaq orqanları“Atrabank”ın rəhbəri Elmixan Nəbiyevin “istəyinə uyğun davranmaqda” suçlandırılır və bank rəhbərinin, eləcə də bu cinayət işində adı keçən yaxınlarının bilərəkdən məsuliyyətdən kənarda saxlandığı vurğulanır.
“Atrabank”ın sabiq xəzinədarı Turan Əliyevin valideynlərinin müraciətində deyilir:
“…2014-cü il dekabrında – 2010-2011-ci illərdə saxta qızıllarla işləmiş “ATRABANK” ASC-nin bu saxtakarlıqlarından bezmiş, təqiblərə məruz qalmış –Hüseynov Məhəmmədəli, Hacıyev Nicat, Aydınbəyov Elşad və oğlumuz Əliyev Turan tərəfindən MTN-nə yazılı şikayət edilib. Buna baxmayaraq, istintaq müddətində MTN-in əməkdaşı tərəfindən bu iş araşdırılmayıb. Filialın müdiri Emin Kələntərov, saxta qızıllarla lombard işlədən Sevda Quliyeva, lombardları təşkil edən Rüfət Allahverdiyev şahid qismində dindirilərək, “nədənsə” sərbəst buraxılıblar. Plomblu saxta qızıl məmulatlarının mənbəyi isə aşkar edilməyib.
Bildiyimiz kimi, saxta 1 manat dövriyyəyə buraxan şəxs məsuliyyətdən yaxa qurtara bilməz. “ATRABANK” isə 4 il müddətində 5 kq saxta qızılı gizlətmək üçün yeni saxta kreditlər açıb.
“ATRABANK” ASC-nin Bakı filialında saxta qızıl kreditlərinin ayrılmasına və verilməsinə məsuliyyət daşıyan müdir Kələntərov Emin Sabir oğlu, lombard işini təşkil etmiş kredit mütəxəssisi Rüfət Allahverdiyev, saxta qızıl kreditləri ilə lombard işlədən Quliyeva Sevda Abbas qızı, eləcə də bütün bu işlərdə onlara havadarlıq etmiş bankın İdarə Heyətinin sədri Nəbiyev Elmixan Nəbi oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi bizi çox təəccübləndirir.
Köhnə kreditlərin formal şəkildə bağlanması, yeni saxta kreditlərin açılması nəyə görə araşdırılmır? “ATRABANK”ın İdarə Heyətinin sədri Elmixan Nəbiyev və kredit komitəsi tərəfindən şişirdirilmiş və ya girovsuz, böyük məbləğdə pul kreditlərinin açıldığı nəyə görə istintaq tərəfindən aydınlaşdırılmır?
2012-ci ilin ortalarında bu işdən şübhələnən Məzahir Bağırov qızılların nəyə görə zərgər tərəfindən yoxlanılmamasının səbəbini filialın müdiri Emin Kələntərovdan soruşduqda, “Sizlik deyil, zibili də qəbul edin, mənlikdir”– cavabını alır.
M.Bağırov bunu 2012-ci ilin dekabrında audit yoxlamasının sədri Şəlalə xanım və inspektor Tofiq müəllimə 7 vərəqlik izahatında yazılı surətdə bildirib.
Qeyd edək ki, M.Bağırov hal-hazırda Kürdəxanı təcridxanasındadır (Bir neçə aydan sonra audit yoxlamasının hər iki üzvü vəzifələrindən azad ediliblər).
İstintaq bunu bilsə də, onları dindirməyi lazım bilmir. (Təəssüflər olsun ki, bu, E.Nəbiyevin istəyilə üst-üstə düşür).
Bu azmış kimi, saxta qızıl kreditlərinin bağlanması üçün yeni saxta kreditlər açılmağa başlanılıb. 2012-ci ilin əvvəllərində Hüseynov Məhəmmədəli İman oğlunun adına olan 4 kredit, guya, bağlanaraq, faizləri toplanaraq Nicat və Eilçinin adına rəsmiləşdirilir.
20.02.2013-cü ildə Hacıyev Nicat Zahid oğlunun adına olan (124.380 – yüz iyirmidörd min üç yüz səksən AZN), Novruzov Elçin Vaqif oğlunun adına isə (45.000 – qırx beş min AZN) ümumilikdə (169380 – yüz altmış doqquz min üç yüz səksən AZN) silinərək həmin gün Hacıyev Nicatın adına (169.000 – yüz altmış doqquz min AZN) yeni kredit açılır.
Filial müdiri qaynanası Minayə Kərimovanın adına olan torpaq sahəsini öz bankına girov qoyaraq, Elmixan Nəbiyevin xahişi ilə Əliyev Turanın adına 80.000 (səksən min AZN) kredit açılır.
Emin Kələntərov tərəfindən 20.000 (iyirmi min AZN) əlavə olunaraq, E.Nəbiyevin göstərişi ilə Yasamal rayonundakı obyekt 100.000 (yüz min AZN-ə) T.Əliyevin adına alınır və 260.000 (iki yüz altmış min AZN) kredit açılaraq, Nicat Hacıyevin adına rəsmiləşdirilir. (260.000+169.384AZN=429.384AZN) Baxın – 2 saxta kreditin cəmi istintaq araşdırmasının qənaətə gəldiyi rəqəmlə üst-üstə düşür. Bəs nəyə görə bu məbləği xəzinədarla kredit mütəxəssisi ödəməlidir?!
10 sentyabr 2014-cü ildə isə (yəni bir gün sonra) heç bir girov və təminat olmadan Aydınbəyov Elşadın adına 370. 000 (üç yüz yetmiş min AZN) kredit açılıb.
Nizami rayon məhkəməsinin sorğusuna Bank rəhbərliyi – 09 sentyabrda bankın xəzinəsində 32.000 (otuz iki min AZN), 10 sentyabrda isə 16.000 (on altı min AZN) olduğunu yazılı surətdə cavab olaraq təqdim edib.
9 sentyabrda 260.000 AZN, 10 sentyabrda 370.000 AZN kredit şəklində bu insanlara necə verilib?
Emin Kələntərov məhkəməyə verdiyi cavabında bildirir ki, 630.000 (altı yüz otuz min AZN)-kreditlə formal şəkildə saxta qızıl kreditləri silinib. (Bunu istintaq bilir və susur).
Ən maraqlısı odur ki, artıq bu tarixlərdə oğlumuz T.Əliyev 3 ay əvvəl filialın xəzinədarı vəzifəsindən azad edilmişdi. (Deməli, heç bu işdə də onu təqsirləndirmək olmaz. Çünki heç bir mədaxil, məxaric orderində onun imzası yoxdur. Xəzinədar kimi filialın rəhbərinin qardaşı Zaur Məmmədovun imzasıdır. Göründüyü kimi, bu iş də istintaqı maraqlandırmır).
Yuxarıda göstərilən bu məbləğləri o illərdə 23-24 yaşlı xəzinədar və adicə kredit mütəxəssisinin etdiyi nə qədər inandırıcı görünür?! Turan və dostları MTN-nə şikayət edənə qədər bankın rəhbərliyi nəyə görə susub? Filialın 10.000-dən (on min AZN) artıq kredit verə bilmədiyini nəzərə alsaq, bu işlərə kimlərin rəhbərlik etdiyi aydın görünür. Nədənsə, istintaq bunu araşdırmır və ya sadəcə araşdırmaq istəmir.
Əvəzində isə iş material şəklində 25 yanvar 2015-ci ildə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilir.
On üç aya yaxın müddət keçməsinə baxmayaraq, Elmixan Nəbiyev şahid qismində belə, dindirilməyib. Bakı filialının müdiri Emin Kələntərov bu işlərdə rəhbərliyin əmrlərini icra etdiyini bildirsə də, onların əvəzinə, bu qanunsuzluqlardan şikayət edənlər – filialın o zaman xəzinədarı vəzifəsində çalışan oğlumuz Turan Əliyev və kredit mütəxəssisi Məzahir Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə ittiham edilərək, on üç aydan artıqdır ki, təcridxanada saxlanılırlar.
Dəhşətlisi odur ki, qısaca yazdığımız bu faktlar istintaqa da tam aydındır.
Necə olur ki, bir iş üzrə həm mülki, həm də cinayət işi açılır? Onlarla narazılığımızı bildirdiyimiz məktub və teleqrammları aidiyyəti və səlahiyyətli şəxslərə ünvanladığımıza baxmayaraq, istintaq qərəzli aparılıb. “ATRABANK” rəhbərliyinin məsuliyyətə cəlb olunmasına, oğlumuz Turan Əliyevə qarşı bu təqiblərə son qoyulmasına nəzarət etməyinizi və dərhal həbsdən azad edilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirik…".
Onu da qeyd edək ki, şikayət məktubunda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09 |
|
|
|
• Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07 |
|
|
|
• Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04 |
|
|
|
• Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58 |
|
|
|
• "Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55 |
|
|
|
• “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51 |
|
|
|
• Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48 |
|
|
|
• Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44 |
|
|
|
• Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42 |
|
|
|
• “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39 |
|
|
|
• Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21 |
|
|
|
• Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00 |
|
|
|
• Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57 |
|
|
|
• "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55 |
|
|
|
• Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51 |
|
|
|
• "Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43 |
|
|
|
• İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım
Dünən, 17:33 |
|
|
|
• AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların SAYLARI ARTIB
Dünən, 17:31 |
|
|
|
• “İndi ayda bir dəfə telefonla danışırıq”
Dünən, 17:30 |
|
|
|
• "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Dünən, 17:10 |
|
|
|
• "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Dünən, 17:07 |
|
|
|
• "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Dünən, 17:06 |
|
|
|
• "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Dünən, 16:56 |
|
|
|
• Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Dünən, 16:53 |
|
|
|
• Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Dünən, 16:51 |
|
|
|
• Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Dünən, 16:49 |
|
|
|
• Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Dünən, 16:46 |
|
|
|
• Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Dünən, 15:47 |
|
|
|
• "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Dünən, 15:45 |
|
|
|
• Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Dünən, 15:43 |
|
|
|
• “Tesla” avtomobillərinin istehsalı azaldı
Dünən, 15:40 |
|
|
|
• İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Dünən, 15:35 |
|
|
|
• Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Dünən, 15:32 |
|
|
|
• Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Dünən, 14:02 |
|
|
|
• Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Dünən, 14:00 |
|
|
|
• Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Dünən, 13:58 |
|
|
|
• Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Dünən, 13:49 |
|
|
|
• Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Dünən, 13:45 |
|
|
|
• Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Dünən, 13:15 |
|
|
|
• Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Dünən, 13:14 |
|
|
|
• Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Dünən, 12:58 |
|
|
|
• Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Dünən, 12:54 |
|
|
|
• 2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Dünən, 12:34 |
|
|
|
• “Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Dünən, 12:23 |
|
|
|
|