Azərin şikayəti rədd edildi .....                     Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış .....                     Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! .....                     Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb .....                     Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi .....                     “Ermənistanın varlığı təhlükə altındadır” .....                     Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir .....                     AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb .....                     Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: .....                     Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb .....                     "Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var .....                     Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib .....                     2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: .....                     Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib .....                     AZAL xüsusi məlumat YAYDI .....                     Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... .....                     Dünya yenidən şəkilləndirilir: Şərqdə şillə ilə, Qərbdə hiylə ilə .....                     Azərbaycana yardımı BU ƏBLƏHMİ EDƏCƏKDİ? .....                     2025-ci ilə baxış: .....                     Əliyevin açıqlaması və Tokayevin qərarı… .....                     "Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" .....                     Rusiyalıların Azərbaycanda qalma müddəti niyə azaldılıb? .....                     Təyyarənin vurulduğunu ilk dəfə dünyaya çatdıran məşhur səs .....                     Rusiya dövlət diplomatiyası sinifdə qaldı .....                     "Şəhərin ən çox sərnişin yükünü avtobus götürür" .....                     " 6 illik ailə həyatımız buna görə dağıldı..." .....                     Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… .....                     İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR? .....                     Azərbaycana qarşı “gizli silah”: gözümüzün önündədir! .....                     ÖRTÜLÜ BAZAR DOSTLUĞU POZAR... .....                     Bayden yanvarın 9-nu matəm günü elan edib .....                     Yeni prezidentin ilk işi BU OLDU .....                     Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı? .....                     “Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” .....                     Müğənni Tural Gəncəli həbs edildi .....                     ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: .....                     Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib .....                     Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub .....                     AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: .....                     Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib .....                 

Ayağı amputasiya edilmiş qazimizin də pensiyası kəsilib - ETİRAZ
Tarix: 20-11-2021, 08:56 | Çap et
Ayağı amputasiya edilmiş qazimizin də pensiyası kəsilib
“Gərək əlin, ayağın, qolun kəsilsin, gözün kor olsun ki, səni qazi hesab etsinlər. Amputasiyası olmayanı əlil hesab etmirlər. Müharibənin yaraları bədənin təkcə kəsik ətraflarıyla ölçülməməlidir. Kantuziya, kəllə-beyin travması var, dəlib keçmiş güllə yarası var... Güllənin insanı dəlib keçməsi o deməkdir ki, güllə adamı 5-6 metrə qaldırıb yerə çırpıb.

Belə vəziyyətdə daxili orqanlarda hər cür travma yarana bilər. Minaya düşmək, mərmi partlayışından döyüşçü kantuziya alır. Kantuziya elə bir şeydir ki, onun müalicəsi ümumiyyətlə yoxdur. Kantuziyalı adam ömrünün sonuna kimi müalicə almalıdır. Amma bizdə deyirlər ki, 6 aylıq müalicədən sonra adam sağalır”.

Bu kəskin etirazlar "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyevə məxsusdur. Müharibə belədir; qaziliklə yanaşı, əsəb, stres, gərginlik bu insanları həm də “əsəbi insanlar” kateqoriyasına daxil edib. Əsəbləri tarıma çəkənsə hazırda barəsində çox danışılan, mübahisə və müzakirələr gedən, ittihamlar səsləndirilən əlillik dərəcələrinin, buna müvafiq də pensiyaların düzgün təyini, pensiya almalı olan şəxslərin bir sıra hallarda pensiyaların kəsilməsidir. Səbəb kimi isə saxta əlillik dərəcələrinin təyini göstərilir. 2021-ci ildə bu sahədə araşdırmalar başlandı. Baş Prokurorluğa göndərilmiş sənədlər əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 20-yə yaxın əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edildilər.

Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olundu. Qanunsuz əməllərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlandı. Lap yaxşı. Saxtakarlığa qarşı mübarizə aparılmalıdır. Amma bu, pensiyası qeyri-obyektiv kəsilən əlillərin vəziyyətini yaxşılaşdırmır.

Həqiqətən də dövlət yardımına, pensiyaya möhtac olan şəxslər nə qədər gözləməlidir ki, saxta olmadıqları təsdiqlənsin və onlara təkrar pensiya təyin edilsin?

Qeyd edək ki, dünən məhz bu məsələlərə - əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov son zamanlar narazılığa səbəb olan, sosial şəbəkələrdə də çox müzakirə edilən məsələlər barədə açıqlama verib. A.Bayramov bildirib ki, bədəninin müəyyən orqanı amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar. Sədr bildirib ki, əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib:

“Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb", - A.Bayramov deyib. 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib. Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən, həkim-ekspertlər tərəfindən tam obyektiv və şəffaf şəkildə qərarlar qəbul edilir. A.Bayramov Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də xüsusi qayğı və həssaslıqla yanaşıldığını deyib: "Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir. İlk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır. Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir", - deyə A.Bayramov bildirib.

Bəzi KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən, guya, “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər isə əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edir:

“Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədlərini vaxtında toplamalıdır". A.Bayramov qeyd edib ki, bir sıra hallarda qazilər əlillik qruplarını dəyişmək üçün müraciət edir. Belə müraciətlərə hərbi komissiyada baxılır: "Proses tam şəffaf aparılır. Müxtəlif təşkilatların nümayəndələri də iştirak edir. Orada qaziyə əlillik dərəcəsinin hansı meyarlara əsasən təyin edildiyi barədə məlumat verilir. Əgər səhhətlərində ağırlaşmalar varsa, təbii ki, qrupu dəyişdirilir. Elektron qiymətləndirmə aparılarkən səhv ola bilər, amma hərbi komissiyada əyani olaraq təyin edilir. Burada əlillik dərəcəsinin yanlış təyinatı ehtimalı çox azdır".

"Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev isə bildirdi ki, problemin kökü ƏƏSMN-də deyil. Nazirlər Kabinetindədir:

- 2015-ci ildə ƏƏSM naziri vəzifəsində olan Səlim Müslümov əlillik dərəcəsi təyin ediləcək xəstəliklərin siyahısından bir çox xəstəliklərin adını çıxararaq yeni siyahını Nazirlər Kabinetinə təqdim edib. Milli Məclis də 2016-cı ildə bu siyahını müzakirə aparılmadan təsdiqləyib, qəbul edib. Problem də hazırda buna görə yaranır. Hansısa əlil pensiya üçün müraciət edəndə ona bildirilir ki, sistemdə bu xəstəlik yoxdur. Əlil də faktiki pensiya təyinatından məhrum qalır. Hazırda bizə əlillik dərəcələrinin təyini ilə bağlı xeyli müraciətlər edilir. Nəinki amputasiyası olmayan qazilər, başqa, müxtəlif yaralar almış şəxslər, ayağı amputasiya edilmiş qazimizin pensiyası kəsilib. Birinci Qarabağ müharibəsində döyüşmüş qazidir, 28 il əvvəl ayağı amputasiya edilib. II qrup əlildir. Amma pensiyası kəsilib. Deyir, Tibb Ekspertizaya müraciət edirəm, cavab verirlər ki, adın sistemdə yoxdur. Bu necə ola bilər? Elə qazimiz var, 8 aydır pensiya almır.

A.Əliyev qeyd etdi ki, birliyə daxil olmuş şikayətlər əsasında ƏƏSMN-ə müraciət edilib, siyahı təqdim olunub: - Biz əlimizdə olan siyahını nazirliyə təqdim etmişik. Ümid edirik ki, qısa zamanda problem həllini tapacaq, pensiya almaq haqqı olanlar da özlərinə çatacaq pensiyanı alacaqlar:

- Problemin köklü həllini istəyirlərsə, Milli Məclisin 2016-cı ildə qəbul etdiyi qanuna düzəlişlər edilməlidir. Düzəlişlər qəbul olunanadək və icraya yönələdək də, əlillərə əvvəlki qayda ilə pensiyalar ödənməlidir. Çünki bu insanlar faktiki təminatsız qalıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərin şikayəti rədd edildi - Zəhra ev dustaqlığına buraxıldı
Bu gün, 18:43
Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı
Bu gün, 18:39
Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! - GƏLİŞMƏ
Bu gün, 18:37
Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb - DİQQƏT
Bu gün, 18:35
Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi - İsrafil Kərimovun yazısı
Bu gün, 15:44
“Ermənistanın varlığı təhlükə altındadır” - Abramyan
Bu gün, 13:22
Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir - TƏFƏRRÜAT
Bu gün, 13:13
AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb - DİQQƏT
Bu gün, 13:12
Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: - SON SÖZLƏRİMDİR...
Bu gün, 12:38
Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb - açıq SƏRSƏMLƏMƏ
Bu gün, 12:35
"Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var - "Qaş düzəldərkən göz çıxarmaq"...
Bu gün, 11:26
Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - NARAZILIQ VAR...
Bu gün, 11:20
2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: - Yeni ərazilər üç Kiyev şəhərinə bərabərdir
Bu gün, 11:13
Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib - FOTO
Bu gün, 10:47
AZAL xüsusi məlumat YAYDI - DİQQƏT
Bu gün, 10:40
Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"
Bu gün, 10:36
Dünya yenidən şəkilləndirilir: Şərqdə şillə ilə, Qərbdə hiylə ilə - Görünəni odur ki...
Bu gün, 10:24
Azərbaycana yardımı BU ƏBLƏHMİ EDƏCƏKDİ? - ÖZÜ DİLƏNİR...
Bu gün, 10:16
2025-ci ilə baxış: - Dünya necə görünəcək?
Bu gün, 10:05
Əliyevin açıqlaması və Tokayevin qərarı… - İNCƏLƏMƏ
Bu gün, 09:59
"Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:57
Rusiyalıların Azərbaycanda qalma müddəti niyə azaldılıb? - AKTUAL
Bu gün, 09:55
Təyyarənin vurulduğunu ilk dəfə dünyaya çatdıran məşhur səs - İlham Əmirov kimdir?
Bu gün, 09:53
Rusiya dövlət diplomatiyası sinifdə qaldı - FAKT BUDUR!
Bu gün, 09:48
"Şəhərin ən çox sərnişin yükünü avtobus götürür" - NƏ ETMƏLİ?
Bu gün, 09:44
" 6 illik ailə həyatımız buna görə dağıldı..."
Bu gün, 09:41
Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… - Qazax ekspert
Bu gün, 09:38
İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR? - Yeyin eee... amma belə də yox...
Bu gün, 09:37
Azərbaycana qarşı “gizli silah”: gözümüzün önündədir! – Ekspert xəbərdarlıq etdi
Bu gün, 09:32
ÖRTÜLÜ BAZAR DOSTLUĞU POZAR... - Əliyev açıq və net danışdı...
Bu gün, 09:30
Bayden yanvarın 9-nu matəm günü elan edib
Bu gün, 09:26
Yeni prezidentin ilk işi BU OLDU - Qadağan olunmuş əşyalar siyahısına...
Bu gün, 09:24
Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı? - AKTUAL
Bu gün, 00:16
“Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” - deputat
Bu gün, 00:13
Müğənni Tural Gəncəli həbs edildi - AÇIQLAMA
Bu gün, 00:09
ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
Dünən, 21:03
Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
Dünən, 20:58
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Dünən, 20:56
AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
Dünən, 20:04
Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
Dünən, 20:01
Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
Dünən, 19:27
Keçmiş rəis dünyasını dəyişib
Dünən, 19:24
Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 19:21
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
Dünən, 19:20
İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
Dünən, 19:17
İndi Tokayev üzr istəməlidir ki, təyyarə onun ərazisinə düşüb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Əsədin adamları Suriyanın şimal-qərbində gizlənir - Yeni hakimiyyətə müqavimət göstərirlər
Dünən, 18:04
Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
Dünən, 18:00
Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır – İki tələb var
Dünən, 17:57
Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru