Arzu Rəhimovun daha bir adamı hədəfə çevrilib - Tovuzda xəstələr orduya cəlb olunur
Tarix: 4-02-2015, 16:17 | Çap et
Qəzetimizin ötən sayında dərc etdiyimiz məqalədə qeyd etdiyimiz kimi,son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarələrində baş alıb gedən maxinasiyalar, qol qoyulan qanunsuzluqlar və.s, kimi məlumatlar daha çox gündəmi zəbt etməkdədir. Düzdür, həqiqət naminə qeyd edək ki, bir müddət bundan əvvəl müdafiə naziri vəzifəsinə cənab Zakir Həsənovun təyin olunması, ölkənin hərbi strukturunda əsaslı dəyişikliklərin əsasını qoydu. Daha çox diqqəti cəlb edən an o oldu ki, bir neçə hərbi hissənin, ayrı-ayrı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarələrinin və.s rəhbərləri daşıdıqları vəzifələri ilə vidalaşdılar, bəziləri isə məsuliyyətə cəlb olundular. Bir çoxuna isə, rəhbərlik tərəfindən ciddi tapşırıqlar da verildi.Atılmış addımlara baxmayaraq, bu gün də bəzi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarələrinin iş fəaliyyətində ciddi nöqsanların olması barədə, redaksiyamıza silsilə məlumatlar daxil olmaqdadır. Bu sırada adı daha çox hallanan Tovuz rayon idarəsi və onun rəhbərliyində duran cənab Rasim Şirinovun qanunsuzluğa söykənən əməlləridir.Redaksiyamızı məlumatlandıran mənbə onu qeyd edir ki, o, hələ Zəngilan rayonunda işləyərkən Əlağa Hüseynovun qəzəbinə tuş gəlir. Buna səbəb, onun saxta hərbi bilet satması olmuşdu ki, bu addımı da, Rasim Şirinovun daha mühüm vəzifələrə təyin olunması ehtimalını minimuma endirir. Az sonra hərbi rütbəsi kiçildilən Rasim Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin, Saatlı rayon idarəsində daha aşağı vəzifəyə təyin olunur. Amma, onun bir çox tellərlə Aslan Aslanova bağlı olması, çox keçmir ki, öz bəhrəsini verir. Yəni, həmin vaxt müdafiə naziri vəzifəsini daşıyan Səfər Əbiyevin Aslan Aslanovla kirvəlik əlaqəsinin olması və bu əlaqədən Rasim Şirinovun ustalıqla yararlanması, onun sonrakı vəzifə təyinatında, həm də dönüş nöqtəsinin əsasını qoyur. Yəni o, çox keçmir ki, Aslan Aslanovun birbaşa köməkliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsi, Xaçmaz rayon idarəsinə rəis təyin olunur. Bir müddət Xaçmazda işlədikdən sonra o, yenidən Tovuz rayonuna təyinat ala bilir. Məlumatlı mənbə onu da bildirir ki, onun Tovuz rayonuna təyin olunmasında Şəmkir rayon idarəsinin sabiq rəisi cənab Həsrət müəllimin müstəsna xidməti olur.Tovuz rayonundakı idarəçiliyi haqda məlumatları redaksiyamıza çatdıran mənbə onu da vurğulayır ki, bu gün Rasim Şirinov rəhbərlik etdiyi qurumda kapitan Abbasovla əlbir olaraq, bütün rıçaqları öz əlində cəmləşdirib. Əldə etdiyimiz məlumatlara görə o, Saatlıda da kapitan Abbasovla birlikdə işləyib və bu gün də birlikdə işləməyə qərar verib. Əslində belə bir iş birliyi nəinki Saatlı rayonunda, hətta Tovuz rayonunda da bu gün, saysız-hesabsız maxinasiyalara qol qoymağa imkanlar açır.Mənbə onu da qeyd edir ki, Tovuz rayon idarəsində gözəgəlimli bir xanımın işləməsi və həmin xanımla Rasim Şirinovun «sıcaq» münasibətinin olması da, bu gün əksəriyyətin müzakirə etdiyi mövzulardandır. Olay haqda bir qədər araşdırma apardıqda o da bəlli olur ki, sən demə cənab Şirinovun həmin xanımla bağlılığının dərin telləri var imiş. Elə bu bağlılığın nəticəsi o olub ki, bu günədək həmin xanımın şərəfinə Şirinov bir neçə dəfə ziyafətlər təşkil etdirmiş, düzənlənən ey-işrətlərdə isə o, əsas iştirakçı olmuşdur. Elə ki, həmin xanım bir müddət bundan əvvəl ailə həyatı qurur və Rasim Şirinovdan uzaq düşür, bu zaman belə bir halın varlığı cənab idarə rəisinə olduqca pis təsir edir. Həmin xanımın ailə həyatı qurması kimə pis təsir etsə də, amma onun özünə düşərli olur. Çünki, idarədə adı gedən, bankomat kartı cibində olan xanım, bu gün də heç bir əziyyət-filan çəkmədən rahatlıqla əmək haqqını ala bilir. Təəssüf doğuran hal o olur ki, düzənlənən məclislərdə geninə-boluna spirtli içki içən və özünü idarə etməyi bacarmayan cənab Şirinov, belə bir addımları ilə dillər əzbərinə də çevrilir. Hətta, əldə etdiyimiz məlumatlara görə, o, bir müddət bundan əvvəl düzənlənən məclislərin birində o qədər yeyib içir ki, rayon ərazisindəki parkların birində yediklərini qusmağa məcbur olur. Ərazidən keçən rayon sakinləri cənab Şirinovun durumunu görüb, hətta qəhqəhə də çəkib gülüşürlər. Belə bir halın varlığı da, yəqin ki, hərbi strukturumuzun müəyyən sahəsinə rəhbərlik edənlərə qarşı, bəslənilən hörmətsizlikdən başqa bir şey deyil.
Diqqəti cəlb edən digər hal da odur ki, o, Tovuz rayonuna təyinat aldığı ilk gündən, özünün təsdiq etdiyi «konstitusiya» qanunları ilə idarəçiliyini həyata keçirməyə başlayıb. Məsələn, hansısa bir çağrışçı bir il möhlət hüququ əldə etmək istəyərsə min, iki illik iki min, üç illik isə üç min manat dəyərində «haqq-hesab» ödəməlidir.
Rasim Şirinov üçün istənilən çağırışçını «komsavat» etmək su içimi kimi bir şeydir, təki həmin şəxsin «əli» cibində olsun. Elə İbrahimov Yalçın Qəhrəman oqlu -(5000 manat), İsgəndərli Elçin Əhliman oğlu -(4500 manat), Alıyev Nicat Ədalət oğlu- (6000 manat), Rüstəmov Röyal Adil oğlu-( 4500 manat) kimi çağrışçılar, məqsədlərini «çin» etmək üçün vaxtında tələb olunan «haqq-hesab»ı «tərləyiblər».
Maraqlı və təəccüblü hal odur ki, ruhi-əsəb xəstəsi adı altında «komsavat» olunan Röyal Rüstəmov, bu gün Tovuz rayon mərkəzində aparıcı mobil telefon mağazalarından birinə sahiblik edir, hətta bu azmış kimi onun təmiri ilə də məşğul olur. Aldığımız məlumatlara görə Rasim Şirinovun belə bir maxinasiyalarını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin rəisi, cənab Arzu Rəhimovun müavini Zaur müəllim ört-basdır edir. İnanırıq ki, o, belə bir maxinasiyaları ört-basdır etsə də, cənab Arzu Rəhimovla bərabər, silahlı qüvvələrin Ali baş komandanı, hörmətli prezidentimiz İlham Əliyev bu kimi məsələlərdə heç bir güzəştə getməyəcək, məsuliyyət daşıyan hər bir kəsin lazımınca cəzalandırılmasına nail ola biləcəklər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərin şikayəti rədd edildi - Zəhra ev dustaqlığına buraxıldı
Bu gün, 18:43 |
|
|
|
• Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı
Bu gün, 18:39 |
|
|
|
• Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! - GƏLİŞMƏ
Bu gün, 18:37 |
|
|
|
• Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb - DİQQƏT
Bu gün, 18:35 |
|
|
|
• Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi - İsrafil Kərimovun yazısı
Bu gün, 15:44 |
|
|
|
• “Ermənistanın varlığı təhlükə altındadır” - Abramyan
Bu gün, 13:22 |
|
|
|
• Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir - TƏFƏRRÜAT
Bu gün, 13:13 |
|
|
|
• AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb - DİQQƏT
Bu gün, 13:12 |
|
|
|
• Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: - SON SÖZLƏRİMDİR...
Bu gün, 12:38 |
|
|
|
• Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb - açıq SƏRSƏMLƏMƏ
Bu gün, 12:35 |
|
|
|
• "Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var - "Qaş düzəldərkən göz çıxarmaq"...
Bu gün, 11:26 |
|
|
|
• Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - NARAZILIQ VAR...
Bu gün, 11:20 |
|
|
|
• 2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: - Yeni ərazilər üç Kiyev şəhərinə bərabərdir
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib - FOTO
Bu gün, 10:47 |
|
|
|
• AZAL xüsusi məlumat YAYDI - DİQQƏT
Bu gün, 10:40 |
|
|
|
• Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"
Bu gün, 10:36 |
|
|
|
• Dünya yenidən şəkilləndirilir: Şərqdə şillə ilə, Qərbdə hiylə ilə - Görünəni odur ki...
Bu gün, 10:24 |
|
|
|
• Azərbaycana yardımı BU ƏBLƏHMİ EDƏCƏKDİ? - ÖZÜ DİLƏNİR...
Bu gün, 10:16 |
|
|
|
• 2025-ci ilə baxış: - Dünya necə görünəcək?
Bu gün, 10:05 |
|
|
|
• Əliyevin açıqlaması və Tokayevin qərarı… - İNCƏLƏMƏ
Bu gün, 09:59 |
|
|
|
• "Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:57 |
|
|
|
• Rusiyalıların Azərbaycanda qalma müddəti niyə azaldılıb? - AKTUAL
Bu gün, 09:55 |
|
|
|
• Təyyarənin vurulduğunu ilk dəfə dünyaya çatdıran məşhur səs - İlham Əmirov kimdir?
Bu gün, 09:53 |
|
|
|
• Rusiya dövlət diplomatiyası sinifdə qaldı - FAKT BUDUR!
Bu gün, 09:48 |
|
|
|
• "Şəhərin ən çox sərnişin yükünü avtobus götürür" - NƏ ETMƏLİ?
Bu gün, 09:44 |
|
|
|
• " 6 illik ailə həyatımız buna görə dağıldı..."
Bu gün, 09:41 |
|
|
|
• Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… - Qazax ekspert
Bu gün, 09:38 |
|
|
|
• İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR? - Yeyin eee... amma belə də yox...
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycana qarşı “gizli silah”: gözümüzün önündədir! – Ekspert xəbərdarlıq etdi
Bu gün, 09:32 |
|
|
|
• ÖRTÜLÜ BAZAR DOSTLUĞU POZAR... - Əliyev açıq və net danışdı...
Bu gün, 09:30 |
|
|
|
• Bayden yanvarın 9-nu matəm günü elan edib
Bu gün, 09:26 |
|
|
|
• Yeni prezidentin ilk işi BU OLDU - Qadağan olunmuş əşyalar siyahısına...
Bu gün, 09:24 |
|
|
|
• Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı? - AKTUAL
Bu gün, 00:16 |
|
|
|
• “Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” - deputat
Bu gün, 00:13 |
|
|
|
• Müğənni Tural Gəncəli həbs edildi - AÇIQLAMA
Bu gün, 00:09 |
|
|
|
• ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
Dünən, 21:03 |
|
|
|
• Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
Dünən, 20:58 |
|
|
|
• Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Dünən, 20:56 |
|
|
|
• AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
Dünən, 20:04 |
|
|
|
• Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
Dünən, 20:01 |
|
|
|
• Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
Dünən, 19:27 |
|
|
|
• Keçmiş rəis dünyasını dəyişib
Dünən, 19:24 |
|
|
|
• Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 19:21 |
|
|
|
• Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
Dünən, 19:20 |
|
|
|
• İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
Dünən, 19:17 |
|
|
|
• İndi Tokayev üzr istəməlidir ki, təyyarə onun ərazisinə düşüb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Əsədin adamları Suriyanın şimal-qərbində gizlənir - Yeni hakimiyyətə müqavimət göstərirlər
Dünən, 18:04 |
|
|
|
• Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
Dünən, 18:00 |
|
|
|
• Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır – İki tələb var
Dünən, 17:57 |
|
|
|
• Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
|