Vaşinqtonun İranla bağlı acı etirafı .....                     Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib .....                     Belə bir sui-qəsd təşkil etmək üçün .....                     Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında .....                     Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı .....                     Yeganə dələduzu ifşa etdi, başına iş gəldi .....                     Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... .....                     İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir .....                     Xırdalanın yolları BURMA-BURMADIR... .....                     Paşinyanla gizli anlaşma üzə çıxdı .....                     Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü .....                     Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? .....                     18 yaş əsgərlik üçün tezdir? .....                     Azərbaycanın əsas sülh tələbləri gündəmdədir .....                     Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? .....                     `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... .....                     General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi .....                     Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu .....                     Prezident Administrasiyasında yeni təyinat .....                     Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? .....                     Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı .....                     Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı .....                     Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? .....                     Ermənistanın yeni münaqişə planı .....                     "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" .....                     Ermənistan Fransa silahını rus pulu ilə alır .....                     «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» .....                     Sərbəst auditor Novruz Pənahov vəfat edib .....                     Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi .....                     "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." .....                     "Bank Respublika" mənfəətini bölüşdürəcək .....                     İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... .....                     XİN-nin sabiq müavini də həbsin bir addımlığında .....                     İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? .....                     Zəngəzur üçün tarixi şəraitin yetişməsi... .....                     Ünvanlı sosial yardım üçün müraciət etsə də... .....                     4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? .....                     Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT .....                     Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? .....                 

Əmlak Məsələləri Dövlət Xidməti COP29 marşrutu üzərində abadlaşmaya mane olur - BU DA FAKT!!!
Tarix: 15-10-2024, 08:55 | Çap et
Əmlak Məsələləri Dövlət Xidməti COP29 marşrutu üzərində abadlaşmaya mane olur
Azərbaycanda yuxarıdan-aşağıya bütün dövlət ərkanı COP29 kimi mötəbər bir tədbirə hazırlaşdığı vaxtda bu tədbirin mahiyyətinə zidd hərəkətlərə yol verən məmular da var. Bir tərəfdə yaşıllıqlar məhv edilir, digər tərəfdə isə yaşıllaşdırmaya, abadlaşdırmağa süni əngəllər yaradılır.

Bu qənaətə Yasamal rayonu Şəfayət Mehdiyev 65 ünvanında yaşayan sakinlərin AFN.az-a müraciəti ilə tanış olduqdan sonra gəlmək olar. Vətəndaşlar bildirirlər ki, yaşadıqları ünvan COP29-un əsas marşrutlarından birinin üzərində yerləşir. Həmin ərazidə isə nəinki COP29-un mahiyyətinə zidd, hətta normal insan yaşayışı üçün tələb olunan şəraitə uyğun olmayan vəziyyət hökm sürür: “Yaxınlıqda yaşayış kompleksi tikilib istifadəyə verilib. Tikinti işləri tamamlandıqdan sonra nəinki ətrafdakı zibil təmizlənməyib, əksinə, daha da bərbad vəziyyət yaranıb. Olduqca səliqəsiz, naxoş görüntü durumunda olan ərazini öz vəsaitimiz hesabına abadlaşdırmaq istəyirik. Bunun üçün nə dövlətdən, nə tikinti aparan şirkətdən, nə də hər hansı qurumdan dəstək umuruq. Bütün işləri öz gücümüzə görməyə hazırıq. Burada heç bir tikinti aparmırıq, sadəcə abadlaşdırma işləri görmək istəyirik. Lakin Əmlak Məsələləri Dövlət Xidməti buna imkan vermir. Biz bu işlərə təzə başlayanda Yasamal rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən, polisdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən nümayəndələr gəldi, hamısı ilə danışıb məqsədimizi bildirdik və razılaşdılar. Hətta bəziləri bizə təşəkkür də etdilər belə gözəl təşəbbüs üçün. Bircə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri ilə razılaşa bilmədik. Əvvəl Xidmətin Bakı Ərazi şöbəsinin əməkdaşları gəldilər, çox çək-çevirdən sonra maddi maraqlarının olduğunu hiss etdik. Buna razılaşmadığımız üçün başladığımız işi yarımçıq qoymaqla kifayətlənmədilər, indiyədək etdiklərimizi də uçurub, dağıdıb getdilər. Sonradan bizə məlumat çatdırdılar ki, Xidmət rəisinin qəbuluna getməliyik. Biz Bakı Ərazi Şöbəsinin rəhbəri ilə görüşmək istəyimizi təkidlər bildirsək də, dedilər ki, mütləq Əmlak Xidmətinin rəhbər şəxsləri ilə görüşməlisiz. Əraziyə gələn qrupa rəhbərlik edən Əli adlı əməkdaşa şöbə rəisi ilə görüş istəyimizi bildirməyimizə baxmayaraq, bundan imtina etdilər. Hətta bizim rəislə telefon danışığımıza da şərait yaratmadılar. Bildirdik ki, biz burada tikinti işləri görmürük, obyekt tikmirik, sadəcə, abadlaşdırma işləri aparmaq istəyirik. Bunun üçün xidmət rəhbərliyinin onsuz da çətin olan qəbuluna düşmək vaxt itkisidir. Bir halda ki, Bakı ərazi şöbəsinin rəhbəri ilə görüşə bilmirik, Xidmətin rəhbərliyi ilə necə görüşə biləcəyik?!”
Sakinlərin sözlərinə görə, həmin ərazidə yaxınlıqda tikilən yaşayış kompleksinin davamı inşa ediləcək. Məhz bu səbəbdən də boş ərazidə abadlıq işləri aparmağa imkan vermirlər: “Bizə sözarası başa saldılar ki, sonra burda tikinti işləri aparılanda ağacların kəsilməsi, yaşıllığın götürülməsi üçün müəyyən prosedurlar lazım olacaq. Ona görə də bura belə qalsa yaxşıdır. Biz isə deyirik ki, tikinti aparsınlar, etirazımız yoxdur, amma ona qədər biz abadlaşdırmaq istəyirik. Biz bunu dövlətdən istəmirik, öz vəsaitimizlə, öz hesabımıza bu işləri görmək istəyirik. Buradan COP29-un marşrutlarından biri keçəcək. Olmazmı ki, gələn qonaqlar görsünlər, dövlətimiz, ölkəmiz haqda onlarda yüksək təəssürat yaransın?!”
Sakinlərin müraciəti əsasında ərazidə olduq və kiçik araşdırma apardıq. Görünən mənzərə xeyli suallar yaradır. Belə ki, ünvana baxış keçirən zaman ətrafda xeyli sayda şəhərsalma qaydaları və prosedurlarını pozan tikililərin olduğunu müşahidə etdik. Maraqlıdır, bəs zamanında onlara niyə mane olmayıblar? Deməli, hansısa maraqlar çərçivəsində onlara icazə verilib?! Sakinlər isə bir daha bildirdilər ki, orada nümunəvi bir görüntü, filmlərdə, videolarda görünən həyət tipi yaratmaq niyyətləri var: “Heç bir tikinti aparılmayacaq, amma imkan vermirlər. İşi başladıq, yarıda dayandırdılar, lap biabırçı vəziyyət yarandı”.
Maraqlıdır ki, məsələyə hansısa qüvvələr "Azərişıq" ASC-nin yerli qurumlarını da qatıblar: “Bizə dedilər ki, buradan yeraltı kabel keçir, o da dərində olmadığı üçün ərazinin üzərində iş görmək olmaz. Nə qədər desək ki, burada tikinti aparılmır, sadəcə abadlaşdırma işləri görüləcək, yenə razılaşmadılar. Uzun illərdir orada yaşayırıq, bütün proses gözümüzün qarşısında getdi, ərazidə kabellərin bir qisminin normativ qaydalara uyğun olaraq daha dərindən aparılmasına baxmayaraq, həmin kabelin davamında digər bir hissəsi bilərəkdən torpaq qatının üst səthi ilə aparılıb. “Azərişıq” ASC-nin Yasamal rayon idarəsinin texniki direktoru bizdən 3 min manat istədi. Təbii ki, ondan imtina edərək, bildirdik ki, bu prsesdən şikayət edəcəyik. Belə olan halda bizi ASAN Kommunala yönləndirdilər. Halbuki bizə bunu daha öncə deməmişdilər. ASAN Kommunal da görüləcək iş üçün yenidən həmin şəxsə yönləndimə etdi. Onlar bu dəfə 18 metrlik məsafə üçün 150 metr kabel tələb etdilər, bir sözlə, hesab-kitabı elə qurdular ki, proses 6-7 min manatı belə keçdi. Məcbur olub imtina etdik. Bütün sənədləşmə işləri əlimizdədir, lazım gəlsə təqdim edə bilərik. Beləcə yaxşı bir təşəbbüs beşikdəcə boğuldu. Hələ də anlaya bilmirik ki, biz sadə vətəndaşlar dövlət başçısının təşəbbüsünə həvəslə qoşulmağa hazır olduğumuz halda, məmurlar niyə mane olurlar”.
Sakinlər media vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müracitə edərək, onun 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini alqışladıqlarını bildirirlər. Eyni zamanda onun bu nəcib təşəbbüsünün bəzi məmurlar tərəfindən “sabotaj” edilməsini nankorluq kimi dəyərləndirirlər: “Cənab Prezident! BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ərəfəsində, COP29-un əsas marşrutlarından birinin üzərində yerləşən ərazidəki bərbad vəziyyəti gözümüz-könlümüz götürmür. Sizdən xahişimiz budur, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə göstəriş verəsiniz ki, yaşadığımız ərazinin abadlaşdırılmasında bizə mane olmasın. Biz bütün məsuliyyətimizlə bəyan edirik ki, həmin ərazidə heç bir tikinti aparılmayacaq, sadəcə yaşıllıqlar salınacaq, insanların istirahəti, rahat hərəkəti üçün şərait yaradılacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14
İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02
Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56
Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50
18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43
Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38
Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35
`Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29
General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15
Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10
Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06
Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42
Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25
Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23
«“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18
Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12
Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09
"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08
"Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01
İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45
İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37
Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28
Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26
Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21
Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərin hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru