"Puta-Nəqliyyat-2" ASC (VÖEN: 1100072781) ləğv olunduğunu elan edir. "DİA-AZ" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1071 Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qobu-Güzdək-Puta yolu 3-4 km., 3 küçəsi ünvanına bildirə bilərlər. Qeyd edək ki, nəqliyyat şirkəti 29 mart 2001-ci ildə dövlət qeydiyyatına alınıb və 117 min 566 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Hidayət Mustafayev Əhməd oğludur. Hazırkı vergi borcu 1 152,8 manatdır.