"Şikayətim "Bank of Baku"dandır". "DİA-AZ" bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aygül Quliyeva adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş dahsa sonra bildirir: " "Bolkart" kredit kartı sistemində maksimum dərəcədə fırıldaqlıqla müştərinin cibinə girib haram pul yeyirlər.
Heç bir məbləği aylara bölmək imkanı təqdim etmir, faizlə özü bir illik bölür.
Hər ay üçün ödəniş sms-lə "guya" göndərir, ki sonra daha da artıqlaması ilə pul istəyib söysün...
Tətbiqdə məlumat sıfır! Çıxarışı 3 aydan artıq müddət üçün əks etdirmir, ki müştərinin əlində sübutu olmasın.
"Bank of Baku"... bu yaxında çökəcəksiz, hazırlıqlı olun..."