Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında müzakirə edilən 2025-ci ilin dövlət büdcəsi barədə çıxışı zamanı Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılmasının proqnozlaşdırıldığını açıqlayıb. Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanunun 25-ci maddəsində siyasi partiyaya dövlət maliyyə yardımı ayrılması qaydası əks olunub. Yeni qüvvəyə minən "Siyasi partiyalar haqqında" Qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür, 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir, 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır, 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür. Milli Cəbhə partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyir ki, hazırda parlamentdə çoxluğu Yeni Azərbaycan Partiyasından olan deputatlar təşkil edir və digər partiyalardan 1-3 arası deputat təmsil olunur: "Buna görə də, ayrılan vəsaitin çoxu hakim partiyaya çatır, yəni digər partiyalar daha az məbləğ alırlar".
Partiya sədrinin sözlərinə görə, siyasi partiyaların fəaliyyət göstərməsi üçün böyük məbləğ tələb olunur: "Azərbaycandakı siyasi partiyalar digər mənbələrdən maliyyə cəlb edə bilmirlər və onlar dövlət büdcəsindən ayrılan vəsaitdən asılıdırlar. Bu vəsait də siyasi partiyalarda texniki işlərin aparılmasına, əməkhaqlarının ödənilməsinə, rayon şöbələrinin və mərkəzi qərargahının saxlanılmasına sərf olunur. Bu, böyük məbləğ deyil. Məbləğin artırılmasına görə də, hökumətə sağol deyirik. Amma o da nəzərə alınmalıdır ki, parlamentdə təmsil olunan partiyaların da sayı artır. Siyasi partiyalar haqqında qəbul olunan qərara görə, son seçkilərdə iştirak edən partiyalara da vəsait ayrılır. Yeni ildən vəsaitin nə qədər olacağını deyə bilmərəm. Bu, məbləğ köçürüləndən sonra məlum olacaq. Ancaq böyük bir məbləğdən söhbət getmir. Partiyaların parlamentdə təmsil olun deputatlarının sayına görə də həmin rəqəm bölüşdürülür". Razi Nurullayev sədri olduğu partiyada üzvlərdən üzvlük haqqı yığılmadığnı da bildirib: "Mənə elə gəlir ki, hazırkı şəraitdə üzvlük haqqı yığa bilən yeganə partiya YAP-dır. Digər partiyaların da üzvlük haqqı yığması barədə isə məlumatım yoxdur".
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev isə deyib ki, siyasi partiyalara maliyyə yardımının artırılacağı ilə bağlı məlumat onlar üçün xoş xəbər olub: "Siyasi partiyalar ölkənin siyasi institutunun tərkib hissəsidir. Siyasi partiyaların mövcud olması ölkənin imicinə müsbət təsir edir və onların mövcud olmasında bütün cəmiyyət maraqlı olmalıdır".
"Mövcud qanunvericiliyə görə, həm parlament partiyaları, həm də seçkilərdə iştirak edən digər partiyalar vəsait alır. Bu vəsaitin artırılması siyasi partiyaların fəaliyyətinə çox müsbət təsir göstərəcək. Ümumiyyətlə 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi əsasında ölkədə siyasi partiyalarla dialoq mühitinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Bununla bağlı prezident adiministrasiyasında xüsusi şöbə yardılıb və daha yüksək səviyyəli dialoq mühiti qurulub. Hesab edirəm ki, siyasi hakimiyyətlə siyasi partiyalar arasında dialoqun qurulması münasibətlərin yaxşılaşmasına kömək edir", - Elşad Musayev qeyd edib.
Elşad Musayevin sözlərinə görə, maliyyə vəsaitinin artırılması yeni iş yerlərinin açılmasına, ölkənin siyasi məkanına yeni şəxslərin gəlməsinə imkan verir: "Partiyalarda üzvlük haqqı toplanır, amma siyasi partiyalar dövlət tərəfindən verilən vəsait əsasında fəaliyyət göstərir. Açıq danışsaq üzvlük haqqı ilə nəsə etmək mümkün deyil, üzvlük haqqı simvolik bir şeydir. Biz insanlarımızın maddi vəziyyətini də nəzərə alırıq. Hesab edirəm ki, siyasi partiyaların cəmiyyətdə rolunu artırmalıyıq. Hesab edirəm vəsaitin artırılması siyasi sistemin inkişafı üçün də xeyirlidir". Xatırladaq ki, 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərin hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
|