Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb .....                     AZAL sərnişinlərin siyahısını açıqladı .....                     Azərbaycanda diplomu tanınmayan universitetlərin siyahısı .....                     Etibarsız “ELVİ.M.M. SERVİCES GROUP” MMC-yə 2,7 milyon manatı kimlər və necə etibar etdilər .....                     Jest olaraq "Legend Motors"un adını avtomobilin üzərinə yapışdırıb .....                     İlham Əliyev qəzaya düşən təyyarəmizlə bağlı TAPŞIRIQ VERDİ .....                     Ermənistana göndərilən 250 milyonluq kokain kimindir? .....                     AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı .....                     Kadırov qəzadan danışdı .....                     "Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!" .....                     Gürcüstanda azərbaycanlı hərbi qulluqçu həlak olub .....                     Türk ulusunun vahid əlifbası: daha nə etməliyik? .....                     Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib .....                     Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub .....                     "Xəstəliyə tutulmuşam, dözə bilmirəm" .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində 14 nəfər sağ qalıb .....                     Qəzaya uğrayan təyyarədəki sərnişinlərin tam siyahısı və ADLARI .....                     Məhkəmə nazirliyin sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı .....                     AZAL təyyarəsinin yerə çırpıldığı an .....                     AZAL məlumat açıqladı: SAĞ QALANLAR VAR... .....                     Əziz Orucovun məhkəməsi başlayıb .....                     Qəzaya uğrayan təyyarədəki sərnişinlər bu ölkənin vətəndaşlarıdır .....                     AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində on nəfər sağ qalıb .....                     "Bu nadürüst Azər o zaman həbs olunmalı idi..." .....                     Qəzaya uğrayan təyyarəmizdən GÖRÜNTÜLƏR .....                     Şərurda yeyintinin NƏCƏFLİ ÜSULU... .....                     Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıb .....                     "Sənə niyə əlillik verim, dövlətin pulunu sizə niyə verməliyik?" .....                     AZAL-ın təyyarəsi quş sürüsü ilə toqquşdu: .....                     400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır .....                     Blogerlər qəzaya düşüb .....                     ABŞ niyyətini açıq bəyan elədi, Zəngəzur dəhlizi... .....                     Yeni Suriyada kürdlərə yer varmı? .....                     Azadlıq xalqa lazımdır! .....                     Xocalıda 82 evin təmiri 3 milyon manata .....                     Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu .....                     Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... .....                     434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı .....                     Yeni il ərəfəsində quş əti bahalaşıb? .....                     Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib .....                 

Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 00:14 | Çap et
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər?
Azərbaycanda sığorta şirkətləri ilə bağlı şikayətlər azalmaq bilmir. Əslində, insanların problemlərini çözməli, onlara dəyən ziyanı kompensasiya etməli olan bu şirkətlər reallıqda insanların başağrısına çevrilir. Vətəndaşlar qanunun tələbinə uyğun olaraq mülklərini sığortalayır, amma qanunun tələbinə uyğun olaraq onlara xidmət etməli olan şirkətlər qanunsuzluq edirlər. Şikayətlərin əksəriyyəti “Sürücülərin mülki məsuliyyətinin icbari sığortası” adlanan icbari avtosığorta ilə bağlıdır. Təəssüf ki, bəzi sığorta şirkətləri verilən vədlərdən boyun qaçırmağa çalışır, vətəndaşlar isə ziyana düşür.

Sığorta şirkətlərinin özbaşnalığından yalnız sadə insanlar deyil, tanınmış şəxslər də narazılıq edirlər. Tanınmış hüquqşünas Şamil Paşayev də narazılardan biridir. O, bir müddət öncə üzləşdiyi problemi sosial şəbəkə vasitəsilə ictimailəşdirib:

“Maşınımı zəncirvari qəzada vurublar. 27 noyabrdan mən bu pul ödəməyən sığorta şirkətinin (Mega Sığorta) dalınca düşmüşəm. Sözsüz ki, məhkəməyə verib nəticə əldə edəcəm, amma həqiqətən belə işləmək ayıbdır. Ölkədə sığorta bazarı ona görə işləmir ki, bunlar sadəcə pul verməmək üçün hər şey edir. Mənə maşının düzəlməyi lazımdır, adamlar nə qiymətləndiriblə r- demirlər. Maşını verirəm, düzəltmirlər. Bu nə işləmə metodudur?!”

Maraqlıdır, hüquqşünasa qarşı bu cür davranan şirkətlər sadə insanların başına nə oyun açır?.. Şamil Paşayev hüququnu bilən, problemini ictimailəşdirən azsaylı şəxslərdəndir. İnsanların bir qisminin nə etməli olduğunu bilməməsi, sığorta şirkətləri ilə çəkişmələrin ictimailəşdirilməməsini nəzərə alsaq, vəziyyətin nə yerdə olduğunu daha yaxşı anlayarıq.

Sığorta şirkətlərinə, Mərkəzi Banka bunun kimi yüzlərlə şikayət ünvanlanır. Məhkəmə prosesləri də, öz yerində. Amma xeyri yoxdur. Şikayətlərin ardı-arası kəsilmir.

Qeyd edək ki, "İcbari Sığortalar haqqında yeni Qanun" 2011-ci ildə Milli Məclis tərəfindən təsdiq olunaraq, qüvvəyə minib. Bundan əlavə, sığorta işinə nəzarət mexanizmi Mərkəzi Banka həvalə edilib. Və...

Problemlə bağlı Mərkəzi Banka müraciət etsək də, suallarımız cavabsız qaldı…

Mövzu ilə bağlı Pressklub.az-a danışan sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyib ki, sığorta şirkətləri və vətəndaşlar arasındakı problemlər artan xətlə davam edir.

Ekspertin sözlərinə görə, sığorta bazarının ən çox satılan məhsulu, avtomobillərin icbari sığortası adlandırılan "Sürücülərin mülki məsuliyyətinin icbari sığortası" məhsuludur. Məsuliyyət sığortasının olmamasına görə 50 manat cərimə nəzərdə tutulub. Buna görə də ölkədə mövcud avtomobil parkı demək olar ki, 100% sığorta ilə əhatə olunub: “Belə bir göstəricinin qarşılığında, sığorta şirkətlərinin üzərinə böyük məsuliyyət düşür və şirkətlər üzərilərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyə borcludurlar. Bunu qanun tələb edir. Bu səbəbdən sürücülərin hüquqlarının qanunla qorunması belə fikirləşməyə əsas verir ki, bu sahədə heç bir problem yoxdur və bütün vətəndaşlarımız sığorta sektorundan razıdırlar. Amma təəssüf ki, belə deyil...”

Müsahibimiz deyib ki, hər hansı sığorta şirkətinin ödənişi verməmək kimi bir şansı yoxdur: “Şikayətlər əsasən dəymiş ziyanın hesablanması və ödəniş məbləğinin sürücünü qane etməməsinə görə yaranır. Sürücülər çox vaxt iddia edirlər ki, onlara dəymiş ziyan çox az hesablanıb. Sığorta şirkətləri isə bildirirlər ki, qiymət düzgün hesablanıb və sürücü haqsızlıq edir. Bu kimi hallarda bəzən sığorta şirkətləri haqlı olur. Çünki vətəndaşlar arasında elələri olur ki, sığorta şirkətlərindən daha çox pul almağa köklənirlər və haqsız şikayətlər edirlər. Ancaq o demək deyil ki, sığorta şirkətləri hər zaman haqlıdır. Əksər hallarda sığorta şirkətlərinin də haqsızlıq etdikləri aşkarlanır. Qiymət həqiqətən aşağı hesablanır, vətəndaşlar incidilir və insanların sığortaya olan etimadı sıfırlanır”.

Ekspert problemin əsaslarını belə şərh edib: “Son yeddi-səkkiz ildə, avtomobillərin icbari sığortası üzrə hadisələrin çoxalması, təmir xərclərinin artması və sığorta haqlarının aşağı məbləğdə olması sığorta şirkətlərini çıxılmaz vəziyyətə salıb. Yığılan vəsaitin təxminən 90%-ə qədərinin ödəniş olaraq geri qaytarılması, bu məhsulu sığorta şirkətləri üçün maraqsız edir. Nəticədə, bir çox kiçik mühərrikli avtomobil marka-modelləri şirkətlər tərəfindən qara siyahıya salınır və onların icbari sığortalanması üçün süni əngəllər yaradılır. Bu da yenə də haqlı narazılıqlara gətirib çıxarır. Bununla da sürücülərin Mərkəzi Banka, məhkəmələrə şikayətləri artır. Digər tərəfdən sürücülərin hüquqlarını bilməməsi, haqlarını tələb edə bilməməsi də öz sözünü deyir. Nəticədə sığorta şirkətləri belə vəziyyətlərdən məharətlə yararlanırlar”.

Müsahibimiz sürücülərə tövsiyə edir ki, sığorta şirkətlərinə öz sığorta agentləri vasitəsi ilə müraciət etsinlər. Əksər hallarda sürücülər, onlara zəng edərək 5-10 manat aşağı qiymət təklif edən, tanımadıqları insanların xidmətlərindən istifadə edirlər. Nəticədə isə hadisə zamanı onları müdafiə edəcək şəxsin onların yanında olmaması sığorta şirkətlərinin manipulyasiyasına şərait yaradır.

Həmsöhbətimiz problemin həllinə də toxunub: “Qanun 2011-ci ildə qəbul olunub və keçən müddətdə cüzi dəyişikliklər və əlavələr edilib. Bu qanun artıq günün tələblərinə cavab vermir. Yeni qanun hazırlanmalı və tezliklə təsdiq olunmalıdır. Əks halda insanların sığorta sektoruna etimadını bərpa edə bilməyəcəyik. Yeni qanun icbari sığorta haqqının hesablanmasına əsasən yeni qaydalar təklif etməlidir. Və sığorta haqları artırılmalıdır. Hazırda sığorta haqları çox aşağıdır”.

Bəs, məsələ hüquqi müstəvidə necə tənzimlənir? Zərərçəkənlər haqlarını tələb etmək üçün nə etməlidir?

“Sığorta edilən şirkətlərlə sığorta olunanlar arasındakı hüquqi münasibətləri Azərbaycan Respublikasının qanunu, mülkü məcəllənin müddəaları, o cümlədən, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin müddəaları tənzimləyir”.

Bu sözləri Pressklub.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib.

Müsahibimizin sözlərinə görə, hər hansı qəza, problem baş verdikdə sığorta olunan dərhal bununla bağlı sığorta edən şirkətə məlumat verməlidir: “Bundan sonra sığorta şirkəti öz inspektoru ilə həmin əraziyə yaxınlaşır və hadisə ilə bağlı ilkin məlumat əldə edir. Zərurət olarsa, qarşı tərəfdən də məlumat ala bilər. Əsas araşdırma hüquq-mühafizə orqanlarında getdiyi üçün polis tərəfindən sistemə yüklənən 4 nömrəli forma ilə sığortanı edən şirkətdən zərərin hesablanaraq ödənilməsi tələb edilir”.

Hüquqşünas hesab edir ki, sığorta məsələsində hər kəs öz mənfəəti üçün çalışır. Amma vətəndaşların əmlaklarını sığorta etdirmələrinin əsas səbəbi qanunun tələbi olmasıdır. Çünki qanun icbari qaydada tələb etməzsə, vətəndaşlar könüllü şəkildə əmlaklarını sığorta etdirməyəcək. Yəni, qanun tələb etdiyi üçün sığorta etdirirlər, sonra da sığorta şirkətlərinin yaratdığı problemlər- ödəməni gecikdirməsi, təmirlə bağlı gecikmə, vətəndaşı zərərə uğradacaq davranışlar və s. ilə vətəndaş sığorta şirkətindən narazı qalır və sığorta şirkətinə olan inamı sarsılır: “Beləliklə də ölkədə ciddi sığorta fəaliyyətsizliyi yaranır. Ona görə də qanunvericiliyin tələbi budur ki, sığorta hadisəsi baş verdikdə dərhal bu barədə məlumat verilməli və sığorta şirkəti müvafiq araşdırma və dəyərləndirmə işini apardıqdan sonra öhdəliyini icra etməlidir. Qanunvericilikdə istehsal tarixi 5 ildən aşağı olan avtomobillərin ehtiyat hissələrinin dəyişdirilməsi, 5 ildən yuxarı olan avtomobillərdə isə bu detalın təmir olunaraq düzəldilməsi nəzərdə tutulub”.

Həmsöhbətimiz qeyd edib ki, bəzən sığorta şirkətləri tərəfindən bazar qiymətləri həqiqəti əks etdirməyən ödənişlər yazılır: “Məsələn, bazar dəyəri 10 manat olan bir detal 7 manat, əməyin xərci isə 100 manatdırsa, bu 40 manat kimi göstərilir. Vətəndaş da bununla razılaşmır, əlavə sübutlar toplayır, avtoservisdən rəsmi şəkildə arayış alır, ödəməsini təsdiq edən çeki təqdim edir və uzun-uzadı məhkəmə proseslərinə getməyə məcbur qalır. Bu səbəbdən də vətəndaşlarla sığorta şirkətləri arasında çəkişmələr olur. Vətəndaşlar sığorta şirkətlərinin bu cür qanunsuz davranışları ilə qarşılaşsa, məhkəməyə müraciət edərək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini, qanunun tələblərinin yerinə yetirilməsini, həmçinin onlara dəymiş zərərin vaxtında ödənilməsini, eləcə də gecikən ödəməyə görə də əlavə ödənişin verilməsini tələb edə bilərlər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb - məsələlər dövlət başçısının nəzarəti altındadır
Bu gün, 12:57
AZAL sərnişinlərin siyahısını açıqladı
Bu gün, 12:55
Azərbaycanda diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANDI
Bu gün, 12:48
Etibarsız “ELVİ.M.M. SERVİCES GROUP” MMC-yə 2,7 milyon manatı kimlər və necə etibar etdilər - İLGİNC FAKTLAR...
Bu gün, 12:41
Jest olaraq "Legend Motors"un adını avtomobilin üzərinə yapışdırıb - Azər Zahidin proqramına sponsorluq etdiyi deyilən şirkətdan AÇIQLAMA
Bu gün, 12:38
İlham Əliyev qəzaya düşən təyyarəmizlə bağlı TAPŞIRIQ VERDİ - Qazaxstana xüsusi heyət YOLA DÜŞDÜ
Bu gün, 12:32
Ermənistana göndərilən 250 milyonluq kokain kimindir? - “Joqovurd”
Bu gün, 12:30
AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı - Xəsarət alanlardan 3-ü uşaqdır
Bu gün, 12:27
Kadırov qəzadan danışdı - TASS
Bu gün, 12:19
"Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!" - Mehriban Əliyeva
Bu gün, 12:17
Gürcüstanda azərbaycanlı hərbi qulluqçu həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türk ulusunun vahid əlifbası: daha nə etməliyik? - AKTUAL
Bu gün, 12:13
Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib - Qazaxıstan FHN
Bu gün, 12:08
Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 12:07
"Xəstəliyə tutulmuşam, dözə bilmirəm"
Bu gün, 12:04
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində 14 nəfər sağ qalıb - 5-i ağır vəziyyətdədir
Bu gün, 11:59
Qəzaya uğrayan təyyarədəki sərnişinlərin tam siyahısı və ADLARI - FOTO
Bu gün, 11:54
Məhkəmə nazirliyin sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:51
AZAL təyyarəsinin yerə çırpıldığı an - VİDEO
Bu gün, 11:46
AZAL məlumat açıqladı: SAĞ QALANLAR VAR... - "Sərnişinlər arasında uşaqlar olmayıb..."
Bu gün, 11:37
Əziz Orucovun məhkəməsi başlayıb
Bu gün, 11:35
Qəzaya uğrayan təyyarədəki sərnişinlər bu ölkənin vətəndaşlarıdır - “Baza”
Bu gün, 11:34
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində on nəfər sağ qalıb - 62 nəfər ölüb
Bu gün, 11:27
"Bu nadürüst Azər o zaman həbs olunmalı idi..." - Keçmiş deputat elə faktı açıqladı ki...
Bu gün, 11:23
Qəzaya uğrayan təyyarəmizdən GÖRÜNTÜLƏR -təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub
Bu gün, 11:20
Şərurda yeyintinin NƏCƏFLİ ÜSULU... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 11:13
Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıb - VİDEO
Bu gün, 11:10
"Sənə niyə əlillik verim, dövlətin pulunu sizə niyə verməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 11:03
AZAL-ın təyyarəsi quş sürüsü ilə toqquşdu: - Qəza enişi
Bu gün, 11:00
400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır - GƏLİŞMƏ
Bu gün, 10:57
Blogerlər qəzaya düşüb - Fotolar
Bu gün, 10:49
ABŞ niyyətini açıq bəyan elədi, Zəngəzur dəhlizi... - Qriqoryan
Bu gün, 10:42
Yeni Suriyada kürdlərə yer varmı? - İNCƏLƏMƏ
Bu gün, 10:41
Azadlıq xalqa lazımdır! - Aqşin Yenisey
Bu gün, 10:37
Xocalıda 82 evin təmiri 3 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 10:32
Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 10:13
Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04
Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02
Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58
“Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57
Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32
Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30
"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29
Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25
Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23
Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru