Demokratiya və azadlıq bir-birinə zidd anlayışlardır. Azadlıq utopiyadır, xəyaldır, fanatizmdir. Demokratiya dövlətin millətlə hakimiyyət şərikliyini hədəfləyən strategiyadır. Demokratik sistemdə dövlətin tərəf müqabili xalq deyil, millətdir. Dövlət öz millətini yaratmadan, yetişdirmədən demokratikləşə bilər, lakin ömrü uzun sürməz. Millət yetişdirmək sərt dsiplin tələb edir. Yəhudilər və ərəblər üçün bu dsiplin şəriət idi. Hər iki qəbilə xalqı üçün şəriət millətləşmə strategiyası idi. Şəriət ilahi gücə əsaslanan siyasi doktrinadır. Yəhudilər və ərəblər ona görə demokratik mərhələyə keçə bilmədilər ki, allahı itirməkdən qorxdular. Millət anlayışını eyni qana bağlamaq da doğru deyil. Millət "olar"ların deyil, "olmaz"ların əsasında formalaşan mütəşəkkil bir toplumdur. Demokratiyanın "olmaz"ları daha çoxdur. "Olar"ları bol olan şey azadlıqdır. Azadlığın dövlətə və millətə heç bir faydası yoxdur. Azadlıq xalqa lazımdır!