Rusiyanın Yekaterinburq şəhərində hərbi müstəntiqlər Federal Təhlükəsizlik Xidmətinin kapitanını iş yerində saxlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, FTX zabiti pul mükafatı qarşılığında torpaq sahələrini yenidən qeydiyyatdan keçirəcəyini deyib. Həmçinin KİV-in məlumatına görə, saxlanılan şəxs Sverdlovsk vilayətində Azərbaycan istiqamətinə “nəzarət edib”.
Onu birbaşa ofisində saxlayıblar. İstintaq Komitəsinin İstintaq İdarəsinin müstəntiqləri xüsusilə mühüm işlər üzərində işləyiblər. Bu, iki gün əvvəl saxlanılan Sverdlovsk cvilayətinin Sredneuralsk şəhərinin keçmiş meri Andrey Zaşlyapinin işi ilə bağlıdır. O, kapitanın əleyhinə ifadə verib.
Son vaxtlar artan gizli zənglərə necə cavab verməliyik? - ARAŞDIRMA Jurnalistlərin verdiyi məlumata görə, faktla bağlı rüşvət alma maddəsi ilə cinayət işi açılıb.