"Xəstəliyə tutulmuşam, dözə bilmirəm"
"Musiqi xəstəliyinə tutulmuşam. Əsl musiqini axtarıram, onun xiflətini çəkirəm. Ona görə xəstələnmişəm. İndiki musiqilər beynimi korlayıb".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Gün ortası" verilişində deyib. Müğənni son günlər bayağı mahnıların məşhur olmasına əsəbiləşdiyini deyib:
"Artıq dözə bilmirəm. Deyirlər, niyə danışmırsınız? Deyirəm, utanıram. Məndən də böyük sənətkarlar var. İndi hamıya sənətkar deyirlər. Xahiş edirəm, deməyin. İllərimə, etdiyim konsertlər, gördüyüm sənətkarlara, işlərimə heyfim gəlir. Bu, məni çox incidir. Hind musiqisinin 500 növü var. Onu götürüb, üstündə əyri-əskik nəğmələr yaratmaq günahdır. Üzeyir Hacıbəylinin ruhuna hörmət edin".