Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin göyərtəsində olan sərnişinlərin tam siyahısı bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.