Tanınmış plastik cərrah olan arvadını öldürən .....                     İranın “Müqavimət oxu”: .....                     İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib .....                     Trampın “Yeni Amerika Xəritəsi”: .....                     ABŞ-də güclü yanğın: .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır .....                     İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi .....                     Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb .....                     Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb .....                     Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                 

Sadiq Abduyevi qoruyan general kimdir? - İDDİA
Tarix: 16-05-2018, 08:12 | Çap et
Sadiq Abduyevi qoruyan general kimdir?
Dövlət Gömrük Komitəsində (DGK) yüksək post tutan vəzifəlilərlə bağlı istintaq davam edir. Hər ötən gün işdən kənarlaşdırılan vəzifəlilərin “dərman mafiyası”na bağlılıqları haqda yeni məlumatlar gəlməkdədir.

Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.

Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, “dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə “dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər. “Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmaqla əhaliyə satılıb.

Bəs hazırda Sadiq Abduyev istintaqdan niyə kənar saxlanılır?

Belə məlumatlar var ki, Sadiq Abduyev bir generalın yaxın qohumudur. DTX “dərman mafiyası”na qarşı əməliyyatı gerçəkləşdirəndən sonra onun da adı istintaqa cəlb edilən şəxslərin siyahısında olub. Sonradan isə işə Sadiq Abduyevin general qohumu qarışıb və onu istintaqçıların əlindən qurtara bilib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onların səlahiyyət həddin Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli olmayıb. Belə əmrlər verilməsi Sadiq Abduyevin səlahiyyətində olub ki, o da hazırda azadlıqda gəzir.

Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib.

Fikrət Qədiməliyevə gəlincə isə onu da həbs etməyiblər. Tibb xidməti generalının barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə bunu Fikrət Qədiməliyevin xəstə olması ilə əlaqələndirib və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarılıb. Digər aşağı vəzifəli gömrükçülərin isə istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə barələrində həbs-qətimkan tədbirləri seçilib.

Belə xəbərlər də var ki, istintaq ilkin mərhələdə “dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərindən kənar keçsə də, sona qədər belə mövqe sərgilənməyəcək. Məsələnin ən yüksək səviyyədə nəzarətə alınacağı gözlənilir. Bu isə o deməkdir ki, işdə əli olan hər kəs cəzalandırıla bilər. Yada salaq ki, məlum əməliyyatla bağlı redaksiyamıza daxil olan xəbərlərin birində deyilirdi ki, Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib. O, kiminlə işləyiblərsə, hər kəsin adını çəkəcəyini söyləyib. General-mayor bunun əvəzində şəxsi toxunulmazlıq və şərti cəza istəyib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02
İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58
ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52
İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru