“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                     Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." .....                     Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı .....                     ADNSU-nun rektorundan daha bir alim şikayət etdi .....                     Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                     Deputat qalmaqallı görüntülərdən danışdı: .....                     "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi .....                     "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" .....                     Türkiyə Trampa bel bağlamalı deyil... .....                     Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır .....                     ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... .....                     Yeni qaydalar kredit faizlərini aşağı sala bilər .....                     Paşinyan Kremli şantaj edir, .....                     "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" .....                     Bakıdan verilən mesaj İranı çalxaladı .....                     Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir .....                 

Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Tarix: Bu gün, 08:49 | Çap et
Paşinyan ölkəsində faşizmi məhv etməsə...
Ermənistan 2025-ə Azərbaycana qarşı təxribatlarla başladı. Yanvarın ilk günlərində Gorus istiqamətindən Laçını bir neçə dəfə atəşə tutdular. Bunun ardınca bəlli oldu ki, Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir. Telegram kanallarında yayılan görüntülər də bunu təsdiqləyir.

Qeyd edilib ki, şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir. Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisi də yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var.

İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Naxçıvan istiqamətində də Ermənistanın bu kimi addımları Ermənistanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir. 2025-də Ermənistanın Konstitusiyasını dəyişərək, sülh istiqamətində addımlayacağına dair gözləntilər bununla heçə enmiş oldu.

Ermənistan faktiki olaraq 2025-ə təxribatlarla, habelə silahlanmanı artırmaqla başlamaqla onun mesajını vermiş oldu ki, sülhdə maraqlı deyillər. Faktiki olaraq İrəvan bununla özünə gor qazır. Əlbəttə, belə vəziyyətin formalaşmasında Ermənistan xarici təsir dairələrinin təşviqi ilə hərəkət edir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində növbəti dəfə Ermənistanı və havadarlarını xəbərdar edib. “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik”, - deyə dövlət başçısı bildirib.

Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti əslində faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident bildirib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Çox ciddi xəbərdarlıqdır. Bundan əvvəl də dövlətimizin başçısı bildirmişdi ki, Ermənistanın təxribatlarına sadəcə tamaşa etməyəcəyik. Ermənistan bu xəbərdarlıqlardan dərs götürməlidir.

Hazırkı məqamda Cənubi Qafqazda yeni silahlı toqquşmaların baş verməsi kimin marağındadır? Fransa bəlli, bəs hazırkı şərtlər daxilində Rusiya dairələri də bunda maraqlı ola bilərmi?

Deputat Vüqar Rəhimzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tarixi Zəfərindən sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanmasını təklif edib: “Amma həmin vaxtdan xeyli müddət keçsə də, Ermənistan hələlik himayədarlarının dəstəyi sayəsində konstruktiv mövqe ortaya qoymaqdan, sülh müqaviləsini imzalamaqdan yayınır. Görünən budur ki, himayədarlarının dəstəyi işğalçı ölkəni sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlar törətməklə bu prosesi uzatmaq barədə düşünməyə daha çox sövq edir. Bunun səbəblərindən biri bəzi Qərb dövlətləri, əsasən də Fransa tərəfindən Ermənistanın silahlandırılmasıdır. Deməli, həmin qüvvələr regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı deyillər. Ermənistanda gedən silahlanma prosesi region üçün yeni təhdid amilidir”. V.Rəhimzadə qeyd etdi ki, təcavüzkar dövlətin arxasında duran həmin qüvvələr onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edirlər: “İlin əvvəlindən başlayaraq Ermənistan tərəfindən mövqelərimizin atəşə tutulması da bunun təsdiqidir. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti əslində faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Dünyada nüfuzu sarsılan, Afrikadan biabırçı şəkildə qovulan Fransa Ermənistanı silahlandırmaq, müharibəyə təhrik etməklə regiona təsir imkanları əldə etməyə çalışır. Sülh müqaviləsinin imzalanması oyundankənar vəziyyətdə qalan Fransanın regionla bağlı siyasətini tam fiaskoya uğradacaq. Ona görə də Ermənistanı silahlandırmaq, revanşizmə təhrik etməklə bu prosesin qarşısını almağa çalışır. Amma Ermənistan unutmamalıdır ki, dəmir yumruq yerindədir, regionun söz sahibi, aparıcı iqtisadiyyatı, aparıcı hərbi gücü və aparıcı dövləti Azərbaycandır. Bu gün Ermənistanı silahlandıranlar, təxribatlara təhrik edənlər Vətən müharibəsi, antiterror tədbirləri zamanı olduğu kimi onların arxasında durmayacaqlar”.

Deputat əlavə etdi ki, dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, Ermənistan silahlanmanı dərhal dayandırmalıdır: “Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə bildirdi ki, Ermənistanın silahlandırılması çox ciddi problemlər vəd edir: "Təəssüflər olsun ki, Ermənistan və havadarları Azərbaycana qarşı müharibəyə hazırlaşırlar. Ağıl var, məntiq var; bu qədər silahlanma boşuna deyil ki. Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir. Birinci tendensiya ondan ibarətdir ki, Qərb dövlətləri aktiv şəkildə Ermənistan vasitəsilə bizim coğrafiyamızda gərginlik ocaqları yaratmağa çalışırlar. Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması, Yunanıstanın Rusiyadan əldə etdiyi S300-ləri Ermənistana ixrac etməsi ilə bağlı xəbərlər onu göstərir ki, Ermənistan Azərbaycanla kiçik müharibə aparmaq iddiasındadır".

Ekspert qeyd etdi ki, Ermənistanda bu gün çox ciddi iqtisadi problemlər mövcuddur: “Həmçinin bilirik ki, Ermənistanda iqtidar komandası içərisində də çöküş başlayıb. Ayrı-ayrı məmurlara qarşı Paşinyan tərəfindən sərt sanksiyalar və hücumlar həyata keçirilir. Əlbəttə ki, ölkədəki idarəetmə xaosu, cəmiyyətlə siyasi qüvvələr arasındakı uçurum Ermənistanın yeni siyasi gündəm formalaşdırmasına səbəb yaradır. Daxildəki problemlərdən diqqəti yayındırmaq üçün qəsdən Ermənistan Azərbaycanla yeni bir müharibə aparmaq və fikirləri oraya yönəltmək istəyir”. T.İsmayılovun sözlərinə görə, digər bir hədəf də ondan ibarətdir ki, Ermənistan onu daim dəstəkləyən qüvvələrdən maliyyə gəliri əldə etmək üçün Azərbaycanla süni gərginlik yaratmağa çalışır: “Qərbin isə Ermənistanı silahlandırmaqda bir neçə məqsədi var. Bu məqsədlərdən biri Ermənistanı silahlandırmaqla Rusiyanın bu ölkənin hərb sistemindəki üstünlüyünü aradan qaldırmaq, həmçinin onun ərazilərindən Rusiyaya qarşı istifadə etməyə çalışmaqdır. Rusiyaya gəldikdə isə son təyyarə olayları da göstərir ki, Rusiyanın özü də etibarlı tərəfdaş ola bilmir. Azərbaycan bu gün real güc faktorudur, Ermənistanın silahlanmasına göz yuma bilmərik”.

Ötən gün axşam saatlarında İrəvandan növbəti avantürist bəyanatlar yayıldı. “Azərbaycan hücum silahları əldə edir, Ermənistan da silah alır, lakin Azərbaycandan daha az miqdarda”. Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında səslənib. “Silahların alınması hər kəsin suveren hüququdur. Sərhədlərini qorumaq da Ermənistanın suveren hüququdur. Amma hər hansı narahatlıq olsa belə, məlumdur ki, biz qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və qonşularımızdan da ərazi bütövlüyümüzü tanımasını gözləyirik. Biz bildirmişik ki, qonşularımıza qarşı hər hansı hərbi əməliyyat keçirmək fikrimiz yoxdur. Qonşularımızın da bizə qarşı eyni davranışı göstərməsini gözləyirik. Eyni zamanda biz ordumuzda islahatlar aparırıq və bu islahatın tərkib hissələrindən biri də silahların alınmasıdır. Biz Azərbaycanın mümkün hücum niyyətindən narahatıq. Ermənistan sırf müdafiə məqsədilə silah alıb və əldə edəcək”, - deyə Mirzoyan bildirib. Erməni nazir həyasızlıqla Azərbaycanın Ermənistanın “200 kvadrat kilometrdən çox ərazisini işğal etdiyini” də söyləyib. Onun sözlərinə görə, Ermənistan bu halda belə hərbi yola baş vurmaq fikrində deyil, lakin bu məsələyə delimitasiya prosesinin tərkib hissəsi kimi baxmaq niyyətindədir. “Biz alınan silahları geri qaytarmaq fikrində deyilik”, - deyə Ermənistan XİN rəhbəri əlavə edib.

Beləliklə, Ermənistan islah olunmaq niyyətində deyil və özünə gor qazmaqda israrlıdır. Belə görünür yenə də "Dəmir yumruq" öz sözünü deməli olacaq!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37
"Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24
Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04
İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru