Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Azyaşlıların sosial şəbəkələrə həddindən artıq aludə olması günümüzün ən böyük problemlərindən biridir. Təhsil, sosial həyat və psixoloji sağlamlıq baxımından ciddi təhlükələr yaradan bu vəziyyət həm ailələrin, həm təhsil sisteminin, həm də cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə sosial şəbəkələrdə yayılan zorbalıq, yalan məlumatlar və təhlükəli çağırışların uşaqların psixologiyasına və inkişafına təsiri ilə bağlı narahatlıq artır. Bu problemin həlli üçün hərtərəfli yanaşma tələb olunur.
Bu barədə “Sherg.az”a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, dünya üzrə 8-16 yaş arası uşaqların təxminən 75 faizi gündəlik olaraq sosial şəbəkələrdən istifadə edir. Azərbaycan da bu məsələdə dünya ortalamasından geri qalmır:
“2023-cü ildə aparılan araşdırmalara əsasən, ölkədə 10-15 yaş arası uşaqların 68 faizi gündə ən azı 4 saatını sosial şəbəkələrdə keçirir. Xüsusilə "TikTok", "Instagram" və "YouTube" kimi platformalarda uzun müddət vaxt sərf edilməsi nəticəsində uşaqlar həm təhsildə geri qalır, həm də sosial bacarıqlarını itirirlər. Bundan əlavə, 2022-ci ildə Azərbaycanda sosial şəbəkələrdə zorbalıqla bağlı edilən şikayətlərin sayı əvvəlki illərə nisbətən 32 faiz artıb. Qanunvericilik baxımından, Azərbaycan Respublikasında sosial şəbəkələrin azyaşlılar üçün təhlükəsiz istifadəsini təmin etmək məqsədilə müəyyən qanunlar mövcuddur. Məsələn, “Uşaqların hüquqlarının qorunması haqqında” qanun uşaqların mənəvi və fiziki inkişafının qorunmasını nəzərdə tutur. Lakin sosial şəbəkələrdə yayılan zərərli məzmunun nəzarəti və ya filtrasiya mexanizmləri ilə bağlı konkret mexanizmlər hələ tam olaraq tənzimlənməyib. Sosial şəbəkə platformalarının azyaşlılara uyğun məzmun təqdim etməsi ilə bağlı hüquqi öhdəlikləri qlobal səviyyədə müzakirə olunsa da, bu istiqamətdə Azərbaycanda daha sərt tədbirlərə ehtiyac vardır”.
Dünya təcrübəsinə istinad edən ekspert bildirib ki, sosial şəbəkələrin azyaşlılara təsirini azaltmaq üçün müxtəlif yanaşmalar tətbiq olunur: “Məsələn, Avropa Birliyində “Rəqəmsal Xidmətlər Aktı” (Digital Services Act) çərçivəsində sosial şəbəkələr azyaşlıların hüquqlarını qorumaq üçün daha ciddi tələblərə məcbur edilir. Bu tələblərə uşaqlar üçün uyğun olmayan məzmunun avtomatik filtrasiya sistemləri və yaş təsdiqləmə mexanizmlərinin tətbiqi daxildir. ABŞ-də “Children’s Online Privacy Protection Act” (COPPA) çərçivəsində 13 yaşdan aşağı uşaqların şəxsi məlumatlarının toplanması qadağandır və bu qanun sosial şəbəkə platformalarını ciddi şəkildə məhdudlaşdırır. Cənubi Koreyada isə uşaqların sosial şəbəkələrdə keçirdikləri vaxtı məhdudlaşdıran dövlət siyasətləri mövcuddur. Belə ki, 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə giriş gecə saatlarında bloklanır. Bu problemlərin həlli üçün ölkəmizdə bir sıra tədbirlər görülə bilər. İlk növbədə, sosial şəbəkələrin istifadəsi ilə bağlı ictimai maarifləndirmə kampaniyaları keçirilməli və valideynlər uşaqların rəqəmsal davranışlarına nəzarət etmək üçün təlimatlandırılmalıdır. Məktəblərdə rəqəmsal təhlükəsizlik mövzusunda dərslər və seminarlar təşkil edilməli, uşaqlara sosial şəbəkələrin müsbət və mənfi tərəfləri haqqında biliklər verilməlidir. Sosial şəbəkə platformalarının azyaşlı istifadəçilər üçün uyğun olmayan məzmunun qarşısını almaq məqsədilə Azərbaycan qanunvericiliyində daha sərt tənzimləmələr hazırlanmalı və tətbiq olunmalıdır”.
K.Əsədov qeyd edib ki, cəmiyyətin hər bir üzvü, xüsusilə valideynlər və müəllimlər, bu məsələdə öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Onun fikrincə, sosial şəbəkələrin müsbət tərəflərindən istifadə edərək uşaqların təhsil və inkişafına töhfə vermək mümkündür, lakin bu, zərərli məzmunun nəzarət altına alınması və uşaqların sosial şəbəkələrdən düzgün istifadə etməsi ilə yanaşı həyata keçirilməlidir. Təklif olunan tədbirlər kompleks yanaşma tələb edir və bu problemin həlli yalnız ailələrin, təhsil sisteminin və dövlətin birgə səyləri ilə mümkün olacaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
|