"Xahiş edirəm... "Baktelecom" adlanan şirkət barədə araşdırma aparın... Çünki iddia edirəm ki əməkdaşlar korrupsiya qarşılığında işə götürülür, yoxsa..." "DİA-AZ" xəbər verir ki, bu barədə "müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında hərbçi olduğunu iddia edən vətəndaşımız bildirir.
Narazı vətəndaş daha sonra əlavə edir: "Yoxsa üzərlərinə düşən vəzifəni layiqli operativ yerinə yetirməyə bu xalqa borcludurlar. Hər ay internet pulu ödənir və çeklər əlimizdədir, lakin 2-ci dəfədir ki bağlanır və pul tələb edilir açılması üçün internetin. Çeki təqdim etdikdə isə "Məsələni Araşdırma" üçün 15 gün vaxt istəyirlər...
İnternet xidmətləri operativ olmalıdır. Niyə mən hərbçi ola-ola ailəmlə rahat danışa bilmirəm?! Bunların mənim 25 manatıma ehtiyacları var? Niyə mənim pulum boşuna getməlidir? Xahiş edirəm, şikayətimi nəzərə alın!
Mən bezmişəm əsəb dərmanı almaqdan bunlara görə..."