“PASHA Holding” MMC-nin geniş profilli IT və biznes həlləri şirkəti “Competo” MMC-də (Umico layihəsi) təyinat olub.
Banker.az xəbər verir ki, Ruslan Həsənov “Competo” MMC-də Baş biznes əməliyyatları inzibatçısı təyin edilib.
O, bu vəzifənin icrasına 2025-ci ilin yanvar ayından başlayıb.
Ruslan Həsənov 2023-cü ilin oktyabr ayından indiyə kimi “PAŞA İnvestments” MMC-nin İnvestisiya Komitəsinin üzvü idi. O, əvvəllər “PAŞA Bank” və “Kapital Bank”da Böyük Kredit Komitəsinin üzvü olub.
Şirkət 2018-ci ilin sentyabr ayında təsis edilib. Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunub.