"Srağagün Nizami rayon məhkəməsində bir prosesin şahidi oldum. Tikinti şirkəti çoxmənzilli binanı söküb yerində yeni 18 mərtəbəli bina tikməli və orada sakinlərə yeni mənzillər verməli imiş..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.(dia.az)
O daha sonra şahidi olduqlarını və qənaətini bu şəkildə ifadə edib:
"Sakinlərə də bu müddət ərzində kirayə haqqı ödəməli imiş ki, haradasa yaşasınlar. Yəni məlum sxemdir, başında da paytaxt icra hakimiyyəti durur öz qanunsuz sərəncamları ilə. Lakin yekunda tikinti şirkətinə yalnız 9 mərtəbəli bina tikməyə icazə verilib. İndi də nə sakinlərin mənzillərini verir, nə də artıq 5 ildir ki, kirayə haqqını. Bax, buna görə indi kim cavab verəcək? Qanunsuz sərəncam verən şəhər başçısı? Onun əsasında (dia.az)sakinləri mənzilindən etmiş məhkəmələr? Kim?
Odur ki, evinizi sökməyə gələndə aldanmayın, separat danışıqlara gedib mənzildən çıxmayın. Birləşin və birgə mübarizə aparın. Dövlət təminatları tələb edin! Ən yaxşısı isə mənzilinizə görə indidən pul tələb edin. Çünki bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur.