
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Görüşün Ankara şəhərində baş tutduğu bildirilib.