
Qonşu dövlətlərlə normal münasibətlərə böyük əhəmiyyət verir və regionda açıq sərhədli və tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışırıq.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda keçirilən Ermənistan-Avropa Birliyi Parlament Tərəfdaşlığı Komitəsinin dördüncü iclasının açılışındakı çıxışında deyib.
“Ermənistan hökuməti regionumuzun nəqliyyat və kommunikasiya marşrutlarını ölkələrin suverenliyi, bərabərliyi, ərazi bütövlüyü və qarşılıqlı münasibətlər prinsipləri əsasında daha səmərəli etmək üçün “Sülh qovşağı” layihəsini irəli sürüb. Regiondakı ölkələr və güc mərkəzləri ilə təhlükəsizlik, iqtisadiyyat, enerji və digər sektorlar arasındakı fərqə əsaslanaraq balanslaşdırılmış siyasət aparmağa çalışırıq”, - Simonyan bildirib.