
ABŞ prezidenti Donald Tramp tezliklə Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə bilər.
Reyting.az xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalında deyib.
“Biz bu görüşlərin çox tezliklə baş tutacağını gözləyirik, xüsusən də prezident Zelenski ilə”, - K. Levitt əlavə edib.
Onun sözlərinə görə, Tramp həm də ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə sazişin imzalanmasına nail olmaq istəyir. Levitt vurğulayıb ki, Tramp Zelenskinin müqaviləni imzalamasını gözləyir, çünki Amerika vətəndaşlarının Ukraynaya verdiyi dəstəyi nəzərə alsaq, bu, “düzgün iş” olardı.
“Amerikalılar olmasaydı, Ukrayna bir dövlət kimi artıq mövcud deyildi”, - Ağ evin mətbuat katibi qeyd edib.