İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                 

Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Tarix: Bu gün, 11:17 | Çap et
Avropa İttifaqı erməniləri belə silahlandırır
Onillər boyu özünü "Azərbaycanla Ermənistan arasındakı münaqişənin dinc danışıqlar yolu ilə nizamlanması"nın tərəfdarı kimi təqdim edən Avropa İttifaqının maskalanmış simasının əslində necə olduğunu, ikiüzlü siyasətinin məkrliliyini və yalan vədlərinin arxasında merkantil məqsədlərinin durduğunu rəsmi Bakı həmişə əla bilib, indi də bilir.

Azərbaycan ərazilərinin 20 faizinin 30 il ərzində erməni, daha doğrusu, Ermənistan işğalında olmasını elə 30 il sərasər "münaqişə" kimi absurd və mənəviyyatsız ifadə ilə səciyyələndirən rəsmi Brüssel çoxsaylı "təşəbbüs"lərinə, "sülhməramlı təklif"lərinə və sayı bilinməyən "format"larla "variant"larına rəğmən, sürəkli və fasiləsiz olaraq İrəvanı dəstəkləyib.

Bu, təhkiyə və ya emosional nəticə deyil: işğala məruz qalanla işğalçı, haqqla nahaq, hüquqla cinayət arasında bərabərlik apararaq onları tən tutmaq Brüssellə Strasburqdakı avroməmuplar, avrodeputatlar və avrosiyasətçilərin davranış modeli idi.

İndi də belədir: Ermənistan kapitulyasiyaya uğrasa da, erməni işğalçıları torpaqlarımızdan qovulsalar da, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırsa da, Avropa İttifaqının mövqeyində köklü dəyişiliklər müşahidə olunmur.

Tam əksinə, Avropa İttifaqı Ermənistan ərazisinə, Azərbaycanla şərti dövlət sərhədinə 2098 nəfərlik Müşahidə-Monitorinq Missiyası (EUMA) yollamaqla Bakı və İrəvan arasında yekun sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələrin çıxarılması və s. prosedurların reallaşmasını mümkün qədər ləngitməyə çalışır.

Özünü münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı kimi təqdim edən Avropa İttifaqı (Aİ) buna baxmayaraq, Ermənistana hərbi dəstək verməyə davam edir.

Son məlumatlara görə, Brüssel yaxın zamanda "Avropa Sülh Fondu" (European Peace Facility, EPF) vasitəsilə Ermənistana növbəti tranşı ayırmağa hazırlaşır, halbuki bu ölkənin regional sabitlikdəki rolu mübahisəlidir.

Ayrılacaq məbləğ hələ açıqlanmayıb, lakin Avropa diplomatik dairələrindəki mənbələr bu məbləğin on milyonlarla avro olduğunu təsdiqləyir. Bu, ilk belə yardım deyil: 2024-cü ilin iyulunda Aİ artıq Ermənistana "müdafiə ehtiyacları" üçün 10 milyon avro ayırmışdı. Maraqlıdır ki, bu vəsaitlər birbaşa silah alışı üçün nəzərdə tutulmasa da, Ermənistanın dövlət büdcəsinin digər istiqamətlərə yönəldilməsinə və hərbi xərclərin artırılmasına şərait yaradır.

Rəsmi olaraq Avropa İttifaqı dəfələrlə Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını öz üzərinə götürdüyünü bəyan edib və rəsmi olaraq sülhü dəstəklədiyini iddia edib. Lakin eyni zamanda Ermənistana hərbi yardımların artırılması və bölgədə güc balansının pozulması tam fərqli mənzərə yaradır.

Sual yaranır: Avropa diplomatlarının sülh çağırışları nə dərəcədə səmimidir?

Avropa İttifaqının Ermənistana hərbi dəstəyinin güclənməsində əsas dönüş nöqtəsi 2023-cü ilin aprelində Brüsseldə baş tutan görüş oldu. Burada Aİ, ABŞ və Ermənistan nümayəndələri Ermənistanın hərbi gücünü artırmaq üçün mümkün yolları müzakirə etdilər. Bu qərar Bakının maraqları nəzərə alınmadan qəbul edildi, bu da Azərbaycanda ciddi narahatlıq yaratdı.

Nəticədə, bu görüşdən sonra Avropanın Ermənistana hərbi dəstəyi daha da artdı. Analitiklərin fikrincə, Avropa Sülh Fondundan ayrılan vəsaitlər təkcə hərbi texnika üçün deyil, həm də müdafiə islahatlarının maliyyələşdirilməsi, hərbi təlimlər, infrastrukturun qurulması və Ermənistan ordusunun modernləşdirilməsi üçün istifadə oluna bilər.

Əgər Aİ daxilində Cənubi Qafqazın hərbiləşdirilməsində xüsusi marağı olan bir ölkə varsa, bu, şübhəsiz ki, Fransadır. Paris Ermənistana silah və hərbi dəstəyin əsas təşviqatçısıdır.

Xatırladaq ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Ermənistanın İctimai Radiosuna verdiyi son müsahibədə açıq şəkildə etiraf etmişdi: "2025-ci ildə bizim əməkdaşlığımız üç əsas istiqamətə fokuslanacaq: Ermənistanın müdafiə avadanlıqları ilə təchiz edilməsi, erməni əsgərlərinin təlimi və Ermənistan Müdafiə Nazirliyinə islahatlar üçün məsləhətlər vermək. Bu islahatlar Ermənistan ordusunun gücünü artırmağa imkan verəcək".

Məzkur açıqlama Fransanın Ermənistanın hərbi potensialını artırmaq üçün aktiv işlədiyini açıq şəkildə sübut edir. Bu siyasət təkcə sözlərlə deyil, Fransa ilə Ermənistan arasında bağlanan hərbi müqavilələrlə də təsdiqlənir.

Bəhs etdiyimiz razılaşmalara Fransa istehsalı olan "Bastion" zirehli maşınlarının, tank əleyhinə raketlərin və hava hücumundan müdafiə sistemlərinin Ermənistana tədarükü daxildir. Təbii ki, Parisin davranışı Cənubi Qafqaz bölgəsindəki hərbi-siyasi tarazlığı ciddi şəkildə pozur.

Bundan əlavə, Fransa səfiri açıq şəkildə Rusiyanın Ermənistanı dəstəkləməsinin arzuolunmaz olduğunu vurğulayıb. O, deyib: "2023-cü ilin sentyabrında Qarabağda yerləşdirilmiş Rusiya hərbi qüvvələri Azərbaycan hücuma keçərkən heç bir hərbi tədbir görmədi. Onlar yalnız döyüşlər bitdikdən sonra yerli silahlı qüvvələri tərksilah etmək üçün müdaxilə etdilər. Son illərdə Ermənistan Rusiyadan hərbi dəstəyə ehtiyac duyduğu hər kritik anda Moskva onu tək buraxdı. Məhz buna görə Ermənistan öz tərəfdaşlarını şaxələndirməyə və Yunanıstan, Fransa, Hindistan kimi ölkələrə üz tutmağa çalışır".

Dekotinyinin dedikləri Fransanın Ermənistanın əsas hərbi tərəfdaşı rolunu tam üzərinə götürdüyünü və onu yeni geosiyasi kursa yönəltməyə çalışdığını göstərir.

Onu da unutmayaq ki, Avropa İttifaqı (Aİ) hazırda dərin sistem böhranı yaşayır, xüsusilə də müdafiə sahəsində. NATO-nun maliyyələşdirilməsindəki problemlər, ABŞ-dan asılılıq və Ukraynaya real hərbi yardım göstərməkdə çətinliklər Avropa hərbi sisteminin zəifliyini üzə çıxarıb. Belə bir vəziyyətdə Ermənistanın silahlandırılmasına milyonlarla avro yönəldilməsi regional təhlükəsizliyin gücləndirilməsi deyil, daha çox İrəvandakı revanşist dairələrin dəstəklənməsi məqsədi güdür.

Tarix göstərir ki, Ermənistanın hərbiləşdirilməsi dəfələrlə silahlı təxribatlara gətirib çıxarıb və bu, sonda elə Ermənistan üçün fəlakətlə nəticələnib. 2020-ci ildəki məğlubiyyət və 2023-cü ildə Qarabağdakı separatçı rejimin tamamilə ləğv edilməsi bu siyasətin uğursuzluğunu bir daha sübut etdi.

Amma görünən budur ki, Paris və Brüssel eyni səhvləri təkrarlamaq üçün yeni səylər göstərir. Bu dəfə nəticələr daha ağır ola bilər.

Aİ-nin rəsmi bəyanatları "sülhün dəstəklənməsi" məqsədi daşısa da, əslində Ermənistanın hərbi gücünün artırılması maliyyələşdirilir. Fransa bu prosesin başında dayanır və Ermənistanı açıq şəkildə silahlandıran əsas gücdür.

Fransa Ermənistana silah tədarükünü, hərbi təlimləri və müdafiə islahatlarını maliyyələşdirməklə bölgədə gərginliyi artırır və Ermənistanı yeni hərbi avantüraya sövq edir.

Avropa İttifaqı rəsmi olaraq sülh tərəfdarı olduğunu iddia etsə də, "Avropa Sülh Fondu" (European Peace Facility, EPF) vasitəsilə Ermənistana hərbi maliyyə ayırmaqda davam edir. Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) məlumatına görə, 2021-ci ildən bəri EPF Ermənistanın hərbi ehtiyacları üçün 30 milyon avrodan çox vəsait ayırıb.

Bu isə yalnız rəsmi açıqlanan rəqəmdir. Əslində, Ermənistan müxtəlif Avropa kanalları vasitəsilə daha çox hərbi yardım alır. Belə ki, 2023-cü ildə Ermənistanın hərbi büdcəsi 1,28 milyard dollar təşkil edib, bu isə 2022-ci illə müqayisədə 46% artım deməkdir. 2024-cü ildə isə sözügedən göstərici 1,4 milyard dollara çatıb, bu, Ermənistan tarixində rekord göstəricidir. Vəsaitin ÜDM-ə nisbəti baxımından Ermənistan Cənubi Qafqazda hərbi büdcəyə ən çox yük düşən ölkədir.

Aİ və onun üzvü olan bəzi dövlətlər - xüsusilə Fransa, Yunanıstan və Almaniya - bu hərbi yarışda əsas iştirakçılardır.

Əsas maliyyələşdirmə mənbələri isə EPF və ikitərəfli əməkdaşlıq proqramları vasitəsilə birbaşa hərbi qrantlar, silah alışı üçün güzəştli kreditlər (2023-cü ildə Avropa bankları Ermənistana "müdafiə və təhlükəsizlik" adı altında 200 milyon dollardan çox kredit ayırıb) və Aİ hökumətləri tərəfindən qismən maliyyələşdirilən Avropa müdafiə şirkətləri ilə bağlanan silah müqavilələridir.

Xüsusilə Fransa və Yunanıstan bu prosesdə fəaldır və Ermənistan ordusunu gücləndirmək üçün ciddi səylər göstərir.

Belə ki, son iki ildə Fransa Ermənistana 50-dən çox zirehli texnika, o cümlədən Bastion tipli zirehli transportyorlar və müasir tank əleyhinə raket kompleksləri (TƏRK) verib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Paris və İrəvan arasında hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb. Bu sistemlərin 2025-ci ilin birinci yarısında Ermənistana çatdırılması planlaşdırılır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Fransa dünyanın ən böyük silah ixracatçılarından biridir və son beş ildə onun müdafiə sektoru üzrə ixracatı 44% artıb. Ermənistan Fransanın yeni hərbi müştərilərindən biri kimi bu silahları xüsusi maliyyələşdirmə şərtləri ilə əldə edir.

Yunanıstan da bu prosesdə fəal iştirak edir. Afina və İrəvan hərbi əməkdaşlıq haqqında memorandum imzalayıb, bu çərçivədə erməni əsgərləri Yunanıstanın hərbi akademiyalarında təlimlər keçirlər. Habelə 2023-cü ildə 400-dən çox erməni hərbçisi Yunanıstanın hərbi mərkəzlərində hazırlanıb. 2024-cü ildə bu rəqəmin 1000 nəfərə çatdırılması planlaşdırılır.

Yunanıstanın müdafiə naziri Nikolaos Dendias açıq şəkildə bəyan etmişdi: "Ermənistan bizim strateji müttəfiqimizdir və biz ona müdafiəsini gücləndirməkdə kömək etməyə davam edəcəyik".

Burada əsas sual yaranır: Dendias və digər Yunan rəsmilərinin nəzərdə tutduğu bu "təhlükə" nədir? İrəvan ənənəvi olaraq bu "təhlükə"ni Azərbaycan və Türkiyə ilə əlaqələndirir. Bu isə Yunanıstanın Cənubi Qafqazda balanslı siyasət yürütmək əvəzinə, Ermənistanın revanşist ambisiyalarına açıq dəstək verdiyini göstərir.

Aydındır ki, Aİ üzvü olan bu ölkələr Ermənistanın hərbi gücünü artırmağa açıq şəkildə dəstək verirlər.

Ermənistanın hərbiləşdirilməsi bölgədə təhlükəsizliyi daha da zəiflədir və Cənubi Qafqazda yeni müharibə riskini artırır. Fransa və Yunanıstanın açıq şəkildə Ermənistan ordusunu gücləndirməsi Aİ-nin "sülhməramlı" imicinə ciddi zərbə vurur.

Eyni zamanda, Avropa İttifaqına üzv olan müdafiə şirkətləri Ermənistanın silahlandırılmasından böyük maliyyə mənfəəti əldə edirlər. Aşağıdakı şirkətlər İrəvanın əsas silah tədarükçüləri hesab olunur:

1. "Nexter Systems" (Fransa) – Bastion tipli zirehli maşınların istehsalçısı.

2. MBDA (Fransa-Almaniya-İtaliya) – tank əleyhinə MMP raket komplekslərini tədarük edir.

3. "Thales Group" (Fransa) – Ermənistanın radar və hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsinə cavabdehdir.

4. "Rheinmetall" (Almaniya) – Ermənistan üçün sursat tədarükü məsələsində müzakirələr aparır.

Silah alışlarının maliyyələşdirilməsi isə əsasən Aİ subsidiyaları və Avropa banklarının Ermənistana verdiyi güzəştli kreditlər hesabına həyata keçirilir.

Avropa İttifaqı rəsmi olaraq bəyan edir ki, onun Ermənistana ayırdığı maliyyə "aqressiv xarakter daşımır". Amma faktlar bunun tam əksini sübut edir.

Aİ-nin Avropa Sülh Fondu (EPF) çərçivəsində təqdim etdiyi sənədlərdə maliyyə vəsaitlərinin hərbi infrastrukturun genişləndirilməsi üçün istifadə oluna biləcəyi göstərilir. Bu vəsaitlər hərbi kazarmaların və bazaların yenidən qurulması və modernləşdirilməsi, Ermənistan ordusunun təchizatı üçün hərbi geyim və texnika alınması, həmçinin sərhəd qoşunlarının gücləndirilməsi və kəşfiyyat bölmələrinin təkmilləşdirilməsi üçün istifadə olunur.

Bu isə birbaşa regional güc balansına təsir göstərir və Aİ-nin birtərəfli siyasətini bir daha təsdiqləyir.

EPF-nin fəaliyyəti tamamilə ikili standartlar üzərində qurulub. Çünki Aİ ermənilərə verdiyi böyük məbləğlərin müqabilində Cənubi Qafqazın digər ölkələrinə – Azərbaycana və Gürcüstana həmin məzmunlu vəsaitləri ayırmır. Brüssel Bakıya yalnız "sülh çağırışları" edir, lakin eyni zamanda Ermənistanı silahlandırır.

Sadalananlar Avropa diplomatiyasının reallıqda heç bir sülh niyyətinin olmadığını və bölgədə qarşıdurmanı qızışdırdığını açıq şəkildə sübut edir.

Belə siyasət Avropa İttifaqının Cənubi Qafqazda etibarlı vasitəçi kimi çıxış etməsinə mane olur və Azərbaycan bu siyasəti diqqətlə izləyir, müvafiq addımlarını müəyyənləşdirir.

Əsas sual isə qalır: Avropa İttifaqı öz ikili standartlarının nəticələri ilə üzləşməyə hazırdırmı?

Elçin Alıoğlu - Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru