
Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri, hazırda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin müdir müavini vəzifəsində olan Daşqın Rəcəblinin bacısı Çinarə Balıyevaya “Bakı Metropoliteni” QSC-də vəzifə verilib.
Pravda.az-ın xəbərinə görə, Ç.Balıyeva QSC-nin Mətbuat xidməti rəhbərinin müavini təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
O, ötən il iş üçün ADY-yə müraciət etsə də, daxili yoxlamadan keçə bilməyib.
Qeyd: Daşqın Rəcəblinin müdiri - “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova bir müddət öncə, nöqsanlara görə vəzifəsindən azad olunub.