Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
 Ermənistanda revanşist dairələr yenidən aktivləşib. Ölkənin ikinci Prezidenti Robert Köçəryanın tələsik mətbuat konfransı keçirməsi və əsas istiqamətin Rusiya tərəfi olmasını vurğulaması da bunun təzahürüdür. Görünür, Köçəryan və tərəfdarları həm də Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə qayıtmaq həyəcanına qapılıblar. Ermənistandakı revanşist qüvvələr Qərbin mövqelərinin zəifləyəcəyinə, Rusiyanın Cənubi Qafqazda təşəbbüsü təkrar ələ alacağına ümid bəsləyirlər. Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda hökumət binasından çıxarkən görüntülənib. Görüş haqda heç bir məlumat verilməyib. Erməni mətbuatı yazıb ki, Nikol Paşinyan eks-prezident vasitəsilə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır, lakin ona iki şərt qoyulub. Bu şərtlərdən biri KTMT-dən çıxmaqla bağlı həll olunmamış məsələnin bağlanması, digəri isə dəmir yolu üzərində nəzarətlə bağlı Rusiya ilə qarşılıqlı məqbul variantların müzakirəsinə başlanmasıdır.
Politoloq Oqtay Qasımov deyib ki, əslində, Rusiyanın Cənubi Qafqaza diqqəti kəsilməmişdi, sadəcə olaraq Ukrayna savaşından dolayı bir qədər azalmışdı. Ekspert vurğulayıb ki, Ermənistan rəhbərliyi də Ukrayna müharibəsinin gedişatından asılı olaraq öz siyasətini müəyyən edirdi:
"Ermənistan Qərblə ciddi yaxınlaşma mərhələsindən keçirdi. O cümlədən bölgəyə Avropa İttifaqının "mülki" adlandırılan missiyası yerləşdirildi. ABŞ və Fransa ilə hərbi təlimlər keçirildi. Ötən ilin aprelin 5-də Brüsseldə üçtərəfli görüş zamanı Ermənistanı faktiki olaraq vəziyyətdən çıxarmaq məqsədilə "Marşal planı" da həyata keçirilir. Həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi qarantiyaların verildiyi bir görüş oldu. Bundan da bir az ruhlanan Ermənistan rəhbərliyi Avropa İttifaqına üzvlüklə bağlı məsələni də gündəmə gətirdi. Paşinyana yaxın qüvvələr imzatoplama kampaniyası həyata keçirdilər, 50 min imza toplandı. Yanvarın ortalarına doğru bu imzalar parlamentə təqdim olundu. Maraqlıdır ki, Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq memorandumunu imzalanması ərəfəsində bu məlumatlar yayıldı. Çox güman ki, ciddi dəyişiklik olmazsa, Paşinyanın komandası bu qərarı qəbul edə bilər. Amma son bir ayda dünya düzənində müəyyən dəyişikliklər yaşanır. 80 il eyni dam altında birləşən müttəfiqlər bu gün fərqli mövqelər sərgiləyirlər. Söhbət ABŞ və Avropa İttifaqından gedir. Faktiki olaraq yüz milyardlarla dollar dəyərində Ukraynaya dəstək verən Avropa İttifaqı Ukrayna müzakirələrinə masadan kənarlaşdırılıb. Rusiyanın müəyyən istəklərinin qəbul olunacağı ilə bağlı anonslar Moskvanı ürəkləndirir və onun işğalçı iddialarını genişləndirir".
Analitik vurğulayıb ki, Ermənistan son üç-dörd ildə Rusiyadan məqsədyönlü şəkildə uzaqlaşmaqla Moskvanın strateji maraqlarına zidd gedişlər etdi: "Maraqlıdır ki, bu dönəmdə tərəflər arasında iqtisadi münasibətlər ciddi şəkildə artdı. Ticarət dövriyyəsi 5 dəfəyə yaxın artdı. Rusiya İrəvanın Aİ-yə üzvlük məsələsini gündəmə gətirməsindən sonra Ermənistana daha açıq xəbərdarlıqlar etməyə başladı. Bunun ardınca Ermənistanda Rusiyayönümlü qüvvələrin aktivləşməsi və Rusiyanın təbliğatının aparılmasını gördük. Sergey Kopırkinin İrəvandakı təmasları da Ermənistana yumşaq güc göstəricisi, xəbərdarlıqdır. Revanşist dairələr Paşinyanın hakimiyyətdən getməsində maraqlıdırlar və Rusiyanın dəstəyini gözləyirlər. Putin Ukraynada istədiklərini ala bilsə, Ermənistanda hakimiyyət dəyişikliyinə sürətlə gedə bilər. Əgər proses uzanarsa, o zaman Rusiya 2026-cı il seçkilərində təzyiq fonunda öz tərəfdarlarını önə sürərək "yumşaq keçid" yolu ilə dəyişikliyə gedə bilər".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07 |
|
|
|
• “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03 |
|
|
|
• Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00 |
|
|
|
• “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33 |
|
|
|
• Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30 |
|
|
|
• Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26 |
|
|
|
• Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20 |
|
|
|
• Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
• "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13 |
|
|
|
• Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07 |
|
|
|
• Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02 |
|
|
|
• 'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57 |
|
|
|
• Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52 |
|
|
|
• Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49 |
|
|
|
• “Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46 |
|
|
|
• Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40 |
|
|
|
• Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18 |
|
|
|
• “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10 |
|
|
|
• Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54 |
|
|
|
• Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• 3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41 |
|
|
|
• Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40 |
|
|
|
• Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39 |
|
|
|
• Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30 |
|
|
|
• “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27 |
|
|
|
• Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• "Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13 |
|
|
|
• Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09 |
|
|
|
• Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02 |
|
|
|
• ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00 |
|
|
|
• Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56 |
|
|
|
|