"Bu ilin yanvar-noyabr aylarında Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 7 audit keçirib, bunlarının hamısının nəticələri artıq rəsmiləşdirilib".
TNS xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bu gün Naxçıvan şəhərində keçirilmiş Maliyyə Forumunda bildirib.
"Auditlər nəticəsində ümumilikdə 32,5 mln. manatın pul, natura və əvəzləşmə formasında bərpasına dair qərar qəbul olunub. Eyni zamanda, 5 auditin nəticələri üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Həmçinin səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə 5 auditin nəticələri muxtar respublikanın Nazirlər Kabinetinə göndərilib.
Pozuntulara səbəb olan faktların araşdırılması göstərir ki, qurumların daxili nəzarət mexanizmlərində zəifliklər var. Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də sahə üzrə kifayət qədər bacarıq və biliklərə malik olmaması nöqsanların yaranması ilə nəticələnir", - Vüqar Gülmmədov qeyd edib.