Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
18 dekabr 2024-cü il tarixində Tərtər rayon İcra Hakimiyyətinin akt zalında
Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli
obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və
təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2024-cü ilin
yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov,
Qarabağ Regional Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi mayor
Həsən Nəsirov və Qarabağ Regional Mərkəzin Mülki müdafiə idarəsinin mülki
müdafiə tədbirlərin planlaşdırılması şöbəsinin rəisi Elçin Rəcəbov və həmin
şöbənin zabitləri kapitan İntiqam Mikayılov və baş leytenant Savalan Zeynalov
iştirak etmişdir.
Tərtər rayon İcra Hakimiyyəti Başçısının müavini Abbas Cavadov və
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri
çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında
məlumatlar veriblər.
Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil
müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər,
onların həlli yolları və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr
aparılıb.
"DİA-AZ"