Neftçilər su üzünə HƏSRƏT QALIB... - NARAZILIQ VAR...
DİA.AZ: - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı növbəti səs-küylü açıqlaması ilə diqqətə gəlib. DİA.AZ bildirir ki, hüquq müdafiəçisi bu dəfə Neft Daşlarında çalışanların üzləşdiyi problemləri ictimailəşdirib.
M.Qəhrəmanlı yazır: "Artıq 1 sutkadır ki, Neft Daşlarında yataqxana binalarına su gəlmir. Dünən axşam şirin su çənlərindən biri dənizin dibinə gedib (altı çöküb), digəri də ziddi zədələnib.
Bütün su xəttləri dağılıb tökülüb. Çənlərin altı qəzalı ola-ola indiyəcən bir tədbir görülməyib. Söz tapmaq mümkün deyil... sadəcə biabırçılıqdı.
Camaat əlində qab ordan-burdan su tapıb otaqlara daşıyır. Filtrə olunmuş su xətti var idi, camaat içməyə ordan su götürürdü. Artıq onun da suyu kəsilib..."
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...